Yüklənir...

shape shape shape shape

Xaricdə təhsil almaq - su içmək qədər asandır!

23 may 2020

Tədbir Tarixi

00:00

Tədbirin Başlama Vaxtı

18:00

Tədbirin Bitmə Vaxtı
Xaricdə təhsil almaq - su içmək qədər asandır!

Xaricdə ali təhsil arzusunda olanların sayı günü gündən artır. Bu yaxşı göstəricidir, artıq cəmiyyət olaraq daha uğurlu gələcəyə enerji və büdcə yatırımı etməyi öyrənirik. Lakin, saysız universitet və proqram seçimi arasında düzgün seçimi necə etməliyik? Bunun üçün köməyimizə xaricdə təhsil agentlikləri çatır. Burada da seçim etmək asan deyil. Fərqimiz nədir? Şəffaf və operativ seçim və qəbul prosesi. Dünyanın TOP universitetlərində təhsil almış, almağa davam edən və artıq uğurlu beynəlxalq karyeraya start vermiş yüzlərlə tələbəmiz bunun isbatıdır. Biz sizə ən bahalı universitetləri deyil, sizin bilik, bacarıq və istəklərinizə uyğun ən ideal təhsil müəssisələrini tapmaqda kömək edirik.

Məktəbin son illərindəsiniz? və ya Magistratura təhsilinizi hansı ölkədə davam edəcəyinizə qərar verməmisiniz? O zaman, 23 may saat 12:00-18:00 arası xaricdə təhsil ilə hər hansı sualı olan və ya sənədləri ilə birlikdə universitetlərə artıq müraciət etmək istəyən hər bir kəsi ofisimizə dəvət edirik.

Universitetlərə operativ müraciət üçün sizə lazım olan sənədlər:

  • Passport
  • IELTS sertifikatı (varsa)
  • Transcript

Təklif etdiyimiz universitetlərin minimal GÜZƏŞTLİ ödənişləri (illik):

  • Böyük Britaniya:
  1. Bakalavr pilləsi üzrə: 5.000 - 20.000 £ arası
  2. Magistratura pilləsi üzrə: 9.000 - 25.000 £ arası

Qeyd edək ki, UK təhsili beynəlxalq tələbələr üçün ideal seçimlərdən biridir. Bakalavr təhsili 3, Master isə cəmi 1 il davam edir. Bununla yanaşı siz bütün dünyada tanınan diplom əldə edəcək və qlobal karyeranıza dünyanın istənilən nöqtəsində başlaya biləcəksiniz. 

  • Amerika Birləşmiş Ştatları:
  1. Bakalavr pilləsi üzrə: 12.000 $ -dan başlayaraq
  2. Magistratura pilləsi üzrə: 18.000 $ -dan başlayaraq

ABŞ təhsilinin keyfiyyəti haqqında uzun-uzun danışmağa ehtiyac yoxdur. Bugünki gün dünyada hər 10 beynəlxalq tələbədən 9-nun ABŞ təhsilini seçməsi, bu ölkənin təhsil keyfiyyətinin hansı səviyyədə olmasını anlamaq üçün kifayət edir deyə düşünürük.

  • Hollandiya (Niderland): 7.000 - 14.000 € arası
  • İrlandiya: 7.000 - 20.000 € arası

Sadalanan ölkələr bizim sizə təklif edəcəyimiz ölkələrin yalnız bir qismidir. Daha asan, operativ və ən əsası doğru seçim edə bilmək üçün gəlin, araşdırın və özünüz əmin olun!

Görüşdə iştirak üçün özünüzə uyğun vaxtı seçərək görüş təyin edə və ya yuxarıdakı "QEYDİYYAT" hissəsindən ümumi qeydiyyatdan keçə bilərsiniz.

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135.

Daha geniş məlumat üçün əlaqə saxlayın: +994 50 512 28 28

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın