Yüklənir...

shape shape shape shape

Top-up kursları ilə mövcud dərəcənizi tam dərəcəyə çevirmək indi çox asandır

3 avqust 2021

Tədbir Tarixi

19:00

Tədbirin Başlama Vaxtı

22:00

Tədbirin Bitmə Vaxtı
Top-up kursları ilə mövcud dərəcənizi tam dərəcəyə çevirmək indi çox asandır

Təhsil səviyyənizdən çox narazısınız? İxtisasınızla bağlı dərəcənizi yüksəltmək istəyirsiniz? Xarici universitet diplomuna sahib olmaq arzusundasınız? Universitetdə akademik göstəriciləriniz sizə xaricdə magistr təhsili almağa imkan vermir? Elə isə nəyi gözləyirsiniz Top Up dərəcə proqramı məhz sizin üçündür!

 

Top-up dərəcəsi nədir?

Top-up dərəcəsi, bakalavr təhsilinin son ilinə bərabər olan bir illik tədris proqramıdır. Bu kurslarla, mövcud ixtisasınızı İNGİLTƏRƏ universitetlərində artıra bilər və daha güclü bir diploma sahib ola bilərsiniz. Yəni mövcud dərəcənizi tam dərəcəyə çevirmə imkanına top-up ilə sahib olursunuz. Bu bir degree level-dir və siz 12 ay ərzində bu kursu müvəffəqiyyətlə bitirdikdən sonra BA HONS dərəcəsi və ya BSc HONS dərəcəsinə/ xarici bakalavr diplomuna yiyələnirsiniz. Proqramın ən böyük üstünlüyü, foundation proqramını keçməyə ehtiyac olmamasıdır.

Top-up dərəcəsi, bakalavr təhsilinin son ilinə bərabərdir və başa çatması ümumilikdə bir il çəkir. Bu kurs tam bir bakalavr dərəcəsi əldə etməyə və BSc (Hons) və ya BA (Hons) dərəcəsi almağa imkan verir. Adından da göründüyü kimi, bu kurslar, istər ixtisas dərəcəsi olsun, istərsə də başqa bir müvafiq ixtisas, məsələn, HND, mövcud bir ixtisası tamamlamağa imkan verir.

Top-up proqramı tələbələrə yalnız akademik biliklər vermir, həm də bacarıqlarınızı inkişaf etdirməyə və həyat dərsləri almağa kömək edir. Proqram zamanı hazırkı iş bazarının ehtiyaclarını öyrətmək üçün xüsusi olaraq hazırlanmış rəqabətli tədris proqramlarından istifadə edilir. Bununla yanaşı, sizin ortalama balınız yüksəldiyi üçün xaricdə arzuladığınız istənilən universitetdə magistr təhsili ala biləcəksiniz. 

 

Top-up dərəcəsində hansı fənləri öyrənə bilərik?

  • Art and Design
  • Information Technology
  • Nursing, Physiotherapy, Occupational Therapy
  • Hospitality, Tourism and Events Management
  • Business, Economics and Management
  • Building Services Engineering

 

Hər kursun öz giriş tələbləri var, buna görə də hansı ixtisas üzrə müraciət etməli olduğunuzu öyrənmək üçün maraqlandığınız kursu əvvəlcədən yoxlayın. 

 

İngiltərənin hansı universitetləri top-up dərəcələri təklif edir?

Top-up dərəcəsi kursları İngiltərənin demək olar ki, bütün universitetləri tərəfindən təklif olunur. Lakin, hər universitetdə bütün fənlər üzrə dərəcə kursları yoxdur, ona görə də sizə lazım olan fənləri qəbuldan öncə arışdırmanız vacibdir. 

 

Londonda yerləşən top-up dərəcə kursları

Middlesex University 

University of Greenwich

University of the Arts London

London South Bank University

University of Westminster

University of East London

University of West London

London Metropolitan University

Coventry University London

University of Sunderland London

University of Roehampton

Kingston University 

 

Top-up dərəcə kursları təklif edən digər universitetlər

Bournemouth University

University of the West of England

University of Chichester

University of South Wales

York St John University

Cardiff Metropolitan University

Birmingham City University

University of Sunderland 

Bradford University

Anglia Ruskin University

De Montfort University

Plymouth University

University College Birmingham

Sheffield Hallam University

Coventry University 

University of Huddersfield

University of Hertfordshire

University of Hull

Keele University

University of Portsmouth

University of Lincoln

Northumbria University

The University of Northampton

University of Bedfordshire

Edinburgh Napier University

Heriot-Watt University

 

Dostlar, siz də bu imkanı yaxşı dəyərləndirin, dünyanın istedadlı məzunları arasına öz adınızı yazdıraraq xarici bakalavr diplomuna sahib olun.Top-up proqramı haqqında daha ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilər, sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın