Yüklənir...

shape shape shape shape

Yaradıcı və tarixi təhsil mühiti

1 noyabr 2021

Tədbir Tarixi

10:05

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Yaradıcı və tarixi təhsil mühiti

İsveçin ən yaradıcı mühitə sahib təhsil məkanı tədris ilinin 2021-ci ilin noyabr ayından etibarən başlayacağını elan edir. Bu o deməkdir ki, siz sənədlərinizi təqdim etməyə gecikmisinizsə bu sizin üçün əla bir fürsətdir. Elə isə gəlin tarixi keçmişə malik Lund University Sweden ilə qısaca tanış olaq.

Dəfələrlə dünyanın ən yaxşı 100 universiteti arasında yer alan Lund University 1666-cı ildə qurulmuş İsveç universitetidir. Universitetin Lund, Helsingborg və Malmö’də yerləşən təxminən 44 000 tələbəsi və 8 000-dən çox işçisi var.

 

TOP 87 - QS World University Rankings 2021

 

Nobel Mükafatına ev sahibliyi edən universitet yenilikçi və davamlı təhsil proqramlarına malikdir. İsveçlilərin 90%-nin ingilis dilində danışması beynəlxalq tələbələr üçün buranı ideal bir seçim halına gətirir. Planetin ən yaradıcı iş mühitlərinə sahib İsveç, dünyanın ali təhsil verən ən yaxşı 4 ölkəsindən biridir (Universitas 21 Ranking 2018)

Universitetə məxsus, dünyada lider olan MAX IV və European Spallation Source müəssisələrinin yaradılması həm materialşünaslıqda, həm də gələcək elm və sənayenin inkişafına böyük təsir göstərəcəkdir. MAX IV dünyanın aparıcı sinkrotron radiasiya qurğusudur, ESS isə 2023-cü ildə neytron istehsalına başlayacağı zaman dünyanın ən güclü neytron mənbəyinə sahib olacaqdır.

 

Popular Programes

- Economics and management

- Engineering and technology Humanities

- Theology

- Law

- Fine arts, music and theatre

- Medicine

- Science

- Social sciences

 

Lund University-nin, İsveçin üçüncü ən böyük şəhərindən 10 dəqiqəlik, Kopenhagen beynəlxalq hava limanına isə 40 dəqiqəlik məsafədə yerləşməsi tələbələrə Avropaya səyahət üçün rahatlıq yaradır. İsveç ali təhsil sistemi Times Higher Education və Academic Ranking of World Universities tərəfindən dünyanın ən yaxşıları arasında sıralanmışdır. Siz burada bir tələbə olaraq akademik mükəmməllik ənənəsinin bir hissəsi olacaqsınız və fikrinizi söyləməyə, cəmiyyətə töhfə verməyə təşviq ediləcəksiniz.

 

Lund University Sweden haqqında daha ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilər, sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın