Yüklənir...

shape shape shape shape

King's College, British School of Madrid - Soto de Viñuelas

King's College, British School of Madrid - Soto de Viñuelas

Bu Qurum Haqqında

King's College, British School of Madrid - Soto de Viñuelas

  • Madrid, Spain
  • 1969-cu ildə təsis edilib
  • Təhsil haqqı: illik €25,662 - €30,985

Məktəb haqqında

King's College The British School of Madrid - Guadarrama dağlarının gözəl mənzərələri ilə əhatələnmiş ingilis məktəbidir. Məktəb Madriddən təxminən iyirmi km məsafədədir. Böyük ölçüdə kəndlə əhatə olunmuş məktəb əla təhsil mühiti təklif edir. Dərslər sentyabr ayında başlayır, bütün tədris otaqları simsiz internet şəbəkəsinə qoşulmuş interaktiv lövhələr və kompüterlərlə təchiz olunmuşdur.

Madrid şəhəri sakinlərə geniş mədəni, idman və sosial imkanlar təqdim edir. Dünya səviyyəli sənət qalereyaları, muzeylər və memarlıq kompleksləri şəhəri həqiqətən də Avropanın ən böyük şəhərlərindən birinə çevirir. Madridin şimalında vəhşi təbiət, əla yürüyüş və qışda xizək sürməyi təklif edən bir sıra dağ silsilələri var. Madridə ən yaxın xizək stansiyası qırx beş dəqiqəlik məsafədədir. Şəhər və ətrafı İspan mədəniyyətini qəbul etmək istəyənlər üçün həqiqətən yaxşı bir həyat keyfiyyəti təqdim edir.

Tədris

Məktəb 3 yaşdan 18 yaşa qədər olan 600-dən çox uşağa xidmət göstərir. Burada dərhal nəzərə çarpan məktəbin xoşbəxt, lakin məqsədyönlü atmosferidir. Burada beynəlxalq şagirdlər çox xoş qarşılanır, tez bir zamanda bir-birilə dostlaşırlar. Təhsil ingilis dilindədir. King's College, İngiltərə Təhsil Departamenti tərəfindən 18 aydan 18 yaşa qədər hər kateqoriyada İngilis Müfredatı təklif edən Madriddəki yeganə məktəbdir.

Eləcə də King's College, İspaniyanın paytaxtında İngilis dilində həm A Level, həm də IB Diploma proqramları təklif edən Madriddəki yeganə məktəbdir. Bu, proqramlar tələbələrin gələcək istəklərinə bağlı olaraq təhsil yollarını seçməsinə imkan verir. Bu məktəbi bitirən tələbələr Russell Group, Ivy League & Oxbridge’ə daxil olan universitetlərə rahatlıqla qəbul alırlar. Məktəbin üzv olduğu assosiasiyalar - HMC, COBIS, NABSS, BSA, ISC.

Kampus

Kampusa müxtəlif açıq istirahət zonaları, işıqlı süni futbol meydançası, 25 metrlik qızdırılan qapalı hovuz, tennis kortları, voleybol və basketbol meydançaları, 5 tərəfli və 11 tərəfli futbol meydançaları və atçılıq məktəbi daxildir. Xüsusi idman mərkəzi (2017 -ci ildə inşa edilmişdir). Məktəbdə 2 kitabxana və 2 multimedia mərkəzi, bütün siniflərdə kompüterlər və interaktiv lövhələr var. Burada böyük bir auditoriya, bir sənət studiyası, 15 elm laboratoriyası və 2 musiqi otağı və 6 kiçik təcrübə otağına sahib bir Musiqi Məktəbi yer alır.

Məktəbin yatılı kampusu Tenbury House, 2011-ci ilin sentyabr ayında açılaraq, məktəbin içərisində yerləşən köhnə yaşayış qanadını əvəz etməyə başladı.Yaşayış yerindəki bütün yataq otaqlarında vanna otağı, yeraltı istilik və simsiz internet bağlantısı var. Evdə ayrıca yemək otağı, ümumi otaq, TV otağı, multimediya iş otağı və şagirdlərin yemək saatları xaricində yüngül yeməklər hazırlamaq üçün istifadə edə biləcəkləri bir mətbəx də yer alır.

Yay düşərgələri

  • Languages & Sports, Madrid, Spain ( 7-16 yaş aralığı)
  • Performing Arts Camp in Tres Cantos, Madrid, Spain ( 7-16 yaş aralığı)
  • English camp for Infants in Tres Cantos, Madrid, Spain ( 3-6 yaş aralığı)

Ünvan

Paseo de los Andes, 35. Soto de Viñuelas Madrid 28761

Proqramlar

A levels

  • 3 A Level + İspan dili
  • +Seçimlər: EPQ və Əlavə Riyaziyyat


International Baccalaureate

  • 6 Mövzu
  • Genişləndirilmiş Bilik nəzəriyyəsi Esse, CAS Proqramı   

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın