Yüklənir...

shape shape shape shape

MPW College - İngiltərə universitetlərinə qəbul üçün ən mükəmməl başlanğıcdır

17 sentyabr 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
MPW College - İngiltərə universitetlərinə qəbul üçün ən mükəmməl başlanğıcdır

1973-cü ildə Kembric Universitetinin 3 məzunu tərəfindən Londonda qurulan Mander Portman Woodward (MPW) İngiltərədə yerləşən özəl kolleclər qrupudur. Onların vəzifəsi "şagirdlərə inamlarını, bilik və bacarıqlarını inkişaf etdirmək və akademik istəklərini reallığa çevirməkdə kömək etmək" dir. MPW-nin 3 kolleci London, Cambridge və Birminghamda yerləşir.

MPW Qrupu daxilində keyfiyyət təminatı, hər bir kollecin tabe olduğu ümumi bir idarəetmə modeli və ortaq prinsiplər və əməliyyat üsulları ilə idarə olunur. MPW College 45-dən çox fənn üzrə GCSEs və A levels proqramları təklif edir. Hər sinifdə 10-dan az şagird təhsil alır. Bu da öz növbəsində təhsilin keyfiyyətinə müsbət təsir edir. Akademik heyət bütün şagirdlərin arzularını yüksəltmələrinə və məqsədlərinə çatmaq üçün onlara inam verməyə çalışır, təhsil həyatı boyunca problemlərinizin həllində yanınızda olur.

MPW bütün əsas fənlər üçün öz dərslik materiallarını istehsal edir. Seçim üçün 40-dan çox mövzu var. Bunlar fərdi tələbəyə uyğun olaraq hər bir kombinasiyada iki ilə qədər olan müddətlərdə öyrənilə bilər

 

Əgər siz İngiltərə universitetlərinə hazırlaşmaq istəyirsinizsə, təhsil səviyyənizdən və hədəflərinizdən asılı olaraq MPW ilə bir neçə seçiminiz var:

 

  • GCSEs - beynəlxalq səviyyədə tanınmış İngiltərədəki orta məktəb ixtisaslarıdır. Əgər 16 yaşındasınızsa varsa, bu, İngiltərə universitetinə səyahətinizdə ilk addım ola bilər.

 

  • A levels - orta məktəbdən sonra İngiltərə universitetlərinə ​​müraciət edən tələbələr üçün əsas elementdir.

 

  • University of London International Foundation Programme-bu akademik bacarıqları, mövzu biliklərini və ingilis dilini inkişaf etdirmək üçün hazırlanmış 1 illik bir proqramdır. MPW -nin London və Cambridge kolleclərində tədris olunur və London Universiteti tərəfindən qiymətləndirilir.

 

  • NCUK Foundation Year in Birmingham - bu, kurs İngiltərə universitetlərinin Şimal Konsorsiumunda (NCUK) bakalavr dərəcəsinə keçməyinizi təmin edir.

 

Qeyd edək ki, MPW College nümayəndələri 10 oktyabrda keçiriləcək təhsil sərgisinin qonağıdır. Sərgi zamanı siz İngiltərədə təhsil haqqında geniş məlumat əldə edərək, sizi maraqlandıran bütün suallara cavab tapa bilərsiniz. 

 

MPW College, sərginin zəngin məzmunu və təmin etdiyi beynəlxalq imkanlar haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağa tələsin!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 254 03 27 / 050 295 97 75 

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın