Yüklənir...

shape shape shape shape

University of York

University of York

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: $34,835+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-10
  • QS reytinqi: 150-200
  • Qəbul tələbi: IELTS 6.5+

 

Ətraflı məlumat

1963-cü ildə əsası qoyulan York Universiteti Böyük Britaniyanın ən nüfuzlu universitetlərindən biri kimi tanınır. York şəhərinin tarixi və mədəni quruluşu ilə iç-içə olan bu universitet tələbələrə həm müasir təhsil mühiti, həm də zəngin mədəni təcrübə təklif edir. Yarandığı gündən York Universiteti dünya miqyasında reputasiya qazanaraq akademik mükəmməllik və innovasiyalarda aparıcı rol oynamaqda bütün dünyadan tələbələri özünə cəlb edir.

Dünyanın ən yaxşı 150 universiteti arasında yer alan York Universiteti tələbələrinə müxtəlif təhsil proqramları təklif edir. Elm, mühəndislik, humanitar və sosial elmlər kimi bir çox fərqli sahədə təhsil verən universitet eyni zamanda güclü tədqiqat infrastrukturuna da malikdir. Bu səbəbdən də tələbələr dünya səviyyəli akademik heyətdən təhsil almaqla yanaşı, innovativ tədqiqat layihələrində də iştirak etmək imkanı əldə edirlər.

Bu bloqda sizə York Universitetinin təklif etdiyi akademik proqramlardan tələbə həyatına, müraciət proseslərindən kampus imkanlarına qədər bir çox fərqli mövzuda ətraflı məlumat verəcəyik.

York Universitetində hansı proqramlar üzrə təhsil almaq mümkündür?

Bir çox sahədə təhsil verək York Universitetin hər tədris pilləsi üzrə məşhur proqramları bunlardır:

Bakalavr tədris pilləsi üçün:

  • School of the Arts, Media, Performance & Design (AMPD): Bachelor of Arts (BA) in Cinema & Media Arts, Bachelor of Design (BDes) in Graphic Design, Bachelor of Fine Arts (BFA) in Dance, Theatre, and Visual Arts, Faculty of Liberal Arts & Professional Studies (LA&PS)
  • Bachelor of Arts (BA) in Economics, English, History, Political Science, Sociology: Bachelor of Commerce (BCom), Bachelor of Human Resources Management (BHRM),
  • Faculty of Science: Bachelor of Science (BSc) in Biology, Chemistry, Physics, Mathematics, Environmental Science
  • Schulich School of Business: Bachelor of Business Administration (BBA), International Bachelor of Business Administration (iBBA)
  • Faculty of Health: Bachelor of Science in Nursing (BScN), Bachelor of Arts (BA) in Psychology, Kinesiology & Health Science

Magistratura tədris pilləsi üçün:

  • Faculty of Graduate Studies: Master of Arts (MA) in Communication & Culture, Critical Disability Studies, Sociology,Master of Science (MSc) in Biology, Computer Science, Physics, Master of Fine Arts (MFA) in Visual Arts, Theatre, Film
  • Schulich School of Business: Master of Business Administration (MBA), Master of Finance (MF), Master of Management (MMgt)
  • Osgoode Hall Law School: Master of Laws (LLM),Doctor of Philosophy (PhD) in Law
  • Faculty of Education: Master of Education (MEd), Doctor of Philosophy (PhD) in Education

Doktorantura tədris pilləsi üçün:

  • Faculty of Graduate Studies: Doctor of Philosophy (PhD) in Psychology, Sociology, Political Science, PhD in Science and Technology Studies, PhD in Communication & Culture
  • Schulich School of Business: PhD in Business Administration
  • Osgoode Hall Law School: PhD in Law

York Universitetində təhsil haqqları neçədir?

Təhsil haqları tələbənin qeydiyyatdan keçdiyi proqram növündən, təhsil səviyyəsindən və vətəndaşlıq ölkəsindən asılı olaraq dəyişir. Beynəlxalq tələbələr üçün təhsil haqqı 34.835 dollardan başlayır və ixtisasdan aslı olaraq artıq. 

Bütün ixtisaslardə olan təhsil haqları ilə bağlı dəqiq məlumatı York Universitetinin rəsmi veb-saytına keçid edərək əldə edə bilərsiniz.

York Universitetinə qəbul prosesi

York Universiteti tələbələrinə təqdim etdiyi keyfiyyətli təhsil və tədqiqat imkanları ilə dünyanın qabaqcıl universitetlərindən biridir. Bu universitetə ​​qəbul olmaq istəyən namizədlər müəyyən mərhələlərdən keçməlidirlər.

York Universitetinin ümumi qəbul prosesi belədir:

Müraciət üçün ilkin şərtlər

  • Akademik tələblər. York Universitetinə müraciət etmək istəyən abituriyentlərin orta məktəb attestatı və transkripti olmalıdır. Magistratura və doktorantura proqramları üçünsə diplom və diplomun transkripti lazımdır.
  • Dil biliyi. İngilis dili biliyi beynəlxalq tələbələr üçün məcburidir. TOEFL, IELTS və ya ekvivalent dil imtahanından kifayət qədər bal toplamaq lazımdır.

Müraciət prosesi

  • Ərizə forması. Müraciətlər UCAS (Universitetlərə və Kolleclərə Qəbul Xidməti) sistemi vasitəsilə edilir. Namizədlər ərizə formasını doldurmalı və lazımi sənədləri bu sistem vasitəsilə yükləməlidirlər.
  • Referans məktubları. Namizədlərdən akademik nailiyyətlərini və xarakterlərini göstərən və müəllimlər və ya məsləhətçilər tərəfindən yazılan referanslar olmalıdır.
  • Motivasiya məktubu. Namizədlərdən York Universitetində niyə təhsil almaq istədiklərini və niyə seçdikləri proqramı seçdiklərini izah edən motivasiya məktubu yazması tələb olunur.

Qiymətləndirmə və müsahibə

  • Qiymətləndirmə. Müraciətlər akademik uğur, referans məktubları və motivasiya məktubları kimi meyarlar nəzərə alınmaqla qiymətləndirilir. Bəzi proqramlar namizədlərdən portfolio və ya əlavə sənədlər tələb edə bilər.
  • Müsahibə. Müəyyən proqramlar üçün namizədlər müsahibəyə dəvət oluna bilər. Müsahibə namizədin bilik səviyyəsini və proqrama uyğunluğunu qiymətləndirmək üçün keçirilir.

Qəbul və qeydiyyat

  • Qəbul məktubu. Ərizələri qəbul edilən namizədlərə qəbul məktubu göndərilir. Bu məktubda qeydiyyat prosesi və dərslərin başlama tarixləri haqqında məlumatı olur.
  • Qeydiyyat prosedurları. Qəbul edilmiş namizədlər qeyd olunan tarixlərdə qeydiyyat prosesini tamamlamalıdırlar. Qeydiyyat zamanı tələb olunan sənədlərin əsli təqdim edilməli və təhsil haqqı ödənilməlidir.

Viza və yerləşdirmə

  • Viza müraciəti. Beynəlxalq tələbələr Böyük Britaniyada təhsil almaq üçün tələbə vizası üçün müraciət etməlidirlər. Qəbul məktubu viza müraciəti üçün tələb olunan sənədlər arasındadır.
  • Yerləşdirmə. York Universiteti tələbələrə müxtəlif yaşayış variantları təklif edir. Universitet yataqxanaları, kampusda və ya şəhərcikdən kənarda yerləşmə imkanları haqqında ətraflı məlumat və müraciət prosesləri universitetin “student accommodation” ofisi tərəfindən tələbəy verilir.

York Universitetinə qəbul prosesi intizamlı və diqqətli hazırlıq tələb edən bir prosesdir. Müraciət etməyi düşünən namizədlərin yuxarıda qeyd olunan addımları diqqətlə izləmələri və tələb olunan sənədləri vaxtında təqdim etmələri vacibdir.

York Universitetində tələbə həyatı
York Universiteti həm akademik, həm də sosial cəhətdən dəstəkləyici bir mühit təmin etməklə tələbələrin şəxsi və peşəkar inkişafına töhfə verir.

Gəlin buradakı tələbə həyatı ilə bağlı sizi maraqlandıran mövzulara toxunaq.

Kampuslar

York Universitetinin kampusu tələbələrə müasir və rahat həyat təklif edir. Universitetdə sinif otaqları və laboratoriyalar kimi tədris binaları ilə yanaşı, tələbə yataqxanaları, kitabxanalar, idman obyektləri, restoran və kafelər kimi bir çox sosial və yaşayış sahələri də var. Kampus böyük yaşıllıq sahələri və gölməçələri ilə təbii gözəlliyə malikdir ki, bu da tələbələrə dərslər arasında dincəlmək və maraqlı vaxt keçirmək imkanı verir.

Yataqxanalar

York Universiteti kampusda və onun ətrafında geniş yerləşdirmə variantları təklif edir. Universitet yataqxanaların tələbələr müxtəlif büdcə və seçimlərə uyğun otağı kirayə götürüb qala bilərlər.

Tələbə klubları və cəmiyyətləri

York Universitetində tələbələrin maraq və hobbilərinə xidmət edən çoxlu klub və cəmiyyətlər fəaliyyət göstərir. İdman klublarından tutmuş incəsənət və mədəniyyət cəmiyyətlərinə, akademik və peşəkar birliklərə qədər geniş seçimlər mövcuddur. Bu klublara qoşulmaqla tələbələr sosial bacarıqlarını təkmilləşdirə, yeni maraqlar kəşf edə və icma tədbirlərində iştirak edərək kampus həyatını daha da zənginləşdirə bilərlər.

İdman və istirahət

Universitet idmanla məşğul olmaq istəyən tələbələr üçün müxtəlif imkanlar təklif edir. Müasir idman zalları, üzgüçülük hovuzları, tennis kortu, futbol meydançaları və bir çox digər idman obyektləri olan universitet tələbələrin aktiv həyat tərzi keçirməsinə kömək edir. Bundan əlavə, universitet daxilində təşkil edilən müxtəlif idman tədbirləri və turnirlərdə də tələbələr iştirak edə bilər.

Dəstək Xidmətləri

York Universiteti tələbələrin akademik və şəxsi ehtiyaclarını ödəmək üçün bir sıra dəstək xidmətləri təklif edir. Akademik məsləhətlər, karyera rəhbərliyi, sağlamlıq və məsləhət xidmətləri kimi bir çox dəstək bölmələri tələbələrə qarşılaşa biləcəkləri hər hansı çətinliklərin öhdəsindən gəlməyə kömək edir. Burada beynəlxalq tələbələr üçün xüsusi dəstək proqramları və dil kursları da mövcuddur.

Sosial tədbirlər

York Universiteti il ​​ərzində müxtəlif sosial tədbirlər təşkil edir. Bu tədbirlər tələbələrin kampus həyatını daha əyləncəli edir. Konsertlər, teatr tamaşaları, festivallar və tələbə şənlikləri kimi tədbirlər tələbələrə xoş anlar yaşadır və onların universitet təcrübəsini zənginləşdirir.

York Universitetində təqaüd imkanları varmı?

Əlbəttə, universitetdə təhsil almaq istəyən tələbələr üçün təqaüdlər mövcuddur. Tələbələr həmin təqaüdlərdən yararlanmaqla maddi çətinlik çəkmədən təhsillərini ala bilərlər. York Universitetinin təhlif etdiyi təqaüdlərdən bəziləri bunlardır:

Bakalavr üçün:

  • Vice-Chancellor's Scholarship
  • York Opportunity Scholarship
  • Departmental Scholarships və s.

Magistratura üçün:

  • York Masters Opportunity Scholarship
  • Chevening Scholarships
  • Commonwealth Scholarships və s.

Doktorantura üçün:

  • York Graduate Research School Scholarships
  • White Rose College of the Arts & Humanities (WRoCAH) Scholarships
  • UK Research and Innovation (UKRI) Scholarships

Tələbələrə dəstək proqramları:

  • York Bursary
  • Sports Scholarships
  • Music Scholarships

Bunlarla bərabər tələbələrə təklif olunan bir çox təqaüd imkanından yararlana və həm təhsil, həm də yaşam xərclərinizi qarşılaya bilərsiniz.

Dünyanın ən yaxşı universitetlərindən olan York Universitetində istədiyiniz istisas üzrə təhsil almaq üçün bizimlə əlaqə saxlayın. Xaricdə təhsil mütəxəssislərimiz qəbul prosesindən tutmuş viza xidmətinə qədər sizə dəstək olmaqla təhsilinizdə uğurlu başlanğıc etməyinizə dəstək olacaq!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın