Yüklənir...

shape shape shape shape

Test optional qəbul siyasəti ilə xaricdə təhsil al!

Test optional qəbul siyasəti ilə xaricdə təhsil al!

SAT və ACT kimi imtahanlar uzun müddətdir universitetə qəbul prosesinin bir hissəsidir. Ancaq bu payızdan etibarən ABŞ-da 1000-dən çox ali təhsil müəssisəsi- Bennington College in Vermont, Ohio Wesleyan University, Pitzer College in California, James Madison University in Virginia və the University of Denver - imtahandan imtina etdi.

Qəbul qazanmaq üçün tələbələr standartlaşdırılmış test nəticələrini göndərmək yerinə, Advanced Placement və ya International Baccalaureate nəticələrini, əlavə olaraq esse və ya kreativ portfellər kimi alternativ sənədləri paylaşmaq imkanı əldə edirlər.

Müraciət edənlərin əksəriyyəti hələ də SAT, ACT və ya hər ikisini birdən alır. Lakin artıq test nəticələrinə görə mübarizə aparan şagirdlər artıq onları yox, digər akademik və dərsdənkənar nailiyyətlərini önə çəkə bilərlər.

Test-optional siyasətini üstün tutan təhsil müəssisələrinə görə standartlaşdırılmış test nəticələri tələbə profillərinə tələb kimi deyil, əlavə qatqı kimi nəzərə alınır.

Tövsiyə məktubları, transkriptlərdən daha çox, dörd il ərzində qazanılmış nailiyyətlər və fəaliyyətlərə, bir sözlə şəxsi, professional inkişafına daha çox önəm verilir. Qəbul komisiyaları tərəfindən Son dövrlərdə qəbul komissiyaları tərəfindən artıq test nəticələrinin tələbə haqda tam məlumatı əks etdirmədiyi düşünülür və seçimlər zamanı nəzərə alınır.

Keçən il, 2023-cü ildə müraciət edənlərin 6%-dən çoxunu qəbul edən University of Chicago,test-optional siyasətini tətbiq etdi. James Nondorf - University of Chicago-nun tələbə qəbulu və inkişafı üzrə vitse-prezidenti ”test imtahanı universitetə qəbul prosesinin bir hissəsidir, tamamı deyil” deyə fikir söyləmişdir. Tələbələr imtahan balları əvəzinə portfel, biznes plan, akademik və ya yaradıcı bir iş təqdim edə bilərlər.

University of Chicago, test-optional siyasətinə keçid alma qərarı verdi və qəbul qazanmaq üçün imtahan ballarından daha çoxunun tələb olunmasını müəyyən etdi. Müraciət edən tələbələrin yalnız 10-15 %-i test-optional siyasətindən istifadə etdi və qəbul aldı.

Bəzi tələbələr imtahan göstəricilərini təqdim edib etməmək barədə düşünürlər.

Whitney Soule - Bowdoin College-in qəbul şöbəsi dekanı, əgər imtahan nəticələri tələbələrin “akademik hekayələrini” dəstəkləyirsə, onları da əlavə etməyi təklif edir.

Test-optional siyasəti tətbiq edən dövlət universitetlərinin tələb və şərtləri dəyişə bilir. Bu səbəbdən müraciətlərdən əvvəl, universitetin qaydaları ilə tanış olmaq tövsiyə olunur.

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın