Yüklənir...

shape shape shape shape

University of Greenwich

University of Greenwich

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £16,150+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-100
  • QS reytinqi: 691-700
  • Qəbul tələbi: IELTS 6.0+, TOEFL 60+

 

Ətraflı məlumat

Greenwich Universiteti Böyük Britaniyanın ən nüfuzlu universitetlərindən biridir. Londonun Greenwich şəhərində 1890-cı ildə yaranan bu universitet tələbələrə dünya səviyyəli təhsil təklif edir. 

Greenwich Universiteti geniş akademik proqramlar və innovativ tədqiqat layihələri ilə hərtərəfli təhsil sisteminə malikdir. Buradakı təhsilin keyfiyyəti tələbələrə həm nəzəri, həm də praktiki cəhətdən möhkəm zəmin yaradır. 

Greenwich Universiteti tələbələrə təkcə təhsilin keyfiyyəti ilə deyil, həm də tarixi şəhərciyi və Londonun dinamik atmosferi ilə unikal təcrübə təqdim edir. Universitetin tarixi binaları və müasir imkanları tələbələrə həm keçmişin izlərini hiss etdirir, həm də gələcək üçün hərtərəfli təchiz olunmuş təhsil mühiti yaradır.

Gəlin bu universitet haqqında daha ətraflı məlumat alaq.

Greenwich Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Accounting and Finance, BSc Hons
  • Business Management, BA Hons
  • Marketing Management, BA Hons
  • Mechanical Engineering, BEng Hons
  • Nursing (Adult Nursing), BSc Hons

Magistratura tədris pilləsi üçün:

  • MBA International Business
  • MSc Accounting and Finance
  • MSc Computer Science
  • MSc Construction Project Management
  • MSc Data Science

Doktorantura tədris pilləsi üçün:

  • Accounting and Finance, MPhil/PhD
  • Business, MPhil/PhD
  • Computer Science, MPhil/PhD
  • Economics, MPhil/PhD
  • Education, MPhil/PhD

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir.  Univeristetdə olan bütün proqram və ixtisasla bağlı məlumatı Greenwich Universitetinin rəsmi veb-saytından ala bilərsiniz.

Greenwich Universitetinin ortalama təhsil haqqı

Greenwich Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə £16,150-dən, magistratura üçünsə £16,300-dən başlayır və proqramla ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript. 
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti. 

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.0, hər bölmədən ən azı 5.5 bal.
  • TOEFL (iBT): Minimum ümumi bal 60, "reading" ən azı 8, "listening" ən azı 7, "speaking" ən azı 16, "writing" isə ən azı 18 bal.

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər. 

Greenwich Universitetinin təqaüd imkanları

Greenwich Universiteti, beynəlxalq tələbələr üçün müxtəlif təqaüd imkanları təqdim edir ki, bu da onların akademik həyatını maliyyə cəhətdən çətinliklərini aradan qaldırmağa kömək edir. 

Burada beynəlxalq, dövlət və universitetin maliyyələşdirdiyi təqaüdlər var. 

Universitetdə mövcud olan əsas təqaüd proqramlarından bəziləri bunlardır:

Greenwich Scholarship Scheme: Bakalavr tələbələrinə maliyyə dəstəyi verir.

Greenwich Postgraduate Scholarship: Magistratura tələbələri üçün nəzərdə tutulub və tələbələrin magistr təhsili boyunca maddi cəhətdən dəstəklənməsini təmin edir.

International Scholarship Award: Həm bakalavr, həm də magistr tələbələri üçündür.

Alumni Postgraduate Award: Bu təqaüd, Greenwich Universitetindən məzun olan və magistr proqramında təhsil alan tələbələr üçün nəzərdə tutulub. 

Təqaüd təhsil haqqına endirimi əhatə edir.

GREAT Scholarships: Universitet, GREAT Scholarships proqramı çərçivəsində magistr tələbələrinə bu təqaüdü təklif edir.

Təqaüd, tələbələrin təhsil və yaşam xərclərini qarşılamağa kömək edir.

Scholarships for Excellence: Tələbələrin akademik fəaliyyətlərini dəstəkləmək üçün nəzərdə tutulub və tələbələrə maliyyə dəstəyi təmin edir.

Bunlar təqaüdlər bir hissəsidir. Universitetdə olan bütün təqaüdlər və təqaüd məbləğini saytın “Scholarships and bursaries” səhifəsindən öyrənə bilərsiniz.

Greenwich Universitetində tələbə həyatı

Greenwich Universitetində tələbə həyatı, müxtəlif fəaliyyətlər və imkanlarla zəngindir. Bu zənginlin tələbələrin həm akademik, həm də sosial cəhətdən inkişaf etməsinə kömək edir. 

Kampus 

London şəhərinin mərkəzində yerləşən tarixi və müasir binaların qarışığından ibarət kampus olduqca maraqlıdır. 

Kampusda tələbələrin istifadəsi üçün hər şey, məsələn, müxtəlif müasir avadanlıqlar, kitabxanalar, laboratoriyalar və tədris otaqları mövcuddur.

Tələbə bilikləri və təşkilatları

Universitetdə müxtəlif tələbə birlikləri və təşkilatları fəaliyyət göstərir. 

Bunlara idman, akademik və sosial birliklər daxildir. Tələbələr, bu birliklərə qoşularaq həm yeni dostlar qazana bilər, həm də maraq sahələrində fəaliyyət göstərə bilər.

İdman 

Universitetin kampusunda müxtəlif idman sahələri, gimnaziyalar və fitness mərkəzləri mövcuddur. Tələbələr, futbol, basketbol, voleybol, üzgüçülük və başqa bir çox idman növləri ilə məşğul ola bilərlər.

Sosial və mədəni fəaliyyətlər

Universitetdə müxtəlif sosial tədbirlər və festivallar keçirilir. Tələbələr, bu tədbirlərdə iştirak edərək müxtəlif mədəniyyətləri tanıma və əyləncə fəaliyyətlərinə qoşulma imkanına malikdirlər. 

Universitetin təşkil etdiyi tədbirlər arasında konsertlər, teatr tamaşaları, film nümayişləri və seminarlar yer alır.

Dəstəyi xidmətləri

Universitetdə tələbələrin akademik və şəxsi həyatlarında qarşılaşdıqları çətinlikləri aşmalarına kömək etmək üçün müxtəlif dəstək xidmətləri fəaliyyət göstəir. Bunlara akademik məsləhət xidmətləri, psixoloji dəstək, karyera məsləhətləri və maliyyə dəstəyi xidmətləri daxildir. Tələbələr istənilən vaxt qarşılaşdıqları problem və ya dəstəklə bağlı həmin xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Greenwich Universitetində təhsil almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın