Yüklənir...

shape shape shape shape

London South Bank University

London South Bank University

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £14,900+
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-1000
  • QS reytinqi: 801-850
  • Qəbul tələbi: IELTS 6.0+, TOEFL 80+

 

Ətraflı məlumat

London South Bank Universiteti (LSBU) 130 ildən artıqdır ki, dünyanın ən yaxşı universitetlərindən biridir. 1892-ci ildə qurulan London South Bank Universiteti tələbələrə yüksək tədris standartları ilə təhsil verir.

Universitet bakalavr, magistratura və doktorantura proqramlarının geniş çeşidi ilə, eyni zamanda tədqiqat və innovasiyalara verdiyi tövhələrlə ən nüfuzlu və diqqət mərkəzində olan universitetlərdən biridir.

London South Bank Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Accounting and Finance BA (Hons)
  • Architecture BSc (Hons)
  • Biomedical Science BSc (Hons)
  • Business Management BA (Hons)
  • Civil Engineering BEng (Hons)
  • Computer Science BSc (Hons)
  • Criminology BSc (Hons)
  • Digital Design BSc (Hons)
  • Economics BSc (Hons)
  • Electrical and Electronic Engineering BEng (Hons)
  • Film Practice BA (Hons)
  • Forensic Science BSc (Hons)
  • International Relations BA (Hons)
  • Law LLB (Hons)
  • Marketing BA (Hons)
  • Mechanical Engineering BEng (Hons)
  • Nursing (Adult) BSc (Hons)
  • Psychology BSc (Hons)
  • Sociology BA (Hons)
  • Sport and Exercise Science BSc (Hons)

Magistratura tədris pilləsi üçün:

  • MSc Accounting and Finance
  • MSc Advanced Robotics
  • MSc Artificial Intelligence
  • MA Creative Media Industries: Screenwriting
  • MSc Cyber Security
  • MSc Data Science
  • MSc Digital Marketing
  • MA Education
  • MSc Engineering Management
  • MSc Forensic Science
  • MSc Global Business Management
  • MA Human Resource Management
  • MSc International Business Management
  • MSc Mechanical Engineering
  • MSc Mental Health and Clinical Psychology
  • MSc Project Management
  • MA Public Relations
  • MSc Real Estate
  • MSc Sports and Exercise Science
  • MSc Sustainable Energy Systems

Doktorantura tədris pilləsi üçün:

  • PhD in Business Studies
  • PhD in Computer Science
  • PhD in Criminology
  • PhD in Engineering
  • PhD in Health and Social Care
  • PhD in Law
  • PhD in Psychology
  • PhD in Sociology
  • PhD in Urban Planning

London South Bank Universitetinin ortalama təhsil haqqı

London South Bank Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə £14,900 magistratura üçünsə £15,500-dən başlayır və proqramla ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Ərizə forması: UCAS və ya universitetin onlayn ərizə portalı vasitəsilə doldurulmalıdır.
  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript.
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.0, hər bölmədən ən azı 5.5 bal.
  • TOEFL (iBT): Minimum ümumi bal 80, yazı və dinləmə üzrə ən azı 17 bal.
  • PTE (Pearson Test of English): Minimum ümumi xal 56, hər bölmədən ən azı 51 bal.

Bu tələblər ümumidir və proqramdan aslı olaraq əlavə sənədlər də tələb oluna bilər. Bu səbəbdən də maraqlandığınız proqram üzrə tələb olunan sənədləri London South Bank Universitetinin rəsmi veb saytından öyrənməyiniz məsləhətdir.

Universitetinin təqaüd imkanları

London South Bank Universiteti tələbələrə müxtəlif təqaüd imkanları təklif edir. Bu təqaüdlər tələbələrin akademik uğurlarını dəstəkləmək, maliyyə yükünü azaltmaq və onların təhsil həyatını asanlaşdırmaq məqsədi daşıyır.

Universitetin təyin etdiyi bu təqaüdlər, təhsil haqqını tam və ya qismən qarşılayaraq tələbələrin təhsil xərclərini azaltmaq üçün nəzərdə tutulub:

International Scholarships: Beynəlxalq tələbələr üçün nəzərdə tutulmuş bu təqaüd, akademik göstəriciləri yüksək tələbələrə verilir.

Vice-Chancellor’s Scholarship: Yaxşı akademik göstəricilərə malik olan tələbələr üçün nəzərdə tutulmuşdur və məbləği hər il dəyişir.

Sports Scholarships: İdman sahəsində uğurlu olan tələbələr üçün nəzərdə tutulmuşdur və maliyyə dəstəyi ilə yanaşı, əlavə idman imkanları da təqdim edir.

Lawrence Burrows Educational Trust Scholarship: İnşaat və memarlıq sahələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Hardship Fund: Tələbələrin maliyyə çətinlikləri ilə üzləşdikdə müraciət edə biləcəkləri maliyyə yardımı fondu.

Postgraduate Scholarships: Magistr proqramlarına müraciət edən tələbələr üçün nəzərdə tutulmuş təqaüdlərdir.

Research Scholarships: Doktorantura proqramlarına qəbul olan tələbələr üçün tədqiqat təqaüdləri.

Bunlar təqaüdlərin bir hissəsidir. Universitetdə istər beynəlxalq, istərsə də universitetin özünün və ya dövlətin təmin etdiyi xeyli təqaüd proqramları mövcuddur. Onlarla bağlı ətraflı məlumat almaq üçün London South Bank Universitetinin rəsmi saytındakı təqaüdlər səhifəsini ziyarət edə bilərsiniz.

London South Bank Univeristetində tələbə həyatı

London South Bank Universiteti (LSBU) tələbə həyatı ilə zəngin və maraqlı universitetdir. Universitetin mərkəzi London yerləşməsi tələbələrə həm akademik, həm də sosial baxımdan geniş imkanlar yaradır.

Universitetin tələbə həyatına müsbət təsir edən faktorlarına bunları aid edə bilərik:

Tələbə birlikləri və təşkilatlar

London South Bank Univeristetində tələbələr üçün müxtəlif maraq dairələrinə uyğun tələbə birlikləri və klublar mövcuddur. Bu klublar arasında idman, incəsənət, mədəniyyət, akademik və peşəkar maraqlar sahələrində fəaliyyət göstərən qruplar yer alır.

Tələbələr öz maraqlarına uyğun klublara qoşularaq yeni dostlar qazana və müxtəlif fəaliyyətlərdə iştirak edə bilərlər.

İdman və fitness

Universitetin idman kompleksində müasir avadanlıqlarla təchiz olunmuş fitness zalı, üzgüçülük hovuzu, basketbol və futbol meydançaları mövcuddur.

İdman komandalarına qoşularaq və ya fərdi məşqlərə qatılaraq tələbələr fiziki sağlamlıqlarını qoruyub inkişaf etdirə bilərlər.

Dəstəyi xidmətləri

London South Bank Univeristetinin tələbə dəstək xidmətləri arasında akademik məsləhət, karyera planlaşdırması, maliyyə məsləhəti, psixoloji dəstək və beynəlxalq tələbələr üçün xüsusi xidmətlər yer alır.

Bu xidmətlər tələbələrin universitet həyatını daha rahat və məhsuldar keçirməsinə kömək edir.

Kampus

Universitetin mərkəzi London yerləşməsi, tələbələrə şəhərin mədəniyyətini və dinamik həyatını yaşamaq imkanı verir. London South Bank Univeristetinin kampusu, müasir tədris binaları, kitabxanalar, yeməkxanalar və istirahət zonaları ilə təchiz olunub.

Tələbələr üçün həm kampus daxilində, həm də xaricində müxtəlif yataqxanalar da mövcuddur.

Sosial fəaliyyətlər və tədbirlər

LSBU-da tələbələr üçün müxtəlif sosial fəaliyyətlər və tədbirlər təşkil olunur. Bu tədbirlər arasında tələbə gecələri, konsertlər, mədəniyyət festivalları və seminarlar yer alır.

Tələbələr bu tədbirlərə qatılaraq həm əylənə, həm də yeni dostlar qazanıb sosial əlaqələrini artıra bilərlər.

Karyera və iş

Universitetin karyera xidməti tələbələrə iş axtarışı, CV yazma, müsahibə hazırlığı və karyera planlaşdırması mövzusunda dəstək verir.

Eyni zamanda, müxtəlif şirkətlərlə əməkdaşlıq edərək tələbələrə praktik təcrübə qazanmaq imkanı yaradır.

London South Bank Universitetində təhsil imkanı əldə etmək üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın