Yüklənir...

shape shape shape shape

Dünyanı dəyişən genetik tədqiqatlar

31 iyul 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Dünyanı dəyişən genetik tədqiqatlar

University of Leicester dünyanı dəyişən tədqiqatların və yüksək keyfiyyətli, ilhamverici tədrisin yaradılması ilə beynəlxalq mükəmməlliyə sadiq olan aparıcı Böyük Britaniya universitetidir. Leicester, davamlı olaraq ali təhsilə daha ədalətli və bərabər giriş imkanı təmin etmək üçün çalışmışdır.

University of Leicester, Böyük Britaniya Lesterdə yerləşən ictimai araşdırma universitetidir. Əsas kampus şəhər mərkəzinin cənubunda, Victoria Parkının yanında yerləşir. Universitet Genetik barmaq izlərinin tapılması üzrə xüsusi araşdırmaya sahibdir.

University of Leicester özünü qabaqcıl bir tədqiqat universiteti kimi təsdiqləmiş və Times Higher Education Magazine tərəfindən 2008-ci ildə İlin Universiteti seçilmişdir. 2016-cı ildə universitet The Complete University Guide nəticələrinə görə TOP 24, The Guardian-a görə isə TOP 32-də yer tutdu. REF 2014 reytinqlərinə əsasən Leicester Universiteti 126 universitet arasında 49-cu yerdə qərarlaşmışdır. 2012-ci ildə QS Dünya Universitetləri Sıralaması, Leicesteri istinad göstəricisinə görə böyük Britaniyada 8-ci yerə layiq görmüşdür.

Universitet 2021-ci ilin sentyabr ayı üçün tələbə qəbulu üzrə Clearing proqramının tətbiqinə başlayır.

Bildiyiniz kimi, Clearing prosesi tələbələrin universitetdə alternativ bir yer tapmaları üçün əla bir yoldur. Əgər arzuladığınız ixtisas üzrə digər universitetlərə qəbul ala bilməmisinizsə Clearing proqramı çərçivəsində University of Leicester-a müraciət edə bilərsiniz. Bir sıra beynəlxalq keyfiyyətləri qəbul edən universitet öz veb səhifəsindən müraciətləri qəbul edir. Əgər siz müraciət etməyə çətinlik çəkirsinizsə Azeri Student komandası ilə əlaqə saxlayın, konsultantlarımız sizə məmnuniyyətlə kömək etməyə hazırdırlar.

 

Siz də təhsilinizi UK-nın ən qabaqcıl universitetlərindən birində davam etdirmək istəyirsinizsə elə indi bizə müraciət edin!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın