Yüklənir...

shape shape shape shape

Queen’s University Belfast beynəlxalq bakalavr tələbələrinə özəl Scholarship təklif edir.

2 fevral 2021

Tədbir Tarixi

00:00

Tədbirin Başlama Vaxtı

23:00

Tədbirin Bitmə Vaxtı
Queen’s University Belfast beynəlxalq bakalavr tələbələrinə özəl Scholarship təklif edir.

Endirim 2021-22 akademik ilində 1-ci kurs təhsili alacaq beynəlxalq bakalavr tələbələrinə şamil edilir. 1-ci kursun sonunda75% GPA qazanan tələbələrin endirimi 2-ci kurs təhsil haqqı üçün avtomatik olaraq yenilənir. Və nəticədə həm 2021-22, həm də 2022-2023 akademik illərində endirimli təhsil almış olursunuz.

 

Queen’s University Belfast bakalavr, magistr və doktorontura üzrə təhsil təklif edən UK universitetlərindəndir.

  • Queen’s University Belfast TOP 200 dünya universitetləri sırasında yer alır (QS Global World University Rankings 2021, Times Higher Education World University Rankings 2021).

  • Burada dünyanın 85-dən çox ölkəsindən 24,000 tələbə təhsil alıb. Hazırda isə Queen’s University Belfast 2600 beynəlxalq tələbəyə ev sahibliyi etməkdədir.

  • Queen’s University müasir paytaxt şəhərdə, Birləşmiş Krallığın ən uyğun büdcəli yaşayış imkanlarına sahib, qonaqpərvər şəhəri kimi tanınan Belfast şəhərində yerləşir.

  • Queen’s University Belfast 44 UK universitetləri arasında yaşayış xərcləri qənaətbəxş olan #1-ci universitet seçilmişdir (International Student Barometer 2018).

  • Queen’s University Belfast Böyük Britaniyanın ən böyük kampuslu və 9-cu ən qədim universitetidir.

  • Queen’s University Belfast məzunların nailiyyətlərinə görə dünya universitetləri sırasında ilk 140-lıqda yerləşir (QS Graduate Employability Rankings 2020).

  • Bakalavr tələbələrinin 96%-i , magistr tələbələrininsə 91 %-i təhsilləri bitirdikdən sonra 6 ay müddətində işlə təmin olunublar (HESA Destination of Leavers from Higher Education Survey, 2016/17). Və hətta Belfast rəqəmsal karyera inkişafı üçün ən yaxşı 10 şəhərdən biriseçildi (Monster’s Digital Cities, 2019).

 

UK universitetləri sırasında:

  • Farmakologiya və əczaçılıq üzrə təhsilə görə #2-ci
  • Stomatologiya üzrə təhsilə görə isə #3-cüyerdə qərarlaşmışdır

 

Siz də bu tarixi universitetdə endirimli təhsil almaq istəyirsinizsə, müraciətlər üçün tələsin!

 

Ünvanlarımız:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə:050 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə:050 295 97 76

E-mail ünvanı:[email protected]

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın