Yüklənir...

shape shape shape shape

Logistika və Təchizat Zənciri üzrə Magistr Dərəcəsi

3 avqust 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Logistika və Təchizat Zənciri üzrə Magistr Dərəcəsi

LU Leipzig, İngiltərə universitetlərində tədris edilən eyni akademik keyfiyyəti və hərtərəfli tələbə təcrübəsini Almaniyada da təmin edir. Leipzig, Almaniyanın logistika mərkəzidir və Lancaster University Leipzig’in ilk magistr proqramı məhz MSc in Logistics and Supply Chain ixtisası üzrə olacaqdır. (Logistika və Təchizat Zənciri üzrə)

Tələbələr, magistr proqramı üzrə təhsillərinə 2022-ci ilin qışından etibarən başlaya bilərlər. Bu kurs beynəlxalq logistika, nəqliyyat və ya iş zəkasında uğurlu karyera qurmaq istəyən tələbələr üçün idealdır. Lancaster University Leipzig tələbələr üçün hər bir şəraiti yaratmışdır.

- Məzun olduqdan sonra tələbələr nüfuzlu Lancaster Universitetindən akademik dərəcə alırlar. ( Times Higher Education и Guardian reytinqlərinə əsasən TOP 10-da yer alır)

- Burada təhsil almaqla siz Avropanın ən böyük DHL mərkəzinin yerləşdiyi Leipzig infrastrukturuna giriş əldə edirsiniz. DHL-dən əlavə DB Schenker, Lufthansa Cargo, Future Electronics, Kühne & Nagel, World Courier, Sachsenland, TAS və Helo kimi nəhəng şirkətlər də Leipzig-də yerləşir. Bu da öz növbəsində sizin ixtisasınız üçün əvəzsiz təcrübə olacaqdır. 2005 - 2017-ci illər ərzində buradakı logistika işləri 47%-ə qədər artmışdır.

Onu da qeyd etmək istərdik ki, bu il qəbul olan tələbələr viza almadan belə hibrid formatda təhsil həyatına başlaya bilərlər. Bundan əlavə Lancaster University Leipzig sentyabr ayı bakalavr proqramı üçün tələbə qəbuluna hələ də davam edir.

 

Dostlar, siz də təhsilinizi Almaniyanın ən qabaqcıl universitetlərindən birində davam etdirmək istəyirsinizsə elə indi bizə müraciət edin. Təhsil bələdçiniz Azeri Student sizə dəstək olmağa hər zaman hazırdır!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın