Yüklənir...

shape shape shape shape

İsveçrədə universitet oxumaq üçün 5 səbəb

İsveçrədə universitet oxumaq üçün 5 səbəb

Xaricdə universitet oxumaq barədə fikirləşənlər üçün ən yaxşı seçimlərdən biri də İsveçrədir. İsveçrə həm Avropada, həm də dünyada kifayət qədər nüfuzlu və keyfiyyətli təhsil verən universitetlər var. Biz də sizin üçün İsveçrədə universitet oxumaq üçün 5 səbəbi aşağıda sadalamışıq.

1- Çox mədəni mühit

Əgər bakalavr təhsilinizi İsveçrədə davam etdirmək istəyirsinizsə, ölkənin biri-birindən canlı müasir şəhərləri və çox müxtəlif sosio-mədəni xüsusiyyətləri ilə həyatınıza yeni bir rəng gəlməsinə hazır olun. Aralarında alman və italyan da olmaqla, ölkənin dörd rəsmi dili var. Qızıl Xaç, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsi, Ümumdünya Ticarət Təşkilatı və Avropa Nüvə Araşdırmaları Təşkilatı kimi beynəlxalq təşkilatları, beynəlmiləl şirkətləri və hər il çox sayda beynəlxalq tələbələrin bura gəlməsinə görə İsveçrə Avropanı və daha bir çox mədəniyyəti tanımaq üçün mükəmməl bir fürsət təqdim edir.

2- Füsunkar təbiətə malik olması 

İsveçrədə təhsil üçün yaşamaq barədə danışarkən ağlımıza gələn şeylərdən birincisi də ölkənin füsunkar təbiət qoynunda yerləşməsidir. Alp dağlarının yamaclarında yerləşən gözəl təbiət mənzərələri, kiçik və sevimli qəsəbələri, başı qarlı dağları, geniş əraziləri tutan meşələri, gölləri və şəlalələri ilə tələbəlik həyatında mükəmməl bir yerdə yaşamaq imkanına malik ola bilərsiniz. İsveçrədə universitet oxumaq istəyən tələbələrin iştirak edə biləcəyi bir çox sosial fəaliyyətlər vardır. İsveçrənin dəmiryolu şəbəkəsi kifayət qədər genişdir, beləcə siz tələbəlik zamanı ölkənin istənilən yerinə rahatlıqla gedə bilərsiniz və yeni yerlər kəşf etməkdən zövq ala bilərsiniz.

3- Keyfiyyətli universitet təhsili 

İsveçrə dedikdə ağla gələn ilk şeylərdən biri də dünyada ən nüfuzlu və akademik cəhətdən uğurlu universitetlərin burada yerləşməsidir. İsveçrə universitetləri hər il dünya səviyyəsində bütün universitetləri akademik kriteriyaları nəzərə almaqla müqayisə edən və sıralayan qurumların siyahılarında ən üst yerləri tuturlar. İsveçrə təxminən 9 milyon əhalisi, təqdim etdiyi həyat keyfiyyəti və yüksək rifah səviyyəsi ilə tələbələrin sevimli ölkələri arasında yer alır. Sürix, Basel, Bern və Lozan şəhərləri tələbələr tərəfindən tez-tez seçilir, həmçinin bu şəhərlərdə araşdırma yönümlü təhsil almaq da mümkündür. İsveçrə yüksək keyfiyyətli standartlara malik laboratoriyaları və araşdırma məzkəzlərinə görə elm və texnologiya həvəskarları olan tələbələrə ən yaxşı imkanları təqdim edir.

4- Beynəlxalq şirkətlərdə təcrübəçi və karyera imkanı

Beynəlxalq bankçılıq dedikdə, dünyanın ən varlı və geniş büdcəli şirkətləri olan İsveçrə ağıla gələn ilk ölkələrin arasındadır. Qlobal statistikalara baxsaq, İsveçrənin dünyanın ən balanslı iqtisadiyyatına və ən aşağı işsizlik faizinə malik olduğunu rahatlıqla deyə bilərik. İsveçrə qlobal cəhətdən uzun illərdir ki, keyfiyyətli istehsal və xidmət təqdim edən, saat, dərman vasitələri, qida və içki kimi konkret sahələrdə öz sözünü demiş bir ölkədir. Bununla yanaşı, tez bir şəkildə karyera pillələrini qalxmağınıza imkan verən bir mühit yaradır. Əgər siz də tam fərqli bir iş həyatına başlamaq istəyirsinizsə, gələcəyinizi İsveçrədə davam etdirməyin ilk addımı olaraq, bu ölkədə universitet təhsili ala bilərsiniz.

5- Ucuz başa gələn təhsil fürsətləri

İsveçrədə universitet təhsili almaq barədə düşünürsünüzsə, təhsil xərclərinə nəzər salsanız, Avropanın digər ölkələri ilə müqayisədə olduqca ucuz büdcə daxilində olduğunu görəcəksiniz. Xüsusilə də dövlət universitetlərində illik ödəməli olduğunuz məbləğ təxminən 2500-4000 ABŞ dolları arasında dəyişir. İsveçrədə universitet təhsili bir çox ölkələrlə müqayisədə daha prestijli görünsə də, yaşayış xərclərinin normal standartlardan yuxarı olmasını da nəzərə almaq lazımdır.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın