Yüklənir...

shape shape shape shape

Proyektin üçün komanda yoldaşını saniyələr içində tap - ABŞ tələbəmizin uğurundan xəbərdar olun!

Proyektin üçün komanda yoldaşını saniyələr içində tap - ABŞ tələbəmizin uğurundan xəbərdar olun!

“Günümüzdə öz biznesini qurmaq istəyən kreativ düşüncəli insanların sayı artmaqdadır. Lakin hər hansı startup yaradarkən gənclərin qarşısına bir çox maneələr çıxır. Bunlardan biri də komandaya uyğun insanı tapa bilməməkdir. Öz proyektimizə uyğun insanları bir araya toplaya bilməmək isə, team-lər arasında münaqişələrin yaranmasına, zaman itkisinə və daha da pisi proyekti uğursuz şəkildə sonladırmağımıza səbəb olur.” - Bu fikirləri hal-hazrda The University of Central Florida daxilində “Information Technologies” sahəsi üzrə təhsil almaqda olan ikinci kurs tələbəmiz Hasan Safarli qeyd edir. Bu kimi problemlər Həsəni və onun komanda yoldaşı olan Bakı Ali Neft Məktəbinin “Information Security” tələbəsi Zəka Abbasovu yeni və çox faydalı bir platforma yaratmağa sövq edib.

Belə ki, bir müddət öncə gənc təsisçilər üzərində işlədikləri teammers.com saytını istifadəyə veriblər. Platformanın əsas məqsədi isə eyni işə marağı olan insanları bir araya toplayıb keyfiyyətli proyekt və bizneslərə təkan verməkdir. Teammers sayəsində siz komanda yoldaşınızı tapmaqla yanaşı, digər layihələrə də qoşulub müxtəlif komandalarda da iştirak edə bilərsiniz. Daha ətraflı sayta keçid alaraq tanış ola bilərsiniz.

Tələbələrimizin hər bir uğuru bizi fərəhləndirir və daha böyük işlərə həvəsləndirir. Həsən və Zəka, sizləri Azeri Student komandası adından təbrik edir və çıxdığınız yolda sizə bol şans arzulayırıq! Sizin kimi kreativ və yenilikçi gənclər sayəsində yalnız ölkə səviyyəsində deyil, bütün dünyada sayılıb seçiləcək və ən əsası da insanlara faydası toxunacaq hələ bir çox işlər görəcəyinizdən əminik! Uğurlarınız bol olsun!

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın