Yüklənir...

shape shape shape shape

Hollandiya və Almaniya universitetlərinə qəbul günü - Müraciət et, ödənişsiz təyyarə bileti qazan!

26 iyun 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Hollandiya və Almaniya universitetlərinə qəbul günü - Müraciət et, ödənişsiz təyyarə bileti qazan!

Azeri Student, Hollandiya və Almaniya univeristetlərindən birində təhsil almaq istəyən tələbələrin yol xərclərini öz üzərinə götürür. İyun ayının sonuna kimi davam edən bu təklifimizi siz də dəyərləndirməyə tələsin!

 

Hər birinizi 26 İyun, saat 10:00 - 19:00 arası baş tutacaq qəbul gününə gözləyirik! Sənədlərinzlə birgə ofisimizə yaxınlaşın, individual konsultasiyadan keçərək sizə uyğun universiteti seçin və ödənişsiz təyyarə bileti qazanın!

 

Sənədlərin siyahısı:

  • Pasport

  • Transkriptlər

  • İngilis dili sertifikatı - IELTS, TOEFL (varsa)

 

Hollandiya Universitetləri:

Müasir zamanın yeni təhsil sistemini öz tədris planında əks etdirən Hollandiya universitetləri, qlobal dünyanın yeniliklərinə rahatlıqla ayaq uydurur. Hollandiya dünyanın ən güvənli ölkələri sırasında yer alaraq, təhsil, sağlamlıq, ədalət, iş şərtləri baxımında ilk onluqda yer alır.

 

Digər ölkələrdən fərqli olaraq Hollandiyada xaricdən gələn tələbələrə işləmək üçün icazə verilir. Bu da öz növbəsində sizin dil bacarıqlarınızın inkişafına öz töhvəsini verəcəkdir.

 

The University of Amsterdam

The University of Amsterdam Niderlandın ən geniş akademik proqram təklif edən ən böyük universitetidir. The University of Amsterdam dünya universitetləri sıralamasında TOP - 100' də, Avropa universitetləri arasında isə ilk 15 - likdə yer alır.

Amsterdam University of Applied Sciences

AUAS, Amsterdam və digər şəhərlərdə özünü gələcəyə və yeniliyə həsr etmiş, zəngin bir keçmişə malik gənc bir qurumdur. Amsterdam Tətbiqi Elmlər Universiteti (AUAS), müxtəlif sahələr və ali təhsil fənləri üzrə sabahın mütəxəssislərini yetişdiririr.

The Hague University of Applied Sciences

The Hague University of Applied Sciences ən çox tanınan, tələbələrin akademik şəkildə təhsil almasını reallaşdıran Hollandiyanın məşhur universitetlırindən biridir. Universitet sizə nə kimi üstünlüklər vəd edir:

  • İngilis dili biliklərinizin inkişafı (bir çox proqram ingilis dilində tədris olunur)

  • Fərdi tələbə dəstəyi ilə Hollandiyadakı həyata uyğunlaşmanıza kömək edir

  • Dünyanın hər tərəfindən gələn tələbələrlə dostluq etmək imkanı yaradır

  • Beynəlxalq Hazırlıq Proqramları idarəetmə, sosial elmlər, texnologiya və dizayn sahələri üzrə tədris olunur

Erasmus University Rotterdam

1973-cü ildə qurulan Rotterdam Erasmus Universiteti (EUR) Hollandiyada yerləşən məşhur universitetlərdən biridir. EUR sənaye, ticarət, tibb və səhiyyə elmləri üzrə müxtəlif proqramlar təqdim edir. Müxtəlif akkreditasiya və fənlərarası yanaşmalar yolu ilə tələbələrinə yüksək akademik standartlar vəd edir. Universitet beynəlxalq iş cəmiyyətləri ilə güclü əlaqələrə malikdir.

Vrije Universiteit Amsterdam

VU insanlar və cəmiyyətlə möhkəm əlaqələri olan açıq bir təşkilatdır. 1880 - ci ildə Şimali Hollandiyada yaradılmış universitet reytinqlərə görə TOP 236-cı yerdədir. VU tərkibindəki institut və mərkəzlər aşağıdakılardır:

  • Interdisciplinary Research Institutes

  • National Research Schools

  • Faculty Research Centres

  • Graduate Schools

Tilburg University

Vətəndaşlara kömək etmək üçün cəmiyyətə xidmət etmək və inkişaf etdirmək - Tilburg Universitetinin əsas prinsipi məhz budur. "Cəmiyyəti anlamaq" sloqanı universitetin öyrənmə və öyrətmə fəlsəfəsinin əsasıdır. Əsas tədris istiqamətləri iqtisadiyyat, menecment, sosial davranış elmləri, hüquq, rəqəmsal elmlər və ilahiyyat sahələridir. 1927- ci ildən bəri fəaliyyət göstərən universitetdə 110 millətdən 19.000 tələbə təhsil alır.

 

Almaniya Universitetləri:

Almaniyada bakalavr, magistr, aspirantura dərəcələri üzrə təhsil almağın yüksək avantajları vardır. Buradakı təhsil dünya standartlarının üstündədir. Dünyanın ən qabaqcıl sənaye və texnologiya şirkətlərinin burada yerləşməsi universitetlərin təhsil proqramına da müsbət təsir edir. Siz burada təhsil almaqla yanaşı, əvəzsiz iş təcrübəsi də qazana bilərsiniz. Almaniya universitetlərinin digərlərlərindən daha bir üstün cəhəti burada ispan, ingilis, fransız dilləri üzrə də təhsil almaq imkanı qazana bilirsiniz. Sizi bəzi qabaqcıl universitetlərlə tanış edirik.

 

Jacobs University

Jacobs University 2001-ci ildə Free Hanseatic City of Bremen, the University of Bremen və Rice University, Houston, Texas Universitetinin dəstəyi ilə qurulmuşdur. Beynəlxalq universitetlərdən biri olan Jacobs University, Almaniyanın Bremen şəhərində yerləşən, dövlət tərəfindən tanınan özəl universitetdir. Hal-hazırda 120-dən çox ölkədən, 1500-dən çox tələbə iş və elm sahəsində beynəlxalq karyera imkanları əldə etdikləri Bremen şəhərində təhsil alır. Təhsil proqramından asılı olaraq, bir tədris ili üçün ödəniş 10,000 ilə 28,000 avro arasındadır.

IUBH 

70.000-ə yaxın tələbə şəbəkəsi və 200-dən çox bakalavr, magistr və MBA dərəcəsi proqramı ilə Almaniyanın ən böyük universitetlərindən biri olan IUBH. Universitetin 6000-dən çox tanınmış tərəfdaşla uzun illər davam edən uğurlu əməkdaşlığı bu gün öz sözünü deyir.

Lancaster University Leipzig

Almaniyada yüksək reytinqli bir UK universitetində siz də təhsil alın! Həm Almaniyada təhsil almaq, həm də İngiltərə təhsil sisteminə uyğun dərslər keçmək istəyirsinizsə Lancaster University Leipzig tam sizin üçündür. LU Leipzig İngiltərənin Lancaster Universitetinin filial kampusudur. LU Leipzig "The Times və Sunday Times" qəzetləri tərəfindən "2020 İlin Beynəlxalq Universiteti" seçilmişdir. Reytinqinə görə dünyada 135 ci sırada yer tutur. Təhsil ingilis dilində aparılır.

EU Business School Munich

Əsası 1973-cü ildə qurulan EU Business School (EU), Barcelona, Geneva, Montreux, Munich və eləcə də onlayn kampusları olan beynəlxalq, peşəkar səviyyədə akkreditə edilmiş, yüksək səviyyəli bir biznes məktəbidir. EU Business School Munich bu məktəblər arasında xüsusilə seçilən, təkrarsız tədris proqramına malikdir. EU Business School dünyaca məşhur QS Stars Rating tərəfindən biznes məktəbləri arasında mükəmməlliyinə görə dörd ulduzlu bir reytinqə layiq görülmüşdür.

 

Əziz şagirdlər, tələbələr və valideynlər, sizinlə görüşməyi səbirsizliklə gözləyirik!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37844539999999","long":"49.8750052"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın