Yüklənir...

shape shape shape shape

Online Konsultasiya (Almaniyada təhsil)

online

Tədbir yeri

15 fevral 2024

Tədbir Tarixi

12:00

Tədbirin Başlama Vaxtı

17:00

Tədbirin Bitmə Vaxtı
Online Konsultasiya (Almaniyada təhsil)

Dünyanın əsas texnologiya nəhənglərindən olan Almaniyada təhsil almaq xaricdə oxumaq istəyən  əksər gənclərin  arzusudur. İqtisadiyyat, tibb və hər növ  texnologiyalar üzrə dünyada öz sözünü demiş və ön sıralarda yer alan Almaniya, öz spesifik təhsil sistemi və yüksək keyfiyyətli tədris metodikası ilə xarici tələbələri özünə cəlb etməkdədir.

Bu gün  Almaniyada  380-ə yaxın universitet və tətbiqi yönümlü ali məktəblər (Fachhoschulen)  fəaliyyət göstərir. Almaniyada bəzi univesitetlərin tarixi orta əsrlərə qədər gedib çıxır. Hal-hazırda  yüksək ixtisaslı müəllim-mütəxəssis heyəti, yüksək texnologiyalardan geniş istifadə və dayanıqlı universitet infrastrukturunun  mövcudluğu sayəsində alman universitetləri  dünyada öncül sıralarda yer alır.

Bəs, niyə Almaniyada ali təhsil almağa dəyər?

  • ✓ Yüksək səviyyəli təhsil – Alman universitetləri  mükəmməl  öyrətim metodları  və araşdırma mühiti ilə tələbələrə dünya reytinqində təshil almaq imkanı yaradır. Siz bu universitetlərdən birini bitirsəniz, qlobal səviyyədə diplomunuz tanınacaq və iş imkanlarınız əhəmiyyətli dərəcədə yüksələcəkdir.
  • ✓ İxtisas seçimində müxtəliflik – Alman universitetlərinə hansı sahə üzrə oxumaq istəyəcəyinizdən asılı olaraq  həddən çox imkanlar var. Geniş areallı beynəlxalq təhsil proqramları  ixtisaslaşmağınız üçün lazımi şərait yaradır. Siz, alman diliylə bərabər, ingilis dilində də pulsuz təhsil ala bilərsiniz.
  • ✓ Praktika əsaslı təhsil  – Alman universitetləri tələbələrə praktika yönümlü təhsil təqdim edir. Belə ki, bir çox alman universitetləri  ayrı-ayrı şirkətlərlə əməkdaşlıqda çalışır, təhsil alan tələbələr həmin şirkətlərə peşəyönümlü təcrübə proqramlarına göndərilir. Nəticədə tələbələr öyrəndikləri bilikləri real praktikada tətbiq etməklə, karyera inkişaflarına elə buradan başlaya bilirlər.
  • ✓ Universiteti bitirdikdən sonra qalıb işləmək imkanı – Ali təhsilinizi bitirib, diplomunuzu əldə etdikdən sonra Almaniyada qala və işləyə bilərsiniz. Qanun çərçivəsində Almaniyada 18 ay qalmaq və iş axtarmaq üçün icazə verilir və arzu etsəniz, bu müddəti  uzada  bilərsiniz.
  • ✓ Özünüzü yenidən kəşf edəcəksiniz –  Almaniyada təhsil aldığınız müddətdə dərsdaxili və dərsdənkənar özünüzü inkişaf etdirməyiniz üçün bir çox imkanlar var. Siz intellekt qabiliyyətinizi və fərdi bacarıqlarınızı sərbəst şəkildə və inkişafameyilli tələbə mühiti daxilində inkişaf etdirəcəksiniz.
  • ✓ Təhlükəsizlik təminatı – Digər ölkələrlə müqayisədə, Almaniya yetərincə təhlükəsiz dövlətdir. İstədiyiniz şəhərə, yaxud kənd yerinə gecə-gündüz demədən  rahatca səyahət edə bilərsiniz.  Xaricə gedərkən əsas arzumuz təhlükəsiz şəraitdə qalmağımız olduğundan, Almaniyanın yerli və xarici əhali üçün yaratdığı siyasi-iqtisadi  stabillik bizə təhsil almaq üçün ən uyğun mühiti yaradır.
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın