Yüklənir...

shape shape shape shape

GRE/GMAT imtahan nəticələri olmadan Amerikada təhsil

19 avqust 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
GRE/GMAT imtahan nəticələri olmadan Amerikada təhsil

Northeastern University 1898-ci ildən bəri tələbələrin ilham mənbəyidir. Univeristetin dünya şöhrətli akademik heyəti, ciddi və çevik təhsil variantları və tanınmış təcrübəli öyrənmə modeli ilə tələbələrə təsirli təhsil imkanları verir. 140 ölkədən 14000-dən çox əcnəbi tələbə və alim, dinamik və mədəni olaraq fərqli bir universitet mühitindən zövq alırlar.

 

  • U.S. World & News Report 2020 əsasən universitet ən yaxşı Amerika universitetləri arasında TOP 40-da yer alır.
  • Karyera Xidmətləri kateqoriyasında Northeastern University TOP 4-də yer alır.
  • BusinessWeek-ə görə iş yerləri üçün A+ qiymətləndirilib.
  • 100 illik universitetlər arasında Co-op kursunu ilk başladanlardandır.

 

Akademik məsləhətçilər və mentorlar tələbələrə şəxsi və peşəkar məqsədlərinə cavab verən proqramları seçməyə kömək edir. Proqramların hər biri təcrübə əsasında öyrədilir. Bu model tələbələrə sinifdə öyrəndiklərini real dünya problemlərinə tətbiq etməyə və qiymətli praktiki təcrübə ilə iş həyatına girməyə imkan verir.

Kampuslar: Boston, San Francisco, Silicon Valley, Charlotte, Seattl

Northeastern University 2022-2023 tədris ili üçün standart testlərə yanaşması ilə bağlı xüsusi yeniliklər hazırlayıb. Dünyada artan COVID hadisələri səbəbiylə bir çox beynəlxalq və yerli tələbə standart testlərə girməkdə çətinlik çəkir və hələ də GRE/GMAT imtahanına girişlərdə bəzi məhdudiyyətlər var. Bu səbəbdən Northeastern Universiteti, 2022-2023 tədris ilində magistr proqramları üçün test-seçim yanaşmasını genişləndirdi.

 

College of Professional Studies; School of Law - GRE/GMAT tələb olunmur

College of Social Sciences & Humanities; D’ Amore-McKim School of Business; College of Science, Khoury College of Computer Sciences; College of Engineering; College of Arts, Media & Design - GRE/GMAT tələb olunmur və ya istəyə bağlı olaraq imtahan verə bilərsiniz.

 

Northeastern University haqqında daha ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilər, sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın