Yüklənir...

shape shape shape shape

Colorado State University

Colorado State University

Bu Qurum Haqqında

Colorado State University

  • Fort Collins, Colorado, ABŞ
  • 1870-ci ildə təsis edilib
  • ABŞ üzrə TOP 153-ci yerdədir
  • İllik təhsil haqqı: 25,672$+

Universitet haqqında

Colorado State University’nin əsası 1870-ci ildə Agricultural College Colorado’nun qurulduğu dövrdə qoyulmuşdur. Zaman keçdikcə kollec qabaqcıl və inkişaf etmiş universitet halına gələrək, reytinq sıralamasında yüksəklərdə yer almışdır. Hal-hazırda universitetdə 30.000-dən çox tələbə təhsil alır, onlardan 1800 nəfəri müxtəlif ölkələrdən gəlmiş beynəlxalq tələbələrdir. Universitetin illik tədqiqat xərcləri 300 milyon dollara qədərdir. Bunun sayəsində CSU ABŞ-ın ən nüfuzlu dövlət tədqiqat universitetlərindən birinə çevrilmişdir.

CSU öz tələbələrinə müxtəlif sahələrdə 1500-dən çox ixtisas təklif edir. Universitetin məzunları arasında əyalət qubernatorları, iri şirkətlərin prezidentləri, Olimpiya qalibləri və bir çox digər məşhur şəxsiyyətlər var. CSU-da təhsil almağın böyük üstünlüklərindən biri də odur ki, burada dərslər kiçik siniflərdə keçirilir. Bu da öz növbəsində dərs keyfiyyətinin daha da yaxşı olmasına imkan yaradır. Təhlükəsizliyi, təmiz havası ilə tanınan Fort Collins kampusdakı xüsusi şəraiti ilə də seçilir. Siz burada müxtəlif idman və əyləncələrdən zövq alaraq asudə vaxt keçirə bilərsiniz. Bir sözlə Colorado State University sizə arzuladığınız tələbə həyatını yaşadacaqdır.

 

#153 in U.S. News&World Report

#101 in Washington Monthly

#443 QS World University Rankings

Tədris

Populyar ixtisaslar:

  • Business administration
  • Biomedicine
  • Natural Sciences
  • Engineering
  • Computer science
  • Political science
  • Tourism management

Proqram və xərclər (illik):

Bakalavriat:

  • Təhsil haqqı: 28,201$+
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Мagistratura:

  • Təhsil haqqı: 25,672$+
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat: 

  • IELTS 6.5

  • TOEFL 80

Magistratura:

  • IELTS 6.5+

  • TOEFL 80+

Sənədlər:

  • 3 tövsiyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV / Resume
  • Transkriptlər

Ünvan

Fort Collins, CO 80523, United States

Məzunlar

Colorado State University proqramları üzrə təhsil almış ən məşhur məzunlarla tanış olun:

 

     

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın