Yüklənir...

shape shape shape shape

Dəb bazarında KARYERA imkanları

Dəb bazarında KARYERA imkanları

Moda sənayəsində iş imkanları bu sahədə təhsil arzusunda olan şəxsləri çox maraqlandırır. Azeri Student komandası olaraq sizlərə kömək etmək üçün moda sahəsindəki peşələr haqqında sizi məlumatlandırmaq istədik. İstənilən sahədəki dizaynerlər yeni ideyalar inkişaf etdirmək, konsepsiyalar çıxarmaq, sahələrində mütəxəssis olmaq üçün bir çox təlimlər keçirlər. Beləliklə, bir çox sahələr və iş perspektivləri onlar üçün açılır. İncəsənət sahəsindəki insanlar kreativ və azad insanlardır və beləcə fikirlərini istənilən sahələrə yönəldə bilirlər və əksəriyyəti uğurlu olurlar. Gəlin bəzi karyera seçimlərinə və modern iş perspektivlərinə nəzər salaq:

1. Moda dizayneri (fashion designer)

Moda dizaynerlərini artıq izah etməyə ehtiyac yoxdur. Bizim hamımızın ən azı 1 ideallaşdırdığı, bəyəndiyi moda dizayneri var. Moda dizaynerləri orijinal geyim, ayaqqabı, çanta, aksesuar, zərgərlik əşyaları və s. hazırlayır. Onlar kolleksiya hazırlayır, ideyalarını kağız üzərinə skeçlər şəklində köçürür, parçaları seçir, konstruksiya vasitəsilə ülgülər çıxarır, ve looklar hazırlayırlar.

2. Pərakəndə alıcı (retail buyer)

Moda dizaynerləri qlobal moda bazarı ilə hansı geyim seçimlərinin yaxşı işləyəcəyi haqda fikir sahibi olur. Onlar trend olan və ya gələcək sezon üçün trend olması proqnazlaşdırılan rənglər, siluetlər, dizayn növləri və stillər haqda maraqlanır, öyrənirlər. Pərakəndə alıcılar isə ilkin olaraq öz mağazalarını yaradıb istifadəyə verə bilər, müxtəlif dizaynerlərdən və ya öz hazırladığı geyimlərdən satşa çıxara bilərlər. Hazır geyim satışı möhtəşəm biznes ideyasıdır və düzgün strategiyalar qurulduğu müddətcə çox gəlirlidir.

3. Pərakəndə meneceri (retail manager)

Bir mağazada, moda butikində və ya ZARA, H&M kimi böyük brendlərdə pərakəndə menecer vəzifəsi çox qənaətbəxş ola bilər. Pərakəndə meneceri işçi komanda heyəti üçün gündəlik hədəfləri təyin etmək, reklam, marketing hiylələri və müştəri məmnuniyyətindən cavabdeh olan şəxsdir. Eyni zamanda kiçik müəssisələrdə insan resursları və maliyyə şöbəsinə rəhbərlik edir.


4. Stilist (stylist)

Stilistlik çox maraqlı, həm də çətin bir peşədir. Stilistlər müştərilərin qarderobundan və ya dizayner kolleksiyalarından müştərilərin xarakterinə, tərzinə, bədən quruluşuna, boyuna, çəkisinə, dəri, saç rənginə, həyat tərzinə, getdiyi yerlərə uyğun olaraq düzgün geyimlər seçib looklar hazırlayır. Hazırlanan lookları tamamlamaq üçün uyğun saç, makiaj, aksesuar seçimlərinə də stilistlər cavabdehdir. Məşhurlar qırmızı xalça tədbirləri, partilər, gündəlik geyimləri üçün müntəzəm olaraq stilistlərlə əməkdaşlıq edirlər. Və artıq günümüzdə nəyinki məşhurlar, sıradan insanlar belə stilist məsləhətlərindən tez-tez yaralanırlar. Stilistlər eyni zamanda toyların, böyük tədbirlərin yaradılması və təşkilatı üçün, modellər, fotoqraflar, influenser və blogerlər, jurnallar üçün də tələb olunurlar.

5. Şəxsi alıcı (personal buyer)

Alış-veriş etməyi sevirsiniz? Cavabınız müsbətdirsə bu iş sizin üçün idealdır. İnsanlar onlara və getdikləri yerlərə uyğun trend dizaynları, ən yaxşı markaları uyğun qiymətə seçmələri üçün stilistlərlə əməkdaşlıq edir. Onlar müştəri ehtiyaclarına uyğun olaraq ən yaxşı seçimləri araşdırmalı və təklif etməli, trendlərdən, mağazalardan və onların kolleksiyalarından xəbərdar olmalı, ən uyğun brendləri və dizaynları seçməyi bacarmalıdır.

6. Moda influenser ve blogeri, jurnal editoru (fashion influencer/blogger, magazine editor)

Həm dəblə maraqlanıb, həm də yaxşı yazı qabiliyyətiniz varsa, karyeranıza bir dəb jurnalında yazmaqla başlaya və ya şəxsi dəb bloqunuzu yaradıb inkişaf etdirməklə məşğul ola bilərsiniz. Daim yeni istedadlar axtarışında olan jurnalların, qurumların sayı çoxdur və Siz onların ən yaxşı kəşfi ola bilərsiniz! Moda editorları və bloggerləri yaratdıqları məzmuna (kontentə) və dəyərli moda tövsiyyələrinə görə böyük gəlirlər əldə edirlər. Fikirlərinizi sosial media üzərindən video, məqalə və hekayələr şəklində də çatdırmaq olar. Influenser ve bloggerlər Instagram, Facebook, Youtube üzərindən baxış, bəyənmə və izləyici sayına görə çox qazanırlar. 


7. Ayaqqabı, çanta, aksesuar dizayneri

Son zamanlar kişilərin daha çox diqqətini cəlb edən dəb sahəsi ayaqqabı, çanta və aksesuar dizaynıdır. Geyimlərimizi ayaqqabı, çanta və aksesuarsız tamamlamağın mümkün olmadığını, və onların looklarımıza daha heyrətamiz bir nəfəs qatdığını bilirik. Olduqca maraqlı, kreativ olan bu sahə artıq ötən illərə nisbətdə marketdə müasir tələblərə uyğunlaşaraq daha böyük inkişaf yolu keçmişdir.

 

Siz də özünüzü dəb dünyasında inkişaf etdirmək və uğurlu karyera arzusundasızsa, o zaman bu sahədə keyfiyyətli təhsil verən universitet seçimindən başlayın!

 

Bu yolda peşəkar konsultantlarımız sizə lazımı dəstəyi göstərməyə hazırdır!

 

Ünvanlar:
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın