Yüklənir...

shape shape shape shape

Xəyallarınıza inanan, fikirlərinizə dəyər verən Canada universitetləri

1 iyul 2021

Tədbir Tarixi

10:10

Tədbirin Başlama Vaxtı

19:55

Tədbirin Bitmə Vaxtı
Xəyallarınıza inanan, fikirlərinizə dəyər verən Canada universitetləri

Bildiyiniz kimi 1 iyul - xokkey, ağcaqayın şərbəti, əvəzsiz dostluqları, üstün təhsil imkanları və böyük həyat keyfiyyəti ilə seçilən Canadanın millli bayramı - Canada günüdür. Bu münasibətlə sizi bəzi Canada üniversitetləri ilə tanış edirik.

 

Simon Fraser University

1965-ci ildən bəri fəaliyyət göstərən Simon Fraser University Vancouver, Burnaby və Surrey-də inkişaf edən şəhər 3 kampusu ilə Canadanın aparıcı tədqiqat universitetlərindən birinə çevrilmişdir. Liberal sənətlər və elmlər, eləcə də fənlərarası peşə proqramlarında üstünlüklər üzərində qurulan yenilikçi tədris, qabaqcıl tədqiqat proqramları ilə beynəlxalq bir nüfuza malikdir. SFU, Canada’da, eləcə də dünyadakı ortaq təhsil müəssisələri ilə dərin köklərə sahibdir və onların inkişafı üçün hər bir şərait yaratmışdır.

TOP 12 Best Global Universities in Canada

 

University of Manitoba

University of Manitoba 1877-ci ildə qurulan və Anishinaabeg, Cree, Oji-Cree, Dakota, və Dene xalqlarının doğma torpaqlarında yerləşən Canadanın qərbindəki ilk universitetdir. Ölkənin ən yaxşı araşdırma müəssisələrindən biridir. 29 mindən çox bakalavr və magistr tələbəsi, 140 ölkədə yaşayan 145 mindən çox məzunu var. Universitet sizə fərqli öyrənmə və iş mühiti vəd edir.

TOP 15 - Best Global Universities in Canada

 

Ryerson University

Ryerson University müasir cəmiyyətin tarixi ehtiyaclarını həll etmək məqsədi ilə yenilikçi, karyera əsaslı təhsildə öz izini qoymuşdur. Dünya əhalisinin getdikcə daha çox şəhərlərdə cəmləşdiyi bir vaxtda, Ryerson Universitetinin fərqli şəhər quruluşu və şəhər qurma öhdəliyi onu həm Torontoda, həm də bütün dünyada təsir göstərmək üçün bənzərsiz bir vəziyyətə gətirir. Ryerson-un təhsil yolu və araşdırma vizionu, kompleks problemlərin yaradıcı həlləri ilə cəmiyyət ehtiyaclarına xidmət etmək niyyəti ilə müəyyən edilir. Ryerson University müasir cəmiyyətin tarixi ehtiyaclarını həll etmək məqsədi ilə yenilikçi, karyera əsaslı təhsildə öz izini qoymuşdur. Ryerson, səkkiz dinamik fakültədən və 39.500 tələbə, 3.900 müəllim və işçi heyəti və 121 bakalavr və magistr proqramından ibarətdir. Kanadanın ən böyük əhatəyə malik universitetlərindən biridir.

TOP 27- Best Global Universities in Canada

 

Wilfrid Laurier University

Waterloo və Brantfordda olmaqla 6 kampusu olan Wilfrid Laurier University-də 20.000 tələbə təhsil alır. Universitet 80-dən çox bakalavr proqramı təklif edir. Tələbə məmnuniyyətinə görə ən yaxşı 5 Kanada universitetindən biridir. Eləcə də məktəbdənkənar fəaliyyətə görə də TOP 5-ə daxil edilmişdir. Wilfrid Laurier International College-nin proqramları və tədris yanaşması beynəlxalq tələbələrə universitet təhsillərinə tam hazır olmaq və Wilfrid Laurier University-nə rahat keçid etmək imkanı verir. Həm akademik, həm də sinifdən kənar proqramları tələbələrə dərsdən əlavə gəzməyə, dünyagörüşlərini artırmağa şərait yaradır.

TOP 32 - Best Global Universities in Canada

 

Qeyd edək ki, uzun müddət davam edən pandemiya vəziyyətindən sonra Canada universitetləri öz qapılarını yenidən tələbələrin üzünə açır. Siz də vaxt itirmədən dünyanın ən mükəmməl universitetlərində təhsil almaq üçün bizə müraciət edin! Unutmayın ki, sizin təhsiliniz, bizim işimizdir!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 76 / 050 512 28 28

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın