Yüklənir...

shape shape shape shape

University of Warwick'dən SON YENİLİKLƏR

10 sentyabr 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
University of Warwick'dən SON YENİLİKLƏR

University of Warwick, 1965-ci ildə Coventry-də qurulan böyük bir kampus Universitetidir. Yerləşdiyi əraziyə görə Universitet, İngiltərənin Birmingham, Coventry və London kimi ən böyük və köklü şəhərlərinə giriş rahatlığı baxımından fərqlənir. 17.000-dən çox tələbə ilə təhsilinə davam edən Warwick, tələbələrin müraciətlərini ətraflı şəkildə araşdırır və yüksək tələbə profilinə malik insanları bakalavr və magistr təhsili üçün qəbul edir. Bu səbəbdən bu universitetdən qəbul almaq çox rəqabətlidir, eyni zamanda buradakı təhsil sizə böyük imtiyazlar qazandıracaqdır.

Universitet bölgənin sosial və iqtisadi həyatında əhəmiyyətli rol oynayır. Bunun səbəbi, universitetin Warwick Manufacturing Group (WMG) və Warwick Business School vasitəsilə bölgədəki yerli iş ortaqları ilə qurduğu əlaqələrdir. Məzun olduqdan 5 il sonra, Warwick məzunları 11-dən çox mövzuda ən yüksək qazanc əldə edən İngiltərənin ilk 10 universiteti arasındadır.

 

Warwick is ranked 8th in the UK

The Guardian 2021 league table

 

Warwick is ranked 61st in the world and 10th in the UK

QS World University Rankings 2022

 

University of Warwick tələbələrin viza üçün müraciət edərkən və mövcud uçuşları axtararkən, pandemiya səbəbindən qarşılaşdıqları çətinlikləri nəzərə alaraq dərslərə başlanğıc tarixini 10 yanvar-a qədər uzadıldığını elan edir. 

Buna görə tələbələr aşağıdakı meyarlara cavab verməlidir: 

  • Hal-hazırda İngiltərədə olmayan, digər ölkələrdə yaşayanlar

  • İngiltərəyə səyahət məhdudiyyətləri, viza gecikmələri və ya uçuşlarda problemlərlə üzləşənlər.

  • Bu avantaj müəyyən fakültələrə və kurslara aiddir. (Fakültə və kursların siyahısı ilə Azeri Studentə müraciət edərək tanış ola bilərsiniz)

 

Bu meyarlara uyğun gəldiyiniz halda, birbaşa e-poçtla göndərilən formu dolduraraq, universitetə 10 sentyabr tarixinə qədər məlumat verməlisiniz.

 

Ümid edirik ki, bu məlumatlar sizə təhsil həyatına başlamaqda kömək edəcək. Əlavə təlimata ehtiyacınız olarsa, çəkinmədən Azeri Student konsultantlarına müraciət edə bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın