Yüklənir...

shape shape shape shape

Glion Institute Of Higher Education

Glion Institute Of Higher Education

Bu Qurum Haqqında

Glion Institute Of Higher Education

  • Glion, Vaud, İsveçrə
  • 1962-ci ildə təsis edilib
  • İllik təhsil haqqı: 32,750CHF+

Universitet haqqında

Glion Institute of Higher Education, dünyanın ən yaxşı xüsusi qonaqpərvərlik təhsil müəssisələrindən biridir. 50 ildən çoxdur ki, məktəb dünyanın hər yerindən gələn tələbələr tərəfindən son dərəcə populyardır, bunun səbəbi odur ki, Glion məzunları heç vaxt iş tapmaqda çətinlik çəkmirlər. Universitet qonaqpərvərlik idarəetməsi, tədbirlərin idarəedilməsi, idman menecmenti və əyləncə idarəetməsi üzrə çox sayda əlavə ixtisasla lisenziya və magistr proqramları təklif edir.

2013-cü ildə Glion Institute of Higher Education, "tələbələri karyeraya hazırlamaq" baxımından dünyanın qonaqpərvərlik sənayesindəki ən yaxşı idarəetmə məktəbləri sıralamasında üçüncü sırada yer aldı. Doğrudan da, Glion məzunları, bir çox dəfə Hilton, Hyatt, Four Seasons və başqaları kimi tanınmış şəbəkə otellərindən birdənədən çox böyük iş təklifi alırlar. Təcrübə və müxtəlif karyera tədbirlərinin təşkili prosesi tələbələrin təxminən 85% hələ təhsil alarkən daimi iş tapmasına gətirib çıxarır.

Tədris

Populyar ixtisaslar:

  • Business administration
  • International hotel management
  • Creation of new enterprises
  • Luxury Brand Management
  • Finance in the field of income and real estate management

Proqram və xərclər(illik)

Bakalavriat:

  • Təhsil haqqı: 38,450CHF
  • Yaşayış xərcləri: 11,000£ - 15,000£

Мagistratura:

  • Təhsil haqqı: 32,750CHF
  • Yaşayış xərcləri: 11,000£ - 15,000£

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6.5

Magistratura:

  • IELTS 6.5

Sənədlər:

  • 3 Tövsiyyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV/Resume
  • Transkriptlər

Ünvan

Route de Glion 111, 1823 Glion-sur-Montreux Switzerland

Glion kampusu məşhur Montreux kurortunun yaxınlığında, İsveçrə Rivierası ilə Alplara baxır. Kampus tələbələr üçün restoran və mətbəx imkanları ilə tam təchiz edilmişdir. Şagirdlərə məxsus dörd restoran, istirahət zonaları və bir fitness mərkəzidə mövcuddur.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın