Yüklənir...

shape shape shape shape

Marangoni məzununun uğurlu dəb karyerası

Marangoni məzununun uğurlu dəb karyerası

Selma Çilek-in dizayn etdiyi geyimlər məşhur müğənni Dua Lipa, aktrisa Kate Hudson, yazıçı Eva Chen, İtalyan sahibkarı və influenseri Chiara Ferragni və başqa dünya ulduzları tərəfindən sevilərək geyinilib.

 

Business Administration üzrə dərəcə qazandıqdan sonra Selma Çilek dəbə qarşı duyduğu marağı davam etdirmək üçün Türkiyədən ayrılır və İstituto Marangoni-də "Visual Merchandising" və "Fashion Design" poqramlarında iştirak üçün Milana üz tutur. Məzun olduqdan sonra Moda Dizaynı üzrə master dərəcəsi ilə təhsilinə davam edir.

İlk olaraq Selma 2017-ci ildə fashion designer kimi fəaliyyətə başlayır. Belə ki o, İstanbulda "Mercedes Benz Fashion Week"-də ilk yaz/yay pret-a-porter (ready-to-wear) kolleksiyasını təqdim edir və bununla da diqqətləri üzərinə çəkən Selma eyni kolleksiyanı "Baku Fashion Week"-də nümayiş etdirir. Daha çox təsdiq və bəyəni alan gənc dizayner elə həmin ildə dünyanın ən mühüm moda həftələrindən birində - "Paris Fashion Week"-də payız/qış kolleksiyasını Hotel d’Evreux, in Place Vendome-da nümayiş etdirir. Selmanın kolleksiyası artıq dünyaca məşhur qonaqların, fashion follower-lərin də baxışına sahib olur. Xatırlatma etmək istərdik ki, dəb paytaxlarında Fashion Week-lərdə çıxış etmə şansına malik olmaq yalnız ən istedadlılara bəxş olunur. Gənc yaşda bu qədər mühüm uğurlara imza atan Selma uğurlarının böyük hissəsini Marangoni-də aldığı təhsilə borclu olduğunu qeyd edib.

Beynəlxalq müvəffəqiyyət dalınca Selma Çilek, SELMACILEK atelyesini və butikini İstanbulun ən canlı və məşhur bolgələrindən biri olan Bebek-də açaraq eyniadlı markaya həyat verir. Onun kolleksiyasında olan hər bir geyim öz sadəliyi, zərifliyi, şıklığı ilə yanaşı hər bir geyimi unikal edən və dəyər qatan kiçik detalları ilə fərqlənir. Çilek gündəlik həyatda fərqli üslubları özündə cəmləşdirən qarderobu ilə fərqlənmək, önə çıxmaq istəyən müasir qadınlar üçün özündə fərqli üslubları birləşdirən bənzərsiz geyimlər yaradır. Kolleksiyalarının əsasını zərif və feminine geyimlər təşkil edir.

SELMACILEK Türkiyədəki Harvey Nichols, Bloomingdales and Galeries Lafayette kimi çox əhəmiyyətli beynəlxalq mağazalarda satılır. Sözügedən geyim brendinin stili və zərifliyi çox sayda dünya məşhurlarını təsirləndirməyi bacarmışdır. Brend, məşhur müğənni Dua Lipa, aktrisa Kate Hudson, yazıçı Eva Chen, İtalyan sahibkarı və influenseri Chiara Ferragni və başqa dünya ulduzları tərəfindən sevilərək geyinilir.

Istituto Marangoni, beynəlxalq modanın ən prestijli yerlərində dörd kampusu olan beynəlxalq moda məktəbidir. "Made in Italy"-nin paytaxtı Milanda, moda, incəsənət və ənənənin qovuşduğu Florensiyada, "haute couture" vətəni olan Parisdə, trendlərin doğulduğu Londonda və modanın gələcəyi Şanxayda Insituto Marangoni tələbələrinə müasir moda sisteminin fərqli sahələri üzrə təhsil və təcrübə görünüşlərini təklif edir.

Insituto Marangoni, dəb dünyasının hər yerindən mədəniyyətlərin, fikirlərin və insanların birləşdiyi bir məktəbdir. Insituto Marangoni-də təhsil modanın bütün incəliklərini öyrənib, dünya modası ilə yaxından tanış olub, ən əsası isə dünya moda cəmiyyətinin bir hissəsi olmaq deməkdir.

 

Siz də dünya modasının bir parçası olub, bu işi beynəlxalq sferada öz təsdiqini almış şəxslərdən öyrənmək, şəxsi brendinizi yaradıb, dünyaya tanıtmaq istəyirsinizsə, Marangonidə təhsilə üz tutun! Bunun üçün bizlə əlaqə saxlamağınız kifayyətdir!

 

Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz: +994502917972

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın