Yüklənir...

shape shape shape shape

University of West London

University of West London

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £13,250+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-50
  • QS reytinqi: 253
  • Qəbul tələbi: IELTS 6.0+, TOEFL 72+

 

Ətraflı məlumat

West London Universiteti UK-in ən yaxşı təhsil mərkəzindən biridir. Tarixi və yüksək təhsil keyfiyyəti ilə tanınan universitet geniş çeşiddə bakalavr, magistr və doktorantura proqramları təklif edir. 

1860-cu ildə əsası qoyulan West London Universitetinə hər il minlərlə beynəlxalq tələbə qəbul alır. 

Universitet, innovativ və tətbiqi təhsil yanaşması ilə fəaliyyət göstərən universitet müasir kampusları və təcrübəli akademik heyəti ilə tələbələrə karyeralarına güclü başlanğıc etmək imkanı verir.

West London Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • BA (Hons) Business Studies
  • BA (Hons) International Hotel Management
  • BSc (Hons) Computer Science
  • BSc (Hons) International Hospitality Management
  • BSc (Hons) Culinary Arts Management
  • BSc (Hons) Cyber Security
  • BA (Hons) Advertising and Public Relations

Magistratura tədris pilləsi üçün:

  • MSc International Business Management
  • MSc Finance and Accounting
  • MSc Digital Marketing
  • MA Luxury Hospitality Management
  • MSc Food Business Management
  • MSc Information Systems and Digital Innovation
  • MA International Tourism and Aviation Management

Doktorantura tədris pilləsi üçün:

  • PhD in Business and Management
  • PhD in Computer Science
  • PhD in Health and Social Care
  • PhD in Media and Communications
  • PhD in Law

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. bütün proqram və ixtisasla bağlı məlumatı universitetin rəsmi veb-saytından ala bilərsiniz.

West London Universitetinin ortalama təhsil haqqı

West London Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə £13,250-dən, magistratura üçünsə £16,800-dən başlayır və proqramla ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Ərizə forması: UCAS və ya universitetin onlayn ərizə portalı vasitəsilə doldurulmalıdır.
  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript. 
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti. 

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.0, hər bölmədən ən azı 5.5 bal.
  • TOEFL: Minimum ümumi bal 72, “reading” 18, “writing” 17, “listening” 17, “speaking” isə ən azı 20 bal olmalıdır.

Bu tələblər ümumidir və proqramdan aslı olaraq əlavə sənədlər də tələb oluna bilər. Bu səbəbdən də maraqlandığınız proqram üzrə tələb olunan sənədləri univeristetin rəsimi veb-sayıtından öyrənməyiniz məsləhətdir.

West London Universitetinin təqaüd imkanları

West London Universitetində beynəlxalq tələbələr üçün bir neçə təqaüd proqramları var. Bu təqaüdlər arasında dövlət, universitet və beynəlxaq proqramların təmin etdiyi təqaüdlər daxildir. 

Universitetin təyin etdiyi təqaüdlərdən təziləri bunlardır:

International Ambassador Scholarship: UWL-də təhsil alacaq xarici tələbələrə maliyyə dəstəyi göstərir. 

Bu təqaüd üçün tələbələr universitetin tanıtım fəaliyyətlərində iştirak etməlidirlər.

Help to Achieve Scholarship: Həm yerli, həm də beynəlxalq tələbələr üçün verilən təqaüd proqramıdır. 

LGCHT Friends and Alumni Scholarship: London Geller College of Hospitality and Tourism tərəfindən dəstəklənən təqaüd həm yerli, həm də beynəlxalq tələbələr üçündür.

 PM Trust Scholarship: Hospitality Management və ya Culinary Arts proqramlarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş təqaüddür.

The Anne Naysmith Scholarship: London College of Music-də təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

The Carter Foundation Scholarship: Claude Littner Business School-da təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Universitetdə mövcud olan bütün təqaüd proqramları və onların ödədiyi təqaüd məbləği ilə ətraflı məlumat üçün West London Universitetinin rəsmi veb-saytında “International scholarships and bursaries” səhifəsini ziyarət edə bilərsiniz.

West London Universitetində tələbə həyatı

West London Universitetində tələbə həyatı dinamik və rəngarəngdir. Burada tələbələrin akademik, sosial və şəxsi inkişaflarını dəstəkləmək üçün müxtəlif imkanlar təmin olunub. 

Universitetin tələbə həyatına müsbət təsir edən faktorlarına bunları aid edə bilərik:

Tələbə təşkilatları və birlikləri

West London Universitetində tələbə birliyi, müxtəlif sosial, idman və mədəni fəaliyyətlər təşkil edərək tələbələrin bir-biri ilə əlaqə qurmasını təmin edir. 

Tələbə birliyinə üzv olmaqla tələbələr müxtəlif klublar və cəmiyyətlərə qoşula, maraq dairələrinə uyğun fəaliyyətlərdə iştirak edə bilərlər.

İdman 

Universitetin kampusunda idman zalları, məşq sahələri və müxtəlif idman klubları mövcuddur. Tələbələr həm fərdi, həm də komanda olaraq müxtəlif idman yarışlarında iştirak edə və həm sağlam, həm də maraqlı tələbəlik yaşaya bilərlər.

Dəstəyi xidmətləri

Universitet, tələbələrin akademik və şəxsi inkişaflarını dəstəkləmək üçün müxtəlif xidmətlər təklif edir. 

Bunlar arasında karyera məsləhətləri, psixoloji dəstək, akademik məsləhətlər və maliyyə məsləhətləri yer alır. Tələbələr bu xidmətlərdən istifadə edərək öz potensiallarını maksimum səviyyədə istifadə edə və rahat şəkildə universitetdən məzun ola bilərlər.

Kampus 

West London Universitetinin kampusları, müasir avadanlıqlarla təchiz edilmişdir. Ksmpusda tələbələrin rahat mühitdə təhsil almaları üçün hər bir şərait yaradılıb.

Eyni zamanda universitet tələbələrinə həm kampus, həm də kampus yaxınlığında yataqxanalarda qalmalarına da köməklik göstərir.

Sosial və mədəni fəaliyyətlər

Universitet, tələbələrin sosial və mədəni inkişafını dəstəkləmək üçün müxtəlif fəaliyyətlər və tədbirlər təşkil edir. Bunlar arasında film gecələri, teatr səhnələri, sərgilər və beynəlxalq tələbələr üçün xüsusi tədbirlər yer alır.

Karyera və iş imkanları

Universitet öz tələbələrinin rahat iş tapmaları üçün onlara kariyera xidməti verir. Bu xidməyə tələbələrə iş axtarışı, CV yazma və müsahibə hazırlığı kimi mövzularda dəstəklər daxildir.

West London Universitetində təhsil və ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın