



Yüklənir...
Universitet haqqında
University of Derby 1851-ci ildə əsası qoyulmuş, 1992-ci ildə isə universitet statusu qazanmışdır. 34 mindən çox tələbənin təhsil aldığı universitetdə 300-ə yaxın ixtisas mövcuddur. Universitet 5 kolleci özündə birləşdirir: Biznes, Hüquq və Sosial Elmlər; İncəsənət, Humanitar elmlər və Təhsil; Mühəndislik və Texnologiya; Sağlamlıq və Sosial Qayğı; Həyat və Natural Elmlər.
Universitetin müəllim kadrının ixtisaslaşmış olması və siniflərin 80%-inin 30 nəfərdən az sayda insandan ibarət olması təhsili daha da keyfiyyətli edən faktorlardandılar.
Son illərin məzunlarının 96%-i bakalavr təhsilini bitirdikdən sonra maksimum 6 ay ərzində işlə təmin olunub və ya magistratura pilləsində öz təhsillərini davam etdirib.
#97 The Complete University Guide
#29 The Guardian
#81 The Times/The Sunday Times
Tədris
Populyar ixtisaslar:
Bakalavriat:
Мagistratura:
Giriş tələbləri
Bakalavriat:
Magistratura:
Ünvan
Kedleston Rd, Derby DE22 1GB, UK
Universitet İngiltərənin mərkəzində, Derbi şəhərində yerləşir. Şəhər bənövşəyi bayraq statusuna layiq görülmüşdür bu, təhlükəsiz və qonaqpərvər bir şəhər mühitindən xəbər verir. Son 10 ildə universitet avadanlıq və tədris mərkəzlərinə 200 milyon funt sterlinq investisiya yatırıb.
Məzunlar
Məzun: Khumbo Kachali. Vəzifəsi: vitse-prezident Malawi.
Məzun: Stephen Amoah. Vəzifəsi: Qanalı siyasətçi.