Yüklənir...

shape shape shape shape

Manchester Metropolitan University

Manchester Metropolitan University

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £18,500+
  • Universitetin reytinqi: Dünyada TOP-100
  • QS reytinqi: 601-610
  • Qəbul tələbi: IELTS 6.0+

 

Ətraflı məlumat

İngiltərənin dinamik və mədəni cəhətdən zəngin şəhərlərindən biri olan Mançesterdə yerləşən Manchester Metropolitan Universiteti tələbələrinə təqdim etdiyi yüksək keyfiyyətli təhsil proqramları və müasir kampus imkanları ilə seçilir. 1824-cü ildə əsası qoyulan universitet köklü tarixi boyunca təhsil və tədqiqat sahəsində böyük uğurlar qazanmış və saysız-hesabsız tələbələr üçün ilham mənbəyi olmuşdur.

Manchester Metropolitan Universiteti müxtəlif akademik sahələr üzrə bakalavr, magistr və doktorantura proqramları ilə tələbələrə geniş təhsil imkanları təklif edir. Universitetin akademik heyəti öz sahələrində mütəxəssis olan və tələbələrə ən müasir bilik və bacarıqları təqdim etməyi qarşısına məqsəd qoyan akademiklərdən ibarətdir.

Gəlin bu universitet haqqında daha ətraflı məlumat alaq.

Manchester Metropolitan Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Accounting and Finance BA (Hons)
  • Acting BA (Hons)
  • Architecture BA (Hons)
  • Biomedical Science BSc (Hons)
  • Business Management BA (Hons)
  • Computer Science BSc (Hons)
  • Criminology BA (Hons)
  • Economics BA (Hons)
  • Education Studies BA (Hons)
  • Sports Management BA (Hons)

Magistratura tədris pilləsi üçün:

  • MSc Accounting and Finance
  • MA Animation
  • MArch Architecture
  • MSc Biomedical Science
  • MSc Business Analytics
  • MSc Computer Science
  • MA Graphic Design
  • MSc Human Resource Management
  • LLM International Business Law
  • MSc Marketing

Doktorantura tədris pilləsi üçün:

  • PhD Accounting, Finance and Banking
  • PhD Architecture
  • PhD Art and Design
  • PhD Biological Sciences
  • PhD Business and Management
  • PhD Computer Science
  • PhD Criminology
  • PhD Health Psychology
  • PhD Humanities
  • PhD Law

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. Manchester Metropolitan Universitetinin rəsmi veb-saytına keçid etməklə bütün proqramlar​ və ixtisasla bağlı məlumat ala bilərsiniz.

Manchester Metropolitan Universitetinin ortalama təhsil haqqı

Nottingham Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə £18,500-£20,000, magistratura üçünsə £18,500-£22,500 aralığındadır. Bu məbləğ proqramla ixtisasdan asılı olaraq dəyişir.

Qəbul üçün lazım olan sənədlər

  • Ərizə forması: UCAS və ya universitetin onlayn ərizə portalı vasitəsilə doldurulmalıdır.
  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript.
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.

İngilis dili biliyi tələbləri:

  • IELTS:  Bakalavr üçün minimum ümumi bal 6.0, magistr və dokturantura təhsili üçün minimum 6.5 bal.

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.

Bu səbəbdən də maraqlandığınız proqram üzrə tələb olunan sənədləri Manchester Metropolitan Universitetinin rəsmi veb-saytından öyrənməyiniz məsləhətdir.

Manchester Metropolitan Universitetinin təqaüd imkanları

Manchester Metropolitan Universitetində təklif olunan təqaüd imkanları tələbələrə müxtəlif maliyyə dəstəyi verir ki, tələbələr bundan yararlanmaqla maddi çətinlik çəkmədən təhsil ala bilərlər.

Universitetdə mövcud olan bəzi təqaüdlər bunlardır:

Vice-Chancellor’s International Scholarships: Bu təqaüd akademik nailiyyətlərə əsasən beynəlxalq tələbələrə verilir. Təqaüd, təhsil haqlarının bir hissəsini əhatə edir və hər il müəyyən sayda tələbəyə təklif olunur.

Research Scholarships: Təqaüdlər tədqiqat layihələri üçün maliyyə dəstəyi verir və bəzi hallarda yaşayış xərclərini də ödəyir.

Country-specific Scholarships: Müxtəlif ölkələrdən olan tələbələr üçün olan bu təqaüdlər müəyyən meyarlar və akademik nailiyyətlər əsasında verilir.

Sport Scholarships: İdman sahəsində istedadlı beynəlxalq tələbələrə verilən təqaüdlər onlara idman karyeralarını dəstəkləməklə yanaşı, akademik təhsillərini davam etdirməyə imkan verir.

​Bunlar təqaüdlərin bir hissəsidir. Universitetdə dövlətin, universitetin, beynəlxalq təqaüd proqramlarının təmin etdiyi çoxsaylı təqaüdlər mövcuddur.

Manchester Metropolitan Universitetində tələbə həyatı

Manchester Metropolitan Universiteti təkcə akademik uğurları dəstəkləmir, həm də sosial və şəxsi inkişafa üstünlük verir.

Mançester İngiltərənin ən canlı və kosmopolit şəhərlərindən biridir. Tələbələr şəhərin təqdim etdiyi zəngin mədəni, incəsənət və sosial imkanlardan yararlana bilərlər. Muzeylər, qalereyalar, restoranlar, kafelər, ticarət mərkəzləri və canlı gecə həyatı tələbələrə şəhərdə xoş vaxt keçirməyə imkan verir.

Bu universitetdə tələbə həyatının bəzi aspektləri bunlardır:

Kampus

Manchester Metropolitan Universiteti müasir və yaxşı təchiz olunmuş kampusları ilə tələbələri rahat təhsil mühiti ilə təmin edir. Kitabxanalar, kompüter laboratoriyaları, idman zalları və istirahət zonaları kimi müxtəlif obyektlər tələbələrə həm akademik, həm də sosial fəaliyyətlər üçün əla imkanlar yaradır.

Tələbə birlikləri və təşkilatları

Universitetdə bütün maraqlara cavab verən bir çox tələbə birlikləri və təşkilatlar var. İdman klubları, incəsənət və mədəniyyət cəmiyyətləri, akademik birliklər və sosial məsuliyyət layihələri kimi müxtəlif klublar tələbələrə hobbilərini inkişaf etdirməyə və yeni dostlar qazanmağa imkan verir.

Sosial və mədəni fəaliyyətlər

İl boyu təşkil edilən tədbirlər tələbə həyatına rəng qatır. Konsertlər, teatr tamaşaları, kino gecələri, festivallar və mədəni tədbirlər tələbələrin sosial həyatını daha da maraqlı edir.

Bundan əlavə, universitetin tədbirlər təqvimi sayəsində tələbələr kampusda və şəhərdə keçirilən tədbirlər haqqında məlumatlandırılır.

Dəstək xidmətləri

Manchester Metropolitan Universiteti tələbələrin akademik və şəxsi ehtiyaclarını ödəmək üçün hərtərəfli dəstək xidmətləri təklif edir. Karyera məsləhəti, sağlamlıq və məsləhət xidmətləri, təhsil dəstəyi və maliyyə yardımı kimi xidmətlər tələbələrə universitet həyatını daha rahat və problemsiz edir.

Hərtərəfli üstünlüyə sahib olan Manchester Metropolitan Universitetində təhsil almaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın