Yüklənir...
JW Marriott Absheron Hotel
Tədbir yeri26 yanvar 2023
Tədbir Tarixi19:00
Tədbirin Başlama Vaxtı21:00
Tədbirin Bitmə VaxtıDövlət proqramının hədəfi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycan Respublikasının gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etməkdir.
Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi aşağıdakı xərclər üzrə
həyata keçirilir:
• təhsil xərcləri;
• viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri;
• aylıq yaşayış xərcləri;
• tibbi sığorta xərcləri;
• beynəlxalq nəqliyyat xərcləri;
• bank və plastik kart xərcləri.
Proqram üçün hansı şərtlər tələb olunur?
IELTS: 7 +
GPA: 81 +
Bu proqram sizə prioritet sahələr üzrə TOP universitetlərdə təhsil imkanı yaradacaq. Prioritet istiqamətləri üzrə ixtisas sahələrinin siyahısı qeyd edilmişdir:
Prioritet ixtisaslar hansılardır?
-informasiya texnologiyaları;
- mühəndislik;
- statistika və verilənlərin təhlili;
- fundamental və tətbiqi elmlər;
- ictimai səhiyyə;
- təhsil;
- ətraf mühit;
- aviasiya və kosmos;
- dövlət idarəetməsi;
Universitetə müraciət və viza dəstəyi ödənişsiz həyata keçirilir.