Yüklənir...

shape shape shape shape

Dubay, Milan, Paris və Cenevrə kimi şəhərlərdə təhsil alaraq lüks dünyanı UOWD ilə kəşf edin!

15 avqust 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Dubay, Milan, Paris və Cenevrə kimi şəhərlərdə təhsil alaraq lüks dünyanı UOWD ilə kəşf edin!

Avstraliya, Hong Kong və Malayziyada üniversiteleri yer alan qlobal bir markanın parçası olan University of Wollongong in Dubai (UOWD), tələbələrə mərkəzləşdirilmiş qaydada təhsil verərək onları gələcəyin lideri kimi hazırlayır.

Avstraliyanın ən yaxşı 10 universitetindən biri olan Wollongong Universiteti akademik etimadnaməsini, çoxmədəniyyətli bir təhsil mühiti ilə birləşdirərək, 108 ölkədən 11,300 -dən çox məzunun qlobal iş həyatını formalaşdırmağa köməklik göstərir.

 

Global Executive Master of Luxury Management

Həm Dubay, Milan, Cenevrə və ya Paris kimi şəhərlərdə təhsil almaq, həm də lüks dünyanı kəşf etmək istərdinizmi? Əminik ki, bu fikir sizin də xoşunuza gələcək. Elə isə bu maraqlı magistr proqramından siz də yararlanmağa tələsin.

UOWD-un MIP Politecnico di Milano ilə ortaq olaraq təqdim etdiyi Global Executive Master of Luxury Management dərəcəsi üzrə təhsil alın və təhsil müddətində bütün dünyanı gəzərək ikili diplom əldə edin.

Burada siz ikonik olaraq lüks marka təqdimatı, lüks pərakəndə satış təcrübəsi, böyük bir lüks alış-veriş mərkəzinin tanıtımı və müştəriləri cəlb etmək üçün marka imicinin yaradılması kimi fərqli proqramlarla da tanış olacaqsınız. Siz bu magistr proqramını bitirdikdən sonra Luxury Brand Manager, Fashion Retail Buyer, Branding & PR Specialist, Creative Director, Brand Ambassador, Visual Merchandising Executive kimi sahələr üzrə professional şəkildə fəaliyyət göstərə biləcəksiniz.

 

Gələcək magistr tələbələri üçün xüsusi SCHOLARSHIP

Bu scholarship-ə əsasən payız semestrində 2 fənn üçün ödəniş edib qeydiyyatdan keçsəniz təhsil haqqınızda 50% endirim əldə edəcəksiniz.

Son müraciət tarixi 15 avqust 2021-ci il.

 

Üç il ərzində UOWD bakalavr dərəcəsi

UOWD, məktəbdə akademik olaraq fərqlənən və bütün giriş tələblərinə cavab verən tələbələr üçün üç illik bakalavr dərəcəsi təqdim edir. Tələbələr, mövcud dörd illik proqramın əvəzinə üç il ərzində bakalavr dərəcələrini bitirə biləcəklər və məzun olduqdan sonra həm yerli, həm də beynəlxalq səviyyədə tanınan Avstraliya kampusundan daha bir dərəcə alacaqlar.

 

Frontline heroes SCHOLARSHIP

Sentyabr ayında Master of Nursing proqramına qoşulun və tam təhsil haqqınız üçün eksklüziv 40% Frontline Heroes Scholarship-dən faydalanın! Unutmayın ki, yerlər məhduddur. Bu xüsusi təklifdən yararlanan 40 tələbədən biri olmaq istəyirsinizsə 31 avqust 2021-ci il tarixinə qədər müraciət etməyiniz mütləqdir.



Virtual open day

University of Wollongong in Dubai heyəti sizi 30 Avqust 2021-ci il tarixində 18:00-dan 19:00-a qədər davam edəcək virtual açıq qapı gününə dəvət edir.

Virtual görüşdə sizi nələr gözləyir:

  • Gələcək karyera yolunuzu planlaşdırmağa kömək edəcək qəbul məsləhətçiləri ilə tanışlıq

  • Təqdim etdiyimiz universitet, dərəcələr və endirimlər haqqında daha ətraflı məlumat

  • Universitetin ən müasir laboratoriyaları, yenilikçi qarışıq öyrənmə sinifləri, kitabxanaları ilə virtual tanışlıq.

Virtual görüşdə iştirak üçün qeydiyyat mütləqdir!


 

Siz də təhsilinizi ən qabaqcıl BƏƏ universitetlərindən birində davam etdirmək istəyirsinizsə elə indi bizə müraciət edin. Təhsil bələdçiniz Azeri Student sizə dəstək olmağa hər zaman hazırdır!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın