Yüklənir...

shape shape shape shape

Chevening Təqaüdü nədir ?

Chevening Təqaüdü nədir ?

Birləşmiş Krallıq qədim təhsil ənənələrinə malikdir. Ölkənin müxtəlif hissələrində dünya standartlarına cavab verən prestijli universitetlərin mövcudluğu, yəqin ki, çoxunuza məlumdur. Bu səbəbdən də təsadüfi deyil ki, İngiltərədə təhsil almaq xaricdə təhsil almaq istəyən əksər soydaşımızın xəyalıdır. Buna baxmayaraq, təəssüf ki, maddi problemlərdən qaynaqlanan məsələlər İngiltərədə bakalavr və ya magistr təhsilini gənclərimiz üçün əlçatmaz edir.

Məlumat üçün bildirək ki, İngiltərə də daxil olmaqla, Birləşmiş Krallıqdakı universitetlərdə təhsil haqqı təqribən £10000-dən yuxarıdır. Azərbaycandakı ortalama bir vətəndaşın gəlir səviyyəsini nəzərə alsaq, görərik ki, gənclərimizin İngiltərədə pulsuz təhsil və təqaüdlə təhsil axtarışında olması təsadüfi deyildir.

“Chevining scholarship” bu baxımdan tələbələrin dadına çatan ən məşhur və prestijli təqaüd proqramlardan biridir. Proqram Birləşmik Krallıqda təqaüdlə bir illik magistratura təhsili almaq istəyənlər üçün nəzərdə tutulub.

Təqaüdün miqdarı

Sizin üçün ayrılan maliyyə vəsaitinin toplam məbləği qəbul olduğunuz universitetdən asılı olaraq dəyişir. Chevening Scholarship – tam təqaüd proqramıdır. Aşağıdakı xərclər qarşılanır:

  • Təhsil haqqı
  • Uçuş bileti
  • Yaşayış xərclər

İngiltərədə Təhsil proqramına Qəbul şərtləri

Proqramın rəsmi vebsyatında qeyd olunub ki, təqaüdün verilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindəki liderik potensialı olan seçkin şəxslərin Birləşmiş Krallıqda 1 illik magistr təhsili almasına dəstək olmaqdır. Qısacası, CV-niz və motivasiya məktubunuz vasitəsilə yaşadığınız cəmiyyətdə aparıcı rol oynadığınızı əsaslandırmalısınız. Təməl şərtlər isə aşağıdakılardır:

  • Chevening təqaüd proqramına daxil olan bir ölkənin vətəndaşı olmaq (Azərbaycan da bura aiddir);
  • Təhsili bitirdikdən sonra minimum 2 illik ölkəyə qayıtmaq;
  • Ən az 2800 saatlıq iş təcrübəsinə malik olmaq;
  • Birləşmiş Krallıqdakı universitetlərdə tədris olunan ən azı 3 tədris proqramına müraciət edib, heç olmasa birindən qəbul almaq.

Qeyd edək ki, proqramın qaydalarına əsasən, artıq təqaüd yarışında iştirak etmək üçün dil sertifikatı tələb olunmur. Buna baxmayaraq, Birləşmiş Krallıqda fəaliyyət göstərən universitetlərdən qəbul sənədi almaq üçün dil sertifikatı mütləqdir. Azerbaycan tələbələridə bu təqaüdü əldə edə bilərlər.

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın