Yüklənir...

shape shape shape shape

İrlandiyada təhsil günü! - FƏRDİ konsultasiya

2 dekabr 2020

Tədbir Tarixi

09:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
İrlandiyada təhsil günü! - FƏRDİ konsultasiya

İrlandiya dünyanın ən gözəl adalarından biridir. Həmçinin, Avropada yerləşir. Uzun bir tarixə və zəngin ənənələrə sahib bu ölkə Avropa Birliyindəki yeganə ingilisdilli ölkədir. İrlandiyanın təhsil sahəsində müstəsna nüfuzu var. Məktəblər və universitetlər dünya səviyyəsində bir-biri ilə əlaqəlidirlər və İrlandiyalı məzunlar dünyanın müxtəlif yerlərində yüksək karyera imkanlarına sahibdirlər.

 

İrlandiya yaşamaq və təhsil almaq istəyəcəyin bir ölkədir!

 

Burada qədim daş binalar hələ çoxəsrlik tarixin ruhunu qoruyub saxlayır. Bir zamanlar burada, indi bütün dünyada tanınan Jonathan Swift, James Joyce, Oscar Wilde, Samuel Beckett, Seamus Gini kimi istedadlı yazarlar doğulub, böyümüşlər. Bu gün bu mədəni irs və yüksək keyfiyyətli tədris bir çox İrlandiya universitetlərinin dünya reytinqlərinə düşməsinə imkan yaradır.

 

Ölkənin tarixi binalarının arasında innovativ texnologiyaların və ixtiraların əsası qoyulan ən yeni arxitektur əsərlər yaradılır. Buna sübut, Google, Facebook, Apple, Pfizer, GSK və IBM kimi beynəlxalq şirkətlərin baş Avropa ofislərinin məhz İrlandiyada yerləşməsidir. Və məhz burada istedadlı tələbə və məzunlar öz karyeralarına start verir. Beləliklə, İrlandiya təhsili beynəlxalq işəgötürənlərin ehtiyaclarını tamamilə ödəyir. Buna səbəb İrlandiya təhsil müəssisələrinin dünyanın ən yaxşı tədqiqat universitetlərinin TOP-1% -nə daxil olmasıdır.

 

Burada əzəmətli və füsunkar təbiət mənzərələri insana ilham verir. Dünya ilə daxili uyğunluğu əldə etmək üçün ən vacib şey elə təbiət deyilmi? İrlandiyanın möhtəşəm təbiəti hər kəsi, turistləri, eləcə də yerli əhalini valeh edir. Araşdırmalara görə, İrlandiya xalqı - bu ölkədəki həyatından ən çox razıdır: bu göstəriciyə görə ölkə dünyada 14-cü yerdədir.

 

Hələ də təhsiliniz üçün İrlandiyanı seçməkdə tərəddüdlüsünüz?!

 

İrlandiya universitetlərinin nümayəndələri ilə FƏRDİ konsultasiya zamanı bu universitetlərdə təhsil alıb ya almamaq qərarınızı müəyyənləşdirəcəksiniz. Aşağıda sadalanan İrlandiya universitetlərinin rəsmi nümayəndələri ilə görüşə tələsin ki, suallarınız cavabsız qalmasın!

  • Trinity College Dublin

  • University College Dublin

  • Dublin City University

  • Institute of Technology, Sligo

  • Maynooth University

  • Technical University Dublin

 

Görüşdə iştirak etmək üçün qeydiyyat mütləqdir! Bunun üçün saytda qeydiyyatdan keçə və 050 512 28 28 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz!

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın