Yüklənir...

shape shape shape shape

Drew University

Drew University

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: $ 44,260+
  • Universitetin reytinqi: ABŞ-da TOP-100
  • THE Ranking: 320
  • Qəbul tələbi: IELTS 6.5+

 

Ətraflı məlumat

Drew Universiteti ABŞ-ın Nyu-Cersi ştatında yerləşən prestijli təhsil müəssisəsidir. Əsası 1867-ci ildə qoyulan universitet zəngin tarixi və yüksək təhsil keyfiyyəti ilə tələbələrin ən çox diqqətini çəkən universitetlərdəndir.

Drew Universitetində bakalavr, magistr və doktorantura proqramlarının hər biri innovativ tədris üsulları ilə keçirilir.  

Buradakı təhsilin keyfiyyəti beynəlxalq səviyyədə tanınmış akademik heyəti və müasir təhsil metodları ilə dəstəklənir.

Geniş akademik diapazonu, tələbə yönümlü yanaşması və uğurlu məzunları ilə dünya miqyasında tanınan Drew Universiteti haqqında gəlin daha ətraflı məlumat alaq.

Drew Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Bachelor of Arts (BA) in Anthropology
  • Bachelor of Arts (BA) in Art History
  • Bachelor of Arts (BA) in Biology
  • Bachelor of Arts (BA) in Business
  • Bachelor of Arts (BA) in Chemistry
  • Bachelor of Arts (BA) in Chinese Studies
  • Bachelor of Arts (BA) in Classics
  • Bachelor of Arts (BA) in Computer Science
  • Bachelor of Arts (BA) in Economics
  • Bachelor of Arts (BA) in English
  • Bachelor of Arts (BA) in Environmental Studies and Sustainability
  • Bachelor of Arts (BA) in French
  • Bachelor of Arts (BA) in German Studies
  • Bachelor of Arts (BA) in History
  • Bachelor of Arts (BA) in International Relations
  • Bachelor of Arts (BA) in Italian Studies
  • Bachelor of Arts (BA) in Mathematics
  • Bachelor of Arts (BA) in Media and Communications
  • Bachelor of Arts (BA) in Music
  • Bachelor of Arts (BA) in Neuroscience
  • Bachelor of Arts (BA) in Philosophy
  • Bachelor of Arts (BA) in Physics
  • Bachelor of Arts (BA) in Political Science
  • Bachelor of Arts (BA) in Psychology
  • Bachelor of Arts (BA) in Public Health
  • Bachelor of Arts (BA) in Religious Studies
  • Bachelor of Arts (BA) in Sociology
  • Bachelor of Arts (BA) in Spanish
  • Bachelor of Arts (BA) in Theatre Arts
  • Bachelor of Science (BS) in Biochemistry and Molecular Biology

Magistratura tədris pilləsi üçün:

  • Master of Arts in Teaching (MAT)
  • Master of Education (MEd)
  • Master of Fine Arts (MFA) in Poetry
  • Master of Fine Arts (MFA) in Writing and Literature
  • Master of Science in Finance (MSF)
  • Master of Arts (MA) in Medical Humanities
  • Master of Arts (MA) in Religion
  • Master of Arts (MA) in Theology
  • Master of Letters (MLitt) in History and Culture

Doktorantura tədris pilləsi üçün:

  • Doctor of Arts and Letters (D.Litt.)
  • Doctor of Medical Humanities (DMH)
  • Doctor of Philosophy (PhD) in History and Culture
  • Doctor of Philosophy (PhD) in Medical Humanities
  • Doctor of Philosophy (PhD) in Religion
  • Doctor of Ministry (DMin)

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. Drew  Universitetində olan bütün proqram və ixtisasla bağlı məlumatı universitetin rəsmi veb-saytından ala bilərsiniz.

Drew Universitetinin ortalama təhsil haqqı

Drew Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı $ 44,260-dən başlayır və proqramla ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript.
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.5, hər bölmədən ən azı 6.0 bal.
  • TOEFL: Minimum ümumi bal 80.

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.

Drew Universitetinin təqaüd imkanları

Drrew Universiteti, tələbələrə geniş təqaüd imkanları təqdim edərək onların akademik və maliyyə ehtiyaclarını qarşılayır, maddi çətinlik çəkmədən tələbələrin təhsil almalarına imkan yaradır.

Təqaüdlər tələbələrin akademik uğurlarına, liderlik bacarıqlarına və xüsusi qabiliyyətlərinə əsaslanaraq verilir.

Universitetdə həm dövlət, həm universitet, həm də beynəlxalq təqaüd proqramları mövcuddur. Onlardan bəziləri bunlardır:

Presidential Scholarship: Bu təqaüd ən yüksək akademik göstəricilərə malik tələbələrə verilir.

Təqaüd üçün tələbələrin GPA və standart test (SAT/ACT) nəticələri nəzərə alınır.

Dean's Scholarship: Yüksək akademik göstəriciləri olan tələbələrə verilən təqaüdün verilməsi zaman GPA və standart test nəticələri nəzərə alınır.

University Scholarship: Orta akademik göstəriciləri olan tələbələrə verilən təqaüddür.

Təqaüd GPA və digər akademik göstəricilər əsasında verilir.

Graduate Research Scholarship: Akademik sahədə araşdırma aparmaq istəyən tələbələr üçün nəzərdə tutulmuş proqramdır.

Tələbələrin araşdırma potensialı və akademik göstəriciləri nəzərə alınaraq verilir.

Teaching Assistantship: Magistratura proqramlara qəbul olan tələbələrə müəllim köməkçisi kimi işləmək imkanı və təhsil haqqı azadlığı verən proqramdır.

Professional Scholarships: Müxtəlif peşə sahələrində xüsusi qabiliyyətləri və təcrübələri olan tələbələr üçün verilir.

Global Leadership Scholarship: Qlobal liderlik qabiliyyətləri nümayiş etdirən və beynəlxalq arenada fərqlənən tələbələr üçün olan təqaüd proqramıdır.

Bunlar universitetin təklif etdiyi proqramların bir hissəsidir. Bütün proqramlar haqqında ətraflı məlumat üçün rəsmi veb-saytdakı “Grants & Scholarships” səhifəsini ziyarət edə bilərsiniz.

Drew Universitetində tələbə həyatı

Drew Universiteti, tələbələrə keyfiyyətli akademik həyat ilə yanaşı, zəngin və müxtəlif tələbə həyatı təklif edir.

Universitetdə tələbələr üçün bir çox fəaliyyət, klub və təşkilat mövcuddur ki, bu da onların şəxsi və sosial inkişaflarına töhfə verir.

Universitetin tələbə həyatına müsbət təsir edən faktorlarına bunları aid edə bilərik:

Kampus

Drew Universitetinin kampusu olduqca genişdir. Burada tələbələrin rahat bir şəkildə yaşayıb oxumaları üçün bütün imkanlar yaradılıb.

Kampus daxilində olan kitabxana, idman kompleksləri, yeməkxanalar və ictimai sahələr tələbələrin istifadəsinə açıqdır. Tələbələr kampusda yerləşən yataqxanalarda və ya universitetə yaxın mənzillərdə qala bilərlər.

Tələbə birlikləri və təşkilatları

Drew Universitetində tələbələr üçün çoxsaylı birliklər və təşkilatlar fəaliyyət göstərir. Akademik, mədəni, idman, incəsənət və sosial maraqlar ətrafında qurulmuş bu birliklər tələbələrin kampus həyatını zənginləşdirir.

Eyni zamanda universitetdə beynəlxalq tələbələr üçün xüsusi olaraq yaradılmış təşkilatlar və dəstək qrupları da mövcuddur. Bu qruplar, beynəlxalq tələbələrin adaptasiya prosesində onlara kömək edir və mədəni müxtəlifliyə alışmalarına dəstək olur.  

İdman

Universitetin idman komandaları yerli və milli yarışmalarda iştirak edirlər. Tələbələr öz aralarında komanda yaradaraq turnirlərə qatılıb yer tuta bilərlər.

Kampusdakı fitness mərkəzləri və idman kompleksləri tələbələrin fiziki sağlamlıqlarını qorumaq və inkişaf etdirmək üçün hər cür avadanlıqla təchiz olunub.

Həmçinin tələbələr, kampusun ətrafında açıq hava fəaliyyətlərindən də (məsələn, yürüş, velosiped sürmə, voleybol) faydalana bilərlər.

Sosial və mədəni fəaliyyətlər

Drew Universiteti il boyu müxtəlif sosial və mədəni tədbirlər təşkil edir. Konsertlər, sərgilər, teatr tamaşaları və festivallar tələbələrin əylənməsi və mədəni inkişafı üçün mükəmməl imkanlar yaradır.

Tələbələr, həmin sosial tədbirlərdə olan könüllülük fəaliyyətlərinə qatılaraq vaxtlarını daha da maraqlı keçirə və CV-lərini zənginləşdirmək imkanına sahibdirlər.

Amerikanın ən nüfuzlu universitetlərindən olan Drew Universiteti haqqında ətraflı məlumat və təhsil almaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın