Yüklənir...

shape shape shape shape

Niyə Birləşmiş Krallıqda universitet oxumalısınız?

Niyə Birləşmiş Krallıqda universitet oxumalısınız?

Birləşmiş Krallıqda universitet oxumaq üçün çox səbəb var. Bu səbəblərdən birincisi kimi burada prestijli və dünya səviyyəsində keyfiyyətli təhsil verməsi ilə tanınan universitetlərin olmasından danışa bilərik. Bir çox beynəlxalq tələbənin xəyallarında yer alan Birləşmiş Krallıq universitetləri, müasir təhsil sistemləri, zaman keçsə də, dəyişməmiş təhsilə verilən əhəmiyyət, innovativ və araşdırmaçı təhsil yanaşmaları və bütün tələbələrə təqdim etdikləri imkanlar və dəstək sayəsində xaricdə universitet oxumaq istəyən tələbə namizədlərinin ən çox üstünlük verdikləri seçimlər sırasındadır. 

Birləşmiş Krallıqda universitet oxumaqla akademik və sosial cəhətdən dünyanın ən yaxşı universitetlərində təhsil ala bilərsiniz. Birləşmiş Krallıq dünya səviyyəsində nüfuzlu universitetləri ilə araşdırma yönümlü bakalavr təhsili təklif edir. Əlavə olaraq, sosial və mədəni cəhətdən də Birləşmiş Krallıq bu sahədə müxtəlif imkanlara malikdir. Həmçinin Birləşmiş Krallıqda ingiliscə hazırlıq keçməsəniz, bakalavr təhsilinizi daha qısa müddətə, 3 ilə başa vurmağınız mümkün olacaq.

Birləşmiş Krallıq Universitetləri və Qəbulun Şərtləri  

Əgər Azərbaycanda IB və ya A Level dərəcəli bir diplomunuz varsa, yəni ingiliscə təhsil verən bir orta məktəbdən məzun olmusunuzsa, yaxud qiymət ortalamanız yaxşıdır və orta məktəbdən yaxşı ingiliscə biliyi ilə məzun olmusunuzsa, beləcə ingiliscə səviyyəniz akademik təhsil üçün kifayət səviyyədədirsə, Birləşmiş Krallıqda hazırlıq ilini ötürməklə universitet təhsilinizə başlaya bilərsiniz. Birləşmiş Krallıqda bir çox universitetdə “Foundation Year” mövcuddur. Bu, ingilis dili bilikləriniz kifayət qədər yaxşı olmadığı halda lazımi ingilis dili təhsilini almağınız üçün ayrılmış bir ildir. Foundation ilində keçdiyiniz təhsil nəticəsində IELTS imtahanından ən azı 5.5 bal toplamaqla bakalavr təhsilinizə başlaya bilərsiniz.

Birləşmiş Krallıqda Universitet Oxumaq üçün Lazım Olanlar 

Hər ölkənin xarici bir tələbəni ölkəsindəki təhsil prosesinə qəbul etməzdən əvvəl tələb etdiyi diplom və sənədlər var. Əlavə olaraq, müraciət etdiyiniz universitetin də öz şərtləri çərçivəsində tələb edəcəyi bəzi sənədlər ola bilər. Sizə lazım olanları prioritetinə görə sıralamışıq:

 

  • Pasport/Vizanın kresokopiyası
  • Akademik qiymətlərdən çıxarış
  • A+ və ya IB orta məktəb diplomu
  • Məzuniyyət Diplomu
  • İngiliscə Bacarıq Sertifikası – IELTS/TOEFL/PTE Test və s.
  • Niyyət Məktubu
  • Tövsiyə məktubları
  • CV və dərsdən kənar fəaliyyətləriniz haqqında məlumat. 
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın