Yüklənir...

shape shape shape shape

BRIGHTON - təhsil və əyləncə mərkəzi

BRIGHTON - təhsil və əyləncə mərkəzi

İngiltərənin cənubunda yerləşən və cənubun paytaxtı olaraq adlandırılan Brighton - canlı həyatı, rəngarəng küçələri və müxtəlif festivalları ilə fərqli bir atmosferə malikdir. İngilislər şəhərin ümumi quruluşuna əsasən, buranı “sahili olan London” adlandırırlar. Londondan qatarla təxminən bir saat uzaqlıqda olan bu şəhər, Brighton Universiteti və Sussex kimi iki böyük universitetə ​​və dil məktəbinə ev sahibliyi edir. Hər il dil öyrənmək və karyeralarına sərmayə qoymaq istəyən yüzlərlə tələbə təhsil üçün məhz bu şəhəri seçir.

University of Brighton, İngiltərənin Brighton və Eastrbourne şəhərlərinə dörd kampusa malik, dizayndan mühəndisliyə qədər 200-dən çox proqram təklif edən bir dövlət universitetidir. Universitetin aldığı çoxsaylı mükafatlar arasında təhsilin yüksək keyfiyyətinə sübut olaraq Gümüş TEF mükafatı da var.

Univeristet ölkədə TOP 20, dünyada isə TOP 160-da (THE WUR 2021) yer alan, Sussex tədris keyfiyyəti və araşdırma mükəmməlliyi ilə tanınır. Uğurlu təhsili asanlaşdıran, qiymətləndirən və mükafatlandıran bir mədəniyyətlə tanınan universitet, 3 Nobel Mükafatı almışdır. Bundan əlavə universitet bir çox tədqiqat mərkəzinə də ev sahibliyi edir.

 

Həm əylənmək, həm də öyrənmək istəyirsinizsə doğru yerdəsiniz. Eləcə də, burada çox yüksək səviyyədə ingilis dilində danışmağı öyrənəcəksiniz. Çünki burada dilinizi inkişaf etdirmək üçün "heç tanımadığınız bir ingilisə salam vermək" və hava haqqında soruşmaq kifayətdir. Danışmağı sevən Brighton xalqı sizə saatlarla hava haqqında məlumat verə bilər. Bu hal da sizin dil biliklərinizin inkişafına təkan verəcək.

Dil təhsili baxımından Londondan sonra ən çox seçilən şəhər və ən çox Azərbaycanlı tələbənin olduğu şəhər Brighton-dur. Siz burada fərqli mədəniyyətlərə mənsub insanlarla tanış ola və dilinizi asanlıqla inkişaf etdirə bilərsiniz. Bütün il davam edəcək tədris ili proqramlarını və ya bir neçə həftə davam edəcək qısamüddətli yay tətili düşərgələrini seçəcəyiniz tamamilə sizə bağlıdır. Məktəblər tərəfindən təşkil edilən festivallar, idman fəaliyyətləri, yoga və s. kimi fəaliyyətlərə qatılmanız dil öyrənməyiniz üçün bir üstünlük olacaq.

 

Biz sizə Brighton-daki ən yaxşı dil məktəblərindən bir neçəsindən danışmaq istərdik. 2017 -ci ildə "ən yaxşı zəncirvari məktəb" mükafatına layiq görülən və 140 ölkədən 40 mindən çox tələbəyə ev sahibliyi edən EC dil məktəbi, sistemli dil təhsili ilə tanınan keyfiyyətli dil məktəblərindən biridir. İngiltərə, Amerika, Kanada, Avstraliya və bir çox digər ölkələrdə filialları olan LSI dil məktəbi 1965 -ci ildən bəri xidmət göstərən və xüsusilə yaz aylarında dil öyrənmək istəyən tələbələr tərəfindən seçilən bir məktəbdir. St.Gales Dil Məktəbi dünyanın ən qədim və köklü dil təhsil müəssisələrindən biridir. Bu məktəb dil tədrisində ən mükəmməllər arasında ilk sıralarda yer alır. Dərsdən çıxdıqdan dərhal sonra, sahilə getmək istəyən dostlarımız üçün çimərliyə 5 dəqiqəlik məsafədə olan EF Dil Məktəbini seçərək, əyləncəli bir zaman keçirəcəksiniz. İngiltərədə ən yaxşı dil məktəbləri haqqında qeydiyyat və ilkin məlumat üçün Azeri Student komandasına müraciət etmək kifayətdir.

 Keçmişdə kral iqamətgahı olan Royal Pavillion, möhtəşəm hind memarlığı ilə Alaadinin sehrli çırağını xatırladan Brightonun ən məşhur turistik məkanıdır. Siz də uzun müddət yaddaşlarınızdan silinməyəcək bu saraya məftun olacaqsınız. The Lane’s-də Choccy Woccy Doodah şokolad kafesini qeyd etməsək, şokolad sevərlərə qarşı haqsızlıq edəcəyimizi düşünürük. Tələbə olaraq büdcəniz məhduddursa, alış-verişin qəlbi olan, bahalı markalarla məşhur Churchill Meydanından uzaq durmağı məsləhət görürük.

 

Brightonda 700 nömrəli avtobuslar şimaldan, cənuba və şərqdən, qərbə doğru hər istiqamətə gedir. Səyahət edərkən rahatlığınız üçün nağd pul qəbul edilir. Londonda keçərli olan kredit kartları bu avtobuslarda qəbul edilmir. Əlavə olaraq bütün şəhərin velosiped yolları ilə əhatə olunduğu Brightonda təxminən 15-20 AZN-ə ikinci əl velosiped ala bilərsiniz və şəhəri istədiyiniz kimi rahat gəzə bilərsiniz.

Londondan qatarla, sonra avtobusla gedə biləcəyiniz 1 təbiət parkına və 7 təbaşir uçurumuna ev sahibliyi edən Seven Sisters Country Park, gəzməklə bitməyən mənzərəsi ilə təbiət gəzintisi sevənlərin sevimlisi ola biləcək bir yerdir. Bir çox serial və filmə ev sahibliyi edən bu bənzərsiz mənzərəli məkanda okeanı və dəniz fənərini izləyərək, dincələ bilərsiniz. Brighton-da günəşli bir havada gəzərkən, bir anda özünüzü yağışdan islanmış görə bilərsiniz. Yağış paltosu, çətir, mayo, günəş gözlüyü, jaket, palto, şal… Məncə Brighton havasını belə izah etsək, hər şey sizə aydın olacaq.

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın