Yüklənir...

shape shape shape shape

Tələbə vizası üçün uzun növbələrə son!

1 sentyabr 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Tələbə vizası üçün uzun növbələrə son!

Eksklüziv olaraq sadəcə Azeri Student-də! Tələbə vizasına müraciət prosesi heçvaxt bu qədər asan olmamışdı!

 

Əgər Siz, 2021-ci ildə Britaniyada təhsil almağı düşünür və ya artıq qəbul almısınızsa, o zaman bu xəbər sizin üçün çox önəmli ola bilər! Artıq Siz, tələbə vizasına müraciət sənədlərinin qəbulunu Azeri Student ofisində həyata keçirə biləcəksiniz!

 

Xarici universitetlərə qəbulda tələbə vizasına müraciət zamanı yaşanan xoşagəlməz və həyəcanlı anlar adətən tələbələri çox yorur. Bununla yanaşı, ilk dəfə viza əldə etmək - daha çətindir. Lazımi sənədlərin toplanması, səfirlikdə uzun növbələrə dayanmaq və s. əvəzinə, sadəcə bütün əşyaları toplayıb birbaşa qəbul aldığınız ölkəyə uçmaq - hər kəs bunu arzu edir. Viza prosesindən 100% azad olmaq qeyri real olduğundan, bu prosesin verdiyi çətinlikləri Sizin üçün minimallaşdırmaq istədik.

 

Sizlərə Britaniya vizasına premium qəbul prosesi təklif edirik!

 

Viza nədir? Viza, bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük orqanları vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət edilə biləcəyini göstərən yazılı icazə sənədidir.

 

Təhsil alacağınız Britaniya universiteti seçimini etdikdən sonra, Sizləri gözləyən stressli və yorucu vizaya müraciət prosesindən artıq azad olmuş olacaqsınız. Bunun üçün artıq səfirlikdə növbəyə durmaq və ərizə formasını doldurmağa ehtiyacı yoxdur! Xaricdə təhsil mütəxəssislərimizlə birgə Sizin seçdiyiniz bir gün və saatda Britaniya səfiryinin nümayəndəsi ilə individual görüş təyin ediləcək. Və beləliklə, Siz rahat və asan şəkildə ofisimizə yaxınlaşaraq vizaya müraciət prosesini həyata keçirə biləcəksiniz.

 

Üstünlüklər:

  • Asan prosedur - Növbələr və uzun müddətli gözləmə olmadan, sənədlərin asan bir şəkildə təqdim edilməsi.
  • Şəffaflıq - Sənədlərin təqdim edilmə tarixi və saatı, Azeri Student təhsil meneceri ilə birlikdə tələbənin razılığı əsasında seçilir.
  • Sürətli prosedur - Komandamız tərəfindən sənədlərin təqdim edilmə müddəti 20 dəqiqədən çox olmayan bir zamanda həyata keçirilir. Prosedur zamanı valideynlərin iştirakına gərək qalmır.
  • Məxsusilik - Xidmət yalnız Azeri Student tələbələri üçün keçərlidir.

 

Prosesə başlamaq üçün sadəcə qeydiyyatdan keçməlisiniz. Sonraki etapda mütəxəssislərimiz sizinlə əlaqə saxlayaraq sizə geniş məlumat verəcəkdir.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37844539999999","long":"49.8750052"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın