Yüklənir...

shape shape shape shape

Hər şey buradan başlayır... GCU fashion proqramları üzrə £5,000 scholarship təklif edir!

20 sentyabr 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Hər şey buradan başlayır... GCU fashion proqramları üzrə £5,000 scholarship təklif edir!

Glasgow Caledonian University (GCU, eyni zamanda Caledonian və ya Caley) Şotlandiyada qurulmuş İngilis universitetidir. Təxminən 17 min tələbəsi olan Şotlandiyanın ən böyük universitetlərindən biridir. 1993-cü ildə universitet statusu almışdır. Yeddi məktəbdən ibarətdir - biznes, tibb, elm və texnologiya.

Caledonian Business School, Şotlandiyanın ən böyük məktəbidir və risklərin idarə edilməsi, e-biznes və Beynəlxalq Moda Marketinqi kimi sahələrdə yenilikçi proqramlar hazırlamaq üçün güclü bir nüfuza malikdir.

 

Glasgow Caledonian University 2022-ci il yanvar ayı üçün sənəd qəbulunu açıq elan edir!

 

Müraciət üçün son tarix: 1 Oktyabr 2021-ci il

Sənədlərin təqdim edilməsi üçün son tarix: 15 oktyabr 2021 -ci il

 

Qeyd edək ki, GCU, British School of Fashion proqramları üzrə £5,000 scholarship təklif edir!

 

Scholarship üçün son müraciət tarixi: 12 Noyabr 2021-ci il

 

British School of Fashion, Glasgow Caledonian Universitetinin (GCU London) London Kampusunda yerləşir və moda işində ixtisaslaşmış aspirantura proqramları təklif edir. İngiltərədə moda və dəbdəbəli təhsil üzrə ön sıralarda olan məktəb olaraq, missiyaları yeni bir moda və luks biznes liderləri, yenilikçilər və sahibkarlar yetişdirmək, onlara meydan oxumaq və inkişaf etdirməkdir. British School of Fashion Londonun dəbli Spitalfields bölgəsində yerləşən, sənaye liderləri ilə birgə hazırlanmış və ən son müasir akademik araşdırmalarla məlumatlandırılan məzmunlu gələcək proqramları təqdim edir.

 

Universitet haqqında daha çox məlumat əldə etmək və ya scholarship proqramı ilə bağlı hər hansı bir sualınıza cavab tapmaq istəyirsinizsə vaxt itirmədən Azeri Student komandasına müraciət edin!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın