Yüklənir...

shape shape shape shape

Təhsilin keyfiyyət nişanı | Nümayəndə ilə GÖRÜŞ

10 oktyabr 2020

Tədbir Tarixi

00:00

Tədbirin Başlama Vaxtı

14:00

Tədbirin Bitmə Vaxtı
Təhsilin keyfiyyət nişanı | Nümayəndə ilə GÖRÜŞ

Dünyanın ən yüksək yaşayış imkanlarına malik ölkəsi olan İsveçrə yüksək əmək haqqı və sabit iqtisadiyyatı ilə hər zaman seçilir. Nestlé, Swatch, Novartis, Roche, Logitech, Rolex kimi qlobal şirkətlərə ev sahibliyi edən ölkə həmçinin öz tələbələrinə dünya səviyyəsində tanınan təhsil təklif edir.

Keyfiyyətli təhsil və beynəlxalq karyera axtarışında olan hər kəsi Oktyabrın 10-u, həftənin şənbə günü, Bakı Ağ Şəhər Ofis Binasında baş tutacaq qapalı tədbirdə iştirak etməyə dəvət edirik. Görüşdə ən prestijli İsveçrə universitetlərinin rəsmi nümayəndələri sizlərə Alp ölkəsində təhsilin yaradacağı imkanlardan danışacaqlar.

Görüşə nələr daxildir:

  • Ən prestijli İsveçrə universitetlərindən birində CANLI kampus turu
  • İsveçrə universitetlərinin özəllikləri və yaratdığı imkanlar haqqında geniş prezentasiya
  • Hal-hazırda Çikaqoda restoran sahibi olan, İsveçrədə Hospitality&Tourism üzrə təhsil almış məzunumuz ilə maraqlı söhbət
  • Sual-cavab

İsveçrə universitetlərinin əksəriyyətinin nəzəri təhsilin aparıcı sənaye şirkətlərində təcrübə ilə birləşdiyini bilirdinzmi? Yəni təlimin sonunda siz beynəlxalq şirkətlərdə təcrübə qazanmış olacaqsınız (minimum 1 il). Eləcə də, bu ölkədə məktəb oxumaqla siz, və ya övladınız İsveçrə pasportunun sahibi ola bilər. Qeyd edək ki, İsveçrə pasportu ilə 142 ölkəyə vizasız səfər etmək olar.

Bu və digər fürsətlər barədə siz, 10 Oktyabr günü Isveçrənin ən nüfuzlu universitetlərinin nümayəndələrindən eşidəcəksiniz. Qeydiyyatdan keçməyə tələsin - iştirakçıların sayı məhduddur.

Bakalavr pilləsi üçün təhsil və yaşam xərcləri: 32,500 CHF-dən başlayaraq

Tələblər:

  • Attestat

  • IELTS 5.0 və ya beynəlxalq ekvivalenti

  • 17 yaş və üzəri

 

LAKİN! Sadalanan meyarlar sizin göstəricilərinizlə üst-üstə düşmürsə, üzülməyə tələsməyin! Çünki sizin 10 həftəlik hazırlıq proqramına qatılmaq fürsətiniz də var. Foundation programını başa vurduqdan sonra siz Bakalavr pilləsinə asanlıqla keçid ala biləcəksiniz.

 

MagistrMBA proqramları üçün təhsil və yaşam xərcləri: 34,500 CHF-dən başlayaraq

Tələblər:

  • Hər hansı bir sahədə Bakalavr dərəcəsi

  • IELTS 6.0 və ya beynəlxalq ekvivalenti

  • 2-3 il iş təcrübəsi (yalnız MBA üçün)

 

İştirak üçün qeydiyyat mütləqdir! Giriş sərbəstdir!

 

Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz: +994502917972

Ünvan: Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə (Regus), Azeri Student ofisi

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın