Yüklənir...

shape shape shape shape

Yeni Washington partnyorumuz!

Yeni Washington partnyorumuz!

Əməkdaşlıq etdiyimiz TOP 100 ən prestijli ABŞ universitetləri sırasına biri daha əlavə olundu - Gonzaga University!

 

Gonzaga University Washington-un gözəl Spokane şəhərinin mərkəzində, dağ, göl və çöllər əhatəsində yerləşir. Təhsil sahəsində 125 ili arxada qoymuş universitet xəyallarınıza qovuşmaqda doğru ünvandır!

Burada Airbnb, Amazon, Boeing, Microsoft və Starbucks kimi şirkətlər beynəlxalq tələbələri işə götürməyə can atırlar. 

 

  • Gonzaga University U.S. News & World Report’s Best National Universities list for 2021 sıralamasında #80-ci yerdə qərarlaşmışdır. 

  • Ən yaxşı bakalavr təhsili təklif edən universitetlər arasında isə #18-ci yerdə qərarlaşmışdır.

 

Gonzaga University beynəlxalq tələbələri prestijli təhsil ilə təmin edir ki, bu da öz növbəsində tələbələri dünyanın istənilən guşəsində açılan saysız hesabsız qapılarla qovuşdurur. Gonzaga University tələbələri artıq akademik mükəmməlliyə və üstün təhsilə yönəlmiş elit, özəl bir cəmiyyətin parçasına çevrilirlər.

Universitet bakalavr, magistr və doktorantura üzrə müxtəlif ixtisaslar təklif edir. 15 bakalavr, 23 magistr və 4 doktorantura proqramıyla 40 fərqli ölkədən 200 beynəlxalq tələbəyə qucaq açır.

Universitet tələbələrini düşünməyə, özlərini kəşf etməyə vadar edir. Vəd etdiyi təcrübə, araşdırma imkanları ilə tələbələrə real həyatdakı proyektlərin bir parçası olmağı öyrədir.

Gonzaga University hər şeyi etik dəyərlər çərçivəsində etməyə çalışan bir qurumdur. Tələbələrin tələbləri və istəkləri üzərinə bəzi mərkəzlər qurulmuşdur. Karyera və şəxsi inkişaf mərkəzləri kimi bir sıra mərkəzlər burada tələbələr üçün fəaliyyət göstərir.

Şəhərdəki yerli xalqla bərabər də bəzi tədbirlər təşkil olunur. Universitet könüllü tələbələrlə bərabər ehtiyac sahiblərinə yönəlik proyektlər təşkil edir. Gonzaga University tələbələrinin qarmaşıq və sürətlə dəyişən bir dünyanın dərin ehtiyaclarını qarşılama potensiyalına sahib olduğuna inanır və onların təhsil və karyera hədəflərini də buna görə şəkilləndirməyə kömək olur.

 

Gonzaga University psixologiyadan biznesə, incəsənətdən hüquqa kimi ixtisaslarla tələbələrin xidmətindədir:

 

 

Bakalavr proqramları: $30,225-$32,835

Magistr proqramları: $21,185 

Təxmini yaşam xərcləri: $12,310 

 

Gonzaga University təhsilini və təcrübəsini dadmaq istəyən tələbələrə $20,000-dək ENDİRİMLƏR mövcuddur! 

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın