Yüklənir...

shape shape shape shape

Böyük Britaniyanın TOP məktəb nümayəndələrilə fərdi görüşlər!

19 noyabr 2020

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Böyük Britaniyanın TOP məktəb nümayəndələrilə fərdi görüşlər!

Bu görüşlər kimlər üçün maraqlı ola bilər?

▪️ Siz orta məktəb şagirdisiniz və təhsilinizi İngiltərənin orta məktəbində başa vurmaq istəyirsiniz, və ya sadəcə xaricdə orta təhsil ilə bağlı məlumat əldə etmək istəyirsiniz 

▪️ Övladınız orta məktəb şagirdidir və siz onun üçün xaricdə orta təhsil ilə bağlı məlumat əldə etmək istəyirsiniz

▪️ Qəbul prosesi ilə bağlı bütün məlumatları ən güvənli mənbələrdən öyrənmək istəyirsiniz

▪️ Böyük Britaniya orta təhsil ödənişləri ilə bağlı məlumat əldə etmək istəyirsiniz

 

Görüşdən sonra nələr əldə edəcəksiniz?

✔️ Seçilmiş ölkədə/məktəbdə təhsil barədə ətraflı məlumat

✔️ Qəbul prosesi və bütün tələblər barədə dəqiq məlumat

✔️ Qəbul prosesinə başlamaq üçün atılacaq addımların siyahısı 

 

Ümumi göruş prosesi necə baş verir?

▪️ Veb saytımızdan qeydiyyatdan keçərək və ya 050 271 66 69 nömrəsinə zəng edərək (və ya WhatsApp vasitəsilə) görüş təyin edirsiniz

▪️ Sizi maraqlandıran ölkəni / məktəbi / proqramı müəyyənləşdirmək üçün xaricdə təhsil mütəxəssislərimiz sizinlə əlaqəyə keçir

▪️ Maraqlandığınız məktəblərin nümayəndələri ilə görüş təyin edirik və beləliklə, siz bütün suallarınıza cavab alırsınız

 

Böyük Britaniya orta məktəblərinin üstünlükləri

Xaricdə orta məktəb oxumaqla siz eyni anda bir neçə məqsədə çatmış olacaqsınız:

1. Dünyanın ən prestijli universitetlərinə müraciət zamanı güclü rəqabət üstünlüyü əldə edirsiniz

2. Qəbul üçün əlavə hazırlıq etapına ehtiyac qalmır

3. İngilis dilini ana dili səviyyəsinə çatdırmaq, eləcə də, əlavə xarici dil öyrənmək imkanı qazanırsınız. Bununla yanaşı, bu prosesə xarici tələbələr üçün xüsusi dil kursu (ESL) də əlavə oluna bilər 

4. İngilis məktəbində uşaqlar sərbəst düşünmək, məlumatları analiz etmək, fikirlərini formalaşdırmaq və müzakirə zamanı müdafiə etmək bacarıqlarını inkişaf etdirilər. Müəllimlərin əsas vəzifəsi şagirdin qabiliyyətlərini müəyyən etmək və üzərindən inkişaf etdirməkdir

5. Xarici məktəblər hər şagirdin zövqünə uyğun sinifdənkənar məşğuliyyətlər təklif edir - muzeylərə ekskursiyalar, idman məşqləri, müxtəlif akademik mövzulardarda workshop’lar və s.

 

Təhsil programları:

  • Secondary School: Orta məktəb təhsili, 6-9-cu sinif (11-14 yaş) şagirdləri üçündür 

  • IGCSE (International General Certificate of Secondary Education): 14-16 yaşlı beynəlxalq şagirdlərə uyğunlaşdırılmış orta təhsil sertifikatı almaq üçün nəzərdə tutulan hazırlıq proqramıdır

  • A-Level: 16-18 yaşlı şagirdlər üçün nəzərdə tutulmuş Britaniyanın rəsmi yuxarı sinif və hazırlıq proqramıdır

  • IB (International Baccalaureate): 16-18 yaşlı şagirdlər üçün nəzərdə tutulmuş beynəlxalq yuxarı sinif və hazırlıq proqramıdır

  • International Foundation: 17-18 yaşlı beynəlxalq şagirdlər üçün nəzərdə tutulmuş Britaniyanın universitetlərinə qəbul proqramıdır

 

Görüşlərdə iştirak edən məktəblərin bir qismi:

???? Oxford Sixth Form College  

???? Cardiff Sixth Form College   

???? St. Clare’s College, Oxford  

???? Bromsgrove School 

???? M.P.W. (Mander Portman Woodward)

???? Stephen Perse Foundation 

???? Buckswood College 

???? Bodwell High School

???? Abbey DLD College 

???? Queen Ethelburga's College 

 

Böyük Britaniya orta məktəblərinin təhsil haqqısı £20,000-dan başlayır (bütün xərclər daxil olmaqla)


Yarana biləcək suallarla bağlı bizimlə alaqə saxlaya bilərsiniz: +994 50 271 66 69 (WhatsApp aktivdir)

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın