Yüklənir...

shape shape shape shape

St Clare’s, Oxford

St Clare’s, Oxford

Bu Qurum Haqqında

St Clare’s, Oxford

  • Ən məşhur təhsil mərkəzi olan Oksfordda yerləşən bu  məktəb Böyük Britaniyanın nüfuzlu təhsil ocaqlarındandır.
  • O, yüksək səviyyəli akademik hazırlıqla əcnəbilərin diqqətini cəlb edir, çoxlu sayda fənlərin, sinifdənkənar məşğələlərin geniş proqramının dərindən öyrənilməsi imkanı verir.

Məktəb haqqında

1953-cü ildə təsis olunub. Bu kollecdə oxumaq ingilis dilini mükəmməlləşdirmək, gələcək intensiv universitet proqramına uyğunlaşmaq, Britaniya atmosferinə daxil olmaq üçün böyük bir fürsətdir. Təhsil müəssisəsi Britaniya Şurası tərəfindən akkreditə olunub, English UK üzvlüyünə malikdir.

A-level-dən daha balanslaşdırılmış tədris planı ilə fərqlənən International Baccalaureate(İB) proqramı da tədris olunur. Bundan əlavə, IB sertifikatı dünyanın bir çox universitetləri tərəfindən tanınır. Bu kolleci bitirdikdən sonra uşağınız Böyük Britaniyada və onun hüdudlarından kənarda istənilən seçilmiş təhsil müəssisəsinə daxil ola bilər.

Tədris

Yaş: 15-19

Proqramlar: IB, Foundation, Pre­IB, qısamüddətli akademik kurslar, yay kursları

Yerləşmə: Oxford/B.Britaniya

Təhsil haqqı: illik £14000

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın