Yüklənir...

shape shape shape shape

Karyeranı sinif otaqlarından kənarda qurmağa başla! - GÖRÜŞ

16 noyabr 2020

Tədbir Tarixi

14:00

Tədbirin Başlama Vaxtı

15:00

Tədbirin Bitmə Vaxtı
Karyeranı sinif otaqlarından kənarda qurmağa başla! - GÖRÜŞ

"Karyeranı sinif otaqlarından kənarda qurmağa başla!" - bu fikir 16 Noyabr baş tutacaq EU Business School nümayəndələri ilə görüşün əsas mövzusu, eləcə də, universitetin tələbələr qarşısında qoyduğu əsas məqsədlərdən biridir!

Azeri Student yuxarı sinif şagirdlərini, onların valideynlərini və bütün tələbələri EU Business School, Munich kampusu tərəfindən təşkil olunan online görüşə qatılmağa dəvət edir. Əgər Business, Management və müxtəlif layihələrin təşkili sizlərə də maraqlıdırsa, o zaman «Beyond the classroom: boost your career» adlı bu görüşü əsla qaçırmayın!

Məşhur Business məktəbinin müəllim heyəti üçün tələbələrin gələcək karyerası hər zaman prioritet məsələ olmuşdur. Müəllimlərin bir çoxu real təcrübəyə sahib biznesmenlərdir.

Görüşdə nələr öyrənəcəksiniz?

  • EU Business School öz tələbələrinə bir peşəkar olmaqda necə köməklik edir.

  • Tələbələr və məzunlar hansı şirkətlərdə işləyirlər.

  • Munich kampusuna qonaq spikerlər qismində EU Business kimləri dəvət edir.

  • Müxtəlif şirkətlərə təcrübə yönümlü vizitlər nədir və nəyə görə bu təlimlər təhsilin ayrılmaz bir hissəsi olmağa davam edir.

  • Beynəlxalq tədbirlər niyə və necə təşkil edilir.

  • EU Business School tərəfdaşları tərəfindən məzunlarına hansı vakansiyalar təklif olunur.

 

* Görüşün sonunda nümayəndələr sizi maraqlandıran bütün sualları cavablandıracaq.

 

Spikerlər:

  • Amrita Dixit (Head of Career Services and Alumni Relations at EU Munich)

  • Olga Lomonosova (Senior Regional Manager)

 

Nə zaman:

Görüş 16 Noyabr 2020 tarixində, Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

 

Qeydiyyat:

Görüşdə iştirak üçün xüsusi linkdən qeydiyyatdan keçmək mütləqdir. Arzu edənlərə individual olaraq göndəriləcək. Bunun üçün yuxarıdaki QEYDİYYAT hissəsində məlumatlarınızı saxlamağınız kifayyətdir.

 

EU Business School haqqında:

Artıq uzun illərdir ki, rəsmi əməkdaşlığını apardığımız EU Business School – peşəkar akkreditasiya olunmuş beynəlxalq biznes məktəbidir. Universitet möhtəşəm müəllim heyəti və uğurlu məzunları ilə tanınır.

Təqdim etdiyi proqramlar isə yüksək qiymətləndirmələrə sahibdir. Belə ki, məktəbin online MBA proqramı beynəlxalq CEO Magazine jurnalının reytinqinə əsasən birinci yerdə qərarlaşır. China Economic Review dərci isə bu sıralamanı təsdiqləyərək məktəbi dünyanıın TOP-20 ən yaxşı biznes məktəblərinə aid edir. QS Top MBA reytiqinə əsasən EU dünyada 15-ci yerdədir.

Universitetin yeni istiqamətlərindən biri müxtəlif qonaqlarla online görüş və konferensiyaların təşkil olunmasıdır. Dünyanın dörd bir yanından peşəkarlar və biznes liderləri EU Business School qonaqları olaraq, tələbələrlə öz təcrübələrini paylaşır və onları öz arzularını həyata keçirməkdə həvəsləndirirlər.

 

İştirak üçün qeydiyyat mütləqdir! Giriş sərbəstdir!

Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz: +994502917972

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın