Yüklənir...

shape shape shape shape

ORTA MƏKTƏBİ İSVEÇRƏDƏ OXU - 5 İYUN NÜMAYƏNDƏ İLƏ GÖRÜŞ

5 June 2022

Tədbir Tarixi

00:00

Tədbirin Başlama Vaxtı

17:00

Tədbirin Bitmə Vaxtı
ORTA MƏKTƏBİ İSVEÇRƏDƏ OXU - 5 İYUN NÜMAYƏNDƏ İLƏ GÖRÜŞ

İsveçrədə orta məktəb təhsili almaq istəyənlər üçün xoş xəbərimiz var. İsveçrənin 3 TOP məktəbi 5 iyun tarixində sizinlə görüşə gəlir.

 

College & Lycee Saint-Charles

Montreux International School

Préfleuri International Alpine School, Switzerland

 

İsveçrənin gözəl Porrentruy şəhərində yerləşən məktəb Avropanın mərkəzində yer alaraq, kiçik şəhər hissi yaradır. Bazel hava limanına 50 dəqiqəlik məsafədədir.

Saint-Charles 8-20 yaşlı tələbələri 12 nəfərlik siniflərə qəbul edir. Saint-Charles ibtidai və orta məktəb şagirdləri üçün İsveçrə milli kurikulumuna əməl edərək, IB proqramları təklif edir.

 

  • IB – MYP 3-4-5
  • IBDP
  • Swiss Maturite (French)
  • Swiss Maturite (Bilingual French English)

 

Dərs ili ərzində şagirdlər English, French, German, Italian, Latin/Greek, Spanish, Mandarin Chinese dillərini öyrənirlər. Məktəbin şagirdləri özəl yatılı pansiyonda, hər otaqda 2 şagird olmaqla yerləşdirilir.

 

Préfleuri International Alpine School dünyanın ən güvənli ölkələrindən biri olan İsveçrədə yerləşib dünyanın hər yerindən 13 yaşa qədər olan uşaqlara təhsil təklif edir. 

Məktəbin tədris dili ingilis və fransızcadır. 7 yaşından yuxarı yetərli riyazi qabiliyyətlərə sahib olan hər bir uşaq məktəbə qəbul edilir. İngilis və fransız dilində tədrisdən əlavə olaraq şagirdlərə Çin, Alman və Yapon dilləri də tədris edir. Məktəb şagirdlərin idman, incəsənət, rəqs kimi bir sıra ekstra-kurrikular fəaliyyətlərdə iştirak edə bilməsi üçün xüsusi olaraq dizayn edilmişdir. Məktəbin kampusu bir sıra idman ərazilərinə, xüsusi texnoloji avadınlıqlara sahib olub yaşıl bir həyət ilə çevrələnmişdir 

 

Məktəbdəki tədris sistemi haqqında önəmli faktlar aşağıdakılardır:

 

Dərslər həm ingilis, həm də fransız dilində tədris edilir.

Siniflər təqribən 10-12 nəfərdən ibarət olur.. 

Dərslər səhər 8:30-da başlayıb 16:00-da bitir. 

Şagirdlərin çətinlik çəkdikləri hissələrdə onlara xüsusi öyrənmə proqramı qurularaq dəstək göstərilir. 

Hər bir şagird ilə xüsusi pedaqoq psixoloqlar məşğul olaraq lazım olduğu təqdirdə onların bütün problem və çətinliklərini aradan qaldırmağa çalışır. 

20-dən çox millətdən olan xarici tələbələrə ev sahibliyi edən Montreux International School-da dərslərin hamısı tədris dili ingilis dilidir. Belə ki, məktəbin müəllim heyətində ana dili ingilis dili olan peşəkar mütəxəssislər yer alır. Bununla yanaşı, şagirdlərə alman, fransız dili kimi əlavə dil də tədris edilir. 

 

Məktəbdəki tədris sistemi haqqında önəmli faktlar aşağıdakılardır:

 

Dərslər yalnız ingilis dilində tədris edilir.

Sinifdə şagirdlərin təqribi sayı 15, maksimum sayı isə 25 nəfər olur.

Məktəb ingilis dilində problem yaşayan şagirdlərini xüsusi dərslər və dəstək ilə təmin edir.

Dərslərlə yanaşı şagirdlər bir sıra ektra-kurrikular fəaliyyətlərdə də iştirak edir. 


Siz də övladınızın orta məktəb təhsilini İsveçrədə almasını istərdinizmi? Qeyd edək ki, məktəb nümayəndələri 5 İYUN tarixində Azeri Student ofisində sizinlə görüşə gəlir. Görüş zamanı siz, İsveçrədə orta məktəb təhsili haqqında bütün suallara cavab tapacaqsınız.

 

Məkan: Azure Business Centre

 

Tarix: 05.06.2022

 

Saat: 12:00 - 17:00 aralığında

 

Əziz valideynlər siz də övladınızın orta məktəb təhsilini İsveçrədə almasını istəyirsinizsə bu görüşü qaçırmayın.

Görüşdə iştirak üçün saytımızda qeydiyyatdan keçmək zəruridir.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 75

Email: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın