Yüklənir...

shape shape shape shape

Yeni Kanada universitetimizi qarşılayın!

Yeni Kanada universitetimizi qarşılayın!

Kanada partnyorlarımzın sırasına biri daha əlavə olundu - The University of Windsor!

 

1857-ci ildə əsası qoyulan Windsor, Kanadanın ən qədim və ən köklü universitetlərindən biridir. Ontario-da yerləşən University of Windsor 16,000-dən çox tələbəyə sahibdir. Onların 23%-ni 100 fərqli ölkədən olan beynəlxlaq tələbələr təşkil edir.

Universitet undergraduate və graduate dərəcələri üzrə 200+ müxtəlif program təklif etməkdədir. Ümumilikdə 9 fakültə mövcuddur. Burada siz özünüzə uyğun ən ideal bakalavr proqramını tapacağınızdan əmin ola bilərsiniz. Əksər proqramlarda, dəsrlər zamanı eksperimental tədris metoduna üstünlük verilir ki, bu da tələbələrin qazandıqları bilikləri təcrübədə istifadə etmələrinə zəmin yaradır. Bütün bakalavr proqramlarına ingilis dili qəbul tələbi: 6.5 IELTS və ya ekvivalenti. Təklif olunan bakalavr proqramları:

  • Business

  • Engineering

  • Science

  • Human kinetics

  • Arts, humanities and social sciences

  • Education

 

Təhsil haqqı: $23,500-28,500 arası (proqrama görə dəyişir)

 

Universitet eləcə də, müxtəlif graduate proqramları təklif edir. Burada əldə etdiyiniz təhsil təcrübəsi sizə dünyanın karyera qapılarını açacaq və işəgötürənlər tərəfindən yüksək tələbat qazandıracaqdır. Bütün master proqramlarına ingilis dili qəbul tələbi: 6.5/7.0 IELTS və ya ekvivalenti. Mövcud magistratura və PhD proqramları:

  • Business

  • Engineering

  • Science

  • Arts, humanities and social sciences

  • Nursing

  • Human kinetics

  • Education

  • Law

 

Təhsil haqqı: $28,500- 34,500 arası (proqrama görə dəyişir)

 

*Qeyd edək ki, University of Windsor ildə $11 million məbləğə qədər endirimlər ayırır. Tələbənin göstəricilərindən və müraciət etdiyi endirim proqramından asılı olaraq, endirim sayı dəyişir.

 

Kanada universitetləri yüksək təhsil keyfiyyəti və apardığı keyfiyyətli tədqiqatları ilə tanınır. Kanadada təhsil almağın bir sıra üstünlüklərini Sizlər üçün sadalamışıq:

  • "Universitas 21 Ranking" ən yaxşı ali təhsil sistemi sıralamasında Kanada 3-cü yerdə qərarlaşır

  • Kanada vətəndaşı olmaq şansı (təhsildən sonra yaşama, işləmə icazəsi verilir)

  • Mədəniyyət birliyi – Kanadada özünüzü evinizdəki kimi hiss edəcəksiniz

  • Dörd mövsüm təbii gözəlikləri yaşaya bilmək imkanı, fərqli təbiət

Kanadada orta məktəb, bakalavr, magistr, doktorantura üzrə təhsil təklif edən reytinqli müxtəlif məktəb və universitetlər rəsmi tərəfdaşımızdır. Sentyabr 2021-dən magistr təhsilinə başlamaq istəyənlər üçün University of Windsor qəbulu hazırda açıqdır. Müraciətləriniz üçün tələsin!

 

Ünvanlarımız:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: 050 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: 050 295 97 76

E-mail ünvanı: [email protected]

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın