Yüklənir...

shape shape shape shape

Heriot Watt Dubai

Heriot Watt Dubai

Bu Qurum Haqqında

Heriot Watt Dubai

  • Dubai Knowledge Village, Dubai, BƏƏ
  • 2005-ci ildən Dubayda fəaliyyət göstərir
  • BƏƏ üzrə TOP 47-ci yerdədir
  • İllik təhsil haqqı: 55,200AED+

Universitet haqqında

Heriot-Watt University Dubai dünya səviyyəli tədris və qabaqcıl tədqiqatlarla tanınmış, yüksək nüfuza malik təhsil müəssisəsidir. Universitet cəmiyyətin xeyrinə radikal yeniliklər və real problemlərə həll yolları tapmağı hədəfləyərək tədris proqramlarını həyata keçirir. 1821-ci ildə dünyanın ilk mexanika institutu olan School of Arts of Edinburgh olaraq qurulmuş və sonradan 1966-cı ildə krallıq nizamnaməsi ilə Royal Charter tərəfindən Universitet statusu almışdır. İngiltərədəki ən qədim səkkizinci ali təhsil müəssisəsidir.

Heriot-Watt University Dubai kampusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən Heriot-Watt Universitetinin bir peyk kampusudur. 2005-ci ildə qurulmuş, bu filial Dubay Beynəlxalq Akademiya şəhərində açılan ilk xarici universitet kampusu olmuşdur. 2021-ci ildə universitet Dubay şəhərciyindən, Dubay Bilik Parkına köçürüldü.

Dubayın ən uğurlu beynəlxalq ali təhsil təminatçılarından biri olaraq, tələbə sayı hazırda 3700-ə yüksəldi, 90-dan çox müxtəlif ölkədən gələn tələbələr də bu kampusda təhsil alır. Heriot-Watt University Dubai, qlobal bir təhsil mühitində, iş və sənaye müəssisələri ilə güclü əlaqələri olan geniş araşdırma əsaslı dərəcə proqramları təqdim edir.

Tədris

Populyar ixtisaslar:

  • Energy, Geoscience, Infrastructure and Society

  • Engineering and Physical Sciences

  • Foundation

  • Mathematical and Computer Sciences

  • Professional Services

  • Social Sciences

Proqram və xərclər(illik)

Bakalavriat:

  • Təhsil haqqı: 55,200AED+
  • Yaşayış xərcləri: 11,000$ - 15,000$

Мagistratura:

  • Təhsil haqqı: 65,200AED+
  • Yaşayış xərcləri: 11,000$ - 17,000$

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 5.0 - 5.5
  • TOEFL 550

Magistratura:

  • IELTS 6.0 - 6.5
  • TOEFL 575

Sənədlər:

  • 3 Tövsiyyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV/ Resume
  • Transkriptlər

Ünvan

Dubai Knowledge Park, PO Box 38103 Dubai, UAE

Heriot-Watt University Dubai, şəhərin iş bölgəsindən təxminən 20 dəqiqəlik məsafədə, Dubay Beynəlxalq Akademiya şəhərindəki şəhər yolu üzərindədir. Kampusun 1-ci hissəsi basketbol, tennis və voleybol meydançaları da daxil olmaqla açıq idman qurğularına əlavə olaraq çoxsaylı sinif otaqları, IT laboratoriyaları, mexaniki, avtomobil, mülki və elektrik və elektron mühəndislik laboratoriyaları, kitabxana, moda və daxili dizayn studiyalarından ibarət üç mərtəbəli bir binadan ibarətdir. Şəhərciyin 2-ci hissəsi tələbələr üçün 700 yerlik auditoriya, qapalı oyun otağı, yemək meydançası, idman zalı, market, tələbələrin istifadəsi üçün sakit bir çalışma sahəsindən təşkil olunmuşdur.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın