Yüklənir...

shape shape shape shape

Saint Louis University Madrid

Saint Louis University Madrid

Bu Qurum Haqqında

Saint Louis University Madrid

  • Madrid, İspaniya

  • 1973-cü ildə təsis edilib

  • Top-50 in best value schools

  • İllik təhsil haqqı: 14,426 $ +

Universitet haqqında

Yeni dostluqlar və real təcrübələrlə dolu təhsil həyatı İspaniyanın paytaxtında sizi gözləyir. Saint Louis University — Madrid Campus özünüzü və dünyadakı yerinizi kəşf edə biləcəyiniz fərqli bir akademik cəmiyyətdir. SLU-Madrid, 1818-ci ildə qurulmuş USA'nın ən qədim və prestijli Katolik universitetlərindən biri olan Saint Louis University’nin (SLU) Avropa kampusudur.

Madrid kampusu 1967-ci ildə qurulmuş, akkreditə olunmuş 4 illik Amerika universitetidir. Universitet dünya səviyyəli akademiklər, həyatı əhəmiyyət daşıyan tədqiqatlar, mərhəmətli səhiyyə xidməti və cəmiyyətə güclü bağlılığı ilə tanınır.

Saint Louis University, USA’nın ən yaxşı Jesuit universitetləri arasında yer alır və akademik mükəmməlliyi, başqalarına xidmət göstərmək səyləri və yüksək keyfiyyətli təhsilin əldə olunmasına sadiq qaldığı üçün bir çox fəxri adlara layiq görülmüşdür.

Beynəlxalq təhsildə yenilikçi olan Madrid kampusu, son dərəcə sərt və dəyişkən Amerika təhsil proqramları ilə tanınır. Kampusda ABŞ, İspaniya və digər 50-dən çox ölkədən 900-dən çox tələbə təhsil alır. Univeristetin əsas məqsədi, üfüqlərinizi genişləndirmək, bugünkü qloballaşan dünyada yerinizi tapmaq və gələcəyiniz üçün hazırlamaqdır.

Tədris

Populyar ixtisaslar:

  • Anthropology

  • Business and Economics

  • Classical Languages

  • Communication

  • Engineering, Aviation and Technology

  • English

  • Health Sciences, Nursing and Public Health

  • History

  • Mathematics and Computer Science

  • Modern Languages and ESL

  • Philosophy

  • Political Science

  • Psychology

  • Spanish

  • Theology

Proqram və xərclər (İllik) :

Bakalavriat:

  • Təhsil haqqı: 14,426$ +
  • Yaşayış xərcləri: 13,000 $ - 16,000 $

Мagistratura:

  • Təhsil haqqı: 14,426$ +
  • Yaşayış xərcləri: 13,000 $ - 16,000 $

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6.0

Magistratura:

  • IELTS 6.5

Sənədlər:

  • 3 Tövsiyyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV/ Resume
  • Transkriptlər

Ünvan

Saint Louis University — Madrid Campus - Avenida del Valle, 34, 28003 Madrid, Spain

Saint Louis University tələbəsi olaraq həyatı Madriddə yaşayın! Dərslərdən kənar istər futbol liqasında mübarizə aparın, istər dostlarınızla mövcud hadisələri müzakirə edin, istər Şekspiri səhnədə canlandırın - bu kampusda onlarla fəalliyət növü var. Eləcə də, kampusdan kənar Madrid şəhərinin gözəlliklərini kəşf edərək, yeni dostlar qazanaraq ispan dili biliklərinizi də artırın. Madrid — Pireney yarımadasında yerləşir, 1607-ci ildən bəri İspaniyanın paytaxtıdır. İstanbul, London, Berlin və Parisdən sonra Avropada əhali sıxlığına görə beşinci yerdə olan şəhərdir. Şəhər, dünya futbolunun ən populyar və ən titullu futbol klubu olan futbol nəhəngi Real Madrid FK-un evidir.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın