Yüklənir...

shape shape shape shape

IGCSE sertifikatını ONLINE şəkildə əldə edin

10 avqust 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
IGCSE sertifikatını ONLINE şəkildə əldə edin

UK High School SmartClass tələbələrə onlayn dərs mühiti təklif edən yenilikçi bir proqramdır. Bu proqrama sadəcə onlayn bir proqram kimi baxılması düzgün olmazdı. UK High School SmartClass tələbələrə beynəlxalq təhsil səyahətlərinə başlayaraq beynəlxalq ixtisas, bacarıq və təcrübə qazanmağa imkan verir.

Bu proqrama əsasən tələbələr real vaxt rejimində, kiçik siniflərdə, tədris olunan canlı dərs saatlarına qatılırlar. İxtisaslı və təcrübəli müəllimlər şagirdləri daima izləmək, onlarla ünsiyyətdə olmaq, suallara cavab vermək üçün təlimlərə rəhbərlik edirlər.

 

IGCSE-lər aşağıdakı onlayn təhsil planı ilə təklif edilir:

• Sürətli illik onlayn proqram

GCSE-lərinizə onlayn olaraq başlaya və hazır olduğunuzda İngiltərədə kolleclərdə dərslərə qoşula bilərsiniz.

IGCSE: Sürətli bir illik proqram

 

Başlanğıc tarixi:

6 Sentyabr 2021

4 Yanvar 2022

 

Minimum qəbul yaşı: 15

Sinif tələbələrin sayı: 4-10 nəfər

Kursun qiyməti: £ 15,960

 

Kolleclər:

  • Kings Bournemouth

(dərslər onlayn olaraq tədris edilir - Kings Bornmutdan canlı yayım)

Kursun müddəti: 1 tədris ili (3 semestr)

 

Siz bu proqramda iştirak edərək UK milli kvalifikasiyasını əldə edəcək, ingilis dilini A-Level və ya Foundation səviyyəsində mənimsəyəcəksiniz. Ən əsası siz sixth form level-də təhsil bacarıqlarınızı inkişaf etdirəcəksiniz..

 

Əsas akademik fənlər:

- Riyaziyyat: həftədə 6 dərs

- İngilis dili: Həftədə 6-8 dərs

- Təhsil bacarıqları: həftədə 2 dərs

- Qarışıq Elm: Həftədə 8 dərs

- İnformasiya Kommunikasiya Texnologiyaları: Həftədə 4-6 dərs

- Coğrafiya və ya Humanitar Elmlər: Həftədə 6 dərs

 

Tələbələr bu proqramı bitirikdən sonra ən qabaqcıl kolleclər arasında yer alan təhsil müəssisələrinə rahatlıqla qəbul ola biləcəklər. Siz də gələcək universitet və ya kollec qəbulunuzu rahatlıqla əldə etmək istəyirsinizsə bu dəyərli fürsətdən yararlanmağa tələsin.

 

UK High School SmartClass haqqında daha ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilər, sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın