Yüklənir...

shape shape shape shape

EU Business School (Geneva / Montreux)

EU Business School (Geneva / Montreux)

Bu Qurum Haqqında

EU Business School (Geneva / Montreux)

  • Geneva, Montreux, İsveçrə
  • 1973-cü ildə təsis edilib
  • Dünya üzrə TOP 50-ci yerdədir (MBA)
  • İllik təhsil haqqı: 12,300€+

Universitet haqqında

EU Business School 1973-cü ildə əsası qoyulmuş, Avropanın bir neçə şəhərində fəaliyyət göstərən özəl biznes məktəbidir. Qurumun başlıca məqsədi gələcəyin parlaq biznesmenlərini yetişdirmək və tələbələrə müxtəlif şəraitlərdə idarəetmə və liderlik qabiliyyətini öyrətməkdir.

Dünya üzrə 80-dən artıq partnyora sahib olan məktəb, öz tələbələrinə əməkdaşları tərəfindən tədris qurumlarında təcrübə alma imkanı verir. Eyni zamanda, universitetlər arası bir çox dünya sıralamasında məktəb ilk pillələrdə qərarlaşır.

 

EU's Online MBA TOP olaraq CEO Magazine jurnalının qlobal sıralamasında TOP 1-ci yerdədir.

Biznes təhsili sahəsində görkəmli nailiyyətlərinə görə QS Stars mükafatına layiq görülmüşdür.

Avropada QS MBA gəlir hesabatı investisiya artımında əmək haqqı üzrə TOP 5-ci yerdədir.

Capital jurnalının versiyasına görə tələbələr üçün ən yaxşı biznes məktəbi sıralamasında TOP 6-cı yerdədir.

Tədris

Populyar ixtisaslar:

  • Banking and Finance
  • Business Administration
  • Business Management and Marketing
  • HR Management
  • Communications and PR
  • Leadership
  • International Business

Proqram və xərclər (İllik) :

Bakalavriat:

  • Təhsil haqqı: 12,000€
  • Yaşayış xərcləri: 11,000€ - 15,000€

Мagistratura:

  • Təhsil haqqı: 16,950€
  • Yaşayış xərcləri: 11,000€ - 15,000€

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6.0

Magistratura:

  • IELTS 6.5

Sənədlər:

  • 3 Tövsiyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV / Resume
  • Transkriptlər

Ünvan

Geneva, Switzerland

Kampus Cenevrə şəhərinin mərkəzində və həmçinin öz adını daşıyan gölün sahilində yerləşir. Məkan yalnız mənzərəli deyil, həm də çox əlverişlidir. Kampus şəhərin maliyyə mərkəzindən və əsas alış-veriş zonasından cəmi beş dəqiqəlik məsafədə yerləşir. Cenevrə gölünün digər tərəfində, möhtəşəm Alp dağlarının ətəyindəki Montrödə, başqa bir EU Business School'nun kampusu yerləşir.

Məzunlar

EU Business School (Barcelona) proqramları üzrə təhsil almış ən məşhur məzunlar ilə tanış olun:

  • Məzun: Adolf Ogi. Vəzifəsi: İsveçrənin keçmiş prezidenti
  • Məzun: Nick Hayek Jr. Vəzifəsi: İsveçrə-Livan biznesmenı

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın