Yüklənir...

shape shape shape shape

Sənətkarlıq və mükəmməlliyin simvolu - Istituto Marangoni Firenze!

7 iyul 2021

Tədbir Tarixi

10:10

Tədbirin Başlama Vaxtı

19:10

Tədbirin Bitmə Vaxtı
Sənətkarlıq və mükəmməlliyin simvolu - Istituto Marangoni Firenze!

Istituto Marangoni sənətkarlıq və mükəmməlliyin simvolu kimi tanınan, italyan tərzinin incəliklərini tələbələrə öyrədən fantastik moda akademiyasıdır. İnstitut dünyanın 5 ən yaxşı moda məktəblərindən biridir. Buradaki təhsil proqramları hər il yenilənir və #fashion dünyasının reallıqlarına uyğunlaşdırılır.

Yarandığı gündən bəri, Istituto Marangoni 30.000-dən çox mütəxəssis yetişdirmişdir. Dolce & Gabbana, Franco Moschino, Alessandra Facchinetti (Tod's), Julie de Libran (Sonia Rykiel), Rodolfo Paglialunga (Jil Sander) və digər moda ulduzları burada təhsil almışdırlar. Akademiyanın tələbələri mütəmadi olaraq dünya moda həftələrində və daxili sərgilərdə iştirak edirlər; əsərləri Vogue, Harper's Bazaar və AD səhifələrində görünür.

Istituto Marangoni Firenze sizi 2021-ci ilin ən yaxşı dizaynerlərinin iştirak etdiyi Fashion Show canlı yayımına qoşulmağa dəvət edir.

 

Tarix: 07.07.21/ saat: 18:30

 

Dünyanın hər yerindən olan tələbələr Milano, Firenze, Parisdə yerləşən kampuslarda dərs alır, fikir, layihə, ilham və baxış mübadiləsi aparırlar. Bunların hamısı, estetik zövqlərinin təkamülünə gətirib çıxararaq gələcək karyera seçimləri haqqında fikir əldə etmələrinə kömək edir.

 

Siz də o tələbələrdən biri olmaq istəyirsinizsə, elə indi bizə müraciət edin! Canlı yayıma qatılmaq üçün qeydiyyat mütləqdir!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın