Yüklənir...

shape shape shape shape

Birləşmiş Ərəb Əmirliklərində universitet imkanı

Birləşmiş Ərəb Əmirliklərində universitet imkanı

Birləşmiş Ərəb Əmirliklərində universitet oxumaq dünyagörüşünüzü və dünyaya yanaşmanızı inkişaf etdirəcək, sizdə olan macəra və kəşf etmək duyğusunu daha da artıracaq, hər akademik, həm də iqtisadi cəhətdən özünü ildən-ilə qabağa aparan bir ölkədə yeni bir səhifə açmağınızı asanlaşdıracaq. Ərəbistan yarımadasında kiçik bir ölkə olan BƏƏ Səudiyyə Ərəbistanı, Oman və İran körfəzi ilə həmsərhəddir. Həmçinin BƏƏ Əbu-Dabi, Dubay, Şərca,Umm Əl- Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə olmaqla 7 əmirlikdən ibarətdir.

Birləşmiş Ərəb Əmirliklərində universitet oxumaq geniş imkanlar çərçivəsində çox araşdırma etməyinizə imkan verəcək, alacağınız keyfiyyətli təhsillə akademik olaraq öz bilik bazanızı daha çox artırmağınıza şərait yaradacaq. BƏƏ-də ali təhsil sistemi hər ölkədə olduğu kimi özəl və dövlət olmaqla iki yerə ayrılır. BƏƏ-nin 7 əmirliyinin hər birində beynəlxalq universitetlər və kolleclər formasında ali təhsil müəssisələri var. Bu müəssisələrin çoxu Əbu-Dabi və Dubayda olsa da, digər bölgələrində də universitet oxumaq mümkündür.

Birləşmiş Ərəb Əmirliklərində yalnız 3 ədəd dövlət universiteti var və bu keyfiyyətli üç dövlət universitetinə olan maraq və rəqabət olduqca yüksək səviyyədədir.

  • BƏƏ Universiteti beynəlxalq səviyyədə tanınan bir çox bakalavr proqramı təklif edən, ölkənin ən əhəmiyyətli dövlət universitetidir.. 
  • Zayed Universiteti minlərlə beynəlxalq universiteti iki müasir kampusunda Amerikada Ali Təhsil Komissiyasında akkreditasiyadan keçmiş keyfiyyətli bir universitetdir.
  • Ali Texnologiya Kollecləri araşdırma və inkişaf cəhətdən bütün tələbələrinə hədsiz şərait təqdim edir, BƏƏ-nin ən böyük universitetidir. 

Dövlət universitetinin sayının az olması gözünüzü qorxutmasın, həm yerli əhali, həm də beynəlxalq tələbələr təhsil üçün təqdim etdikləri yaxşı şərait və keyfiyyətli bakalavr təhsili sayəsində özəl universitetlərə olduqca maraq göstərirlər.

Birləşmiş Ərəb Əmirliklərində müraciət prosesi

Birləşmiş Ərəb Əmirliklərində mərkəzi bir müraciət sistemi olmadığına görə BƏƏ-dəki universitetə qəbul prosesi proqramın dərəcəsi və təhsil müəssisəsindən asılıdır. BƏƏ-də universitet oxumaq üçün əvvəlcə hansı təhsil pilləsi üzrə və hansı universitetdə oxumaq istəyidinizə qərar verin. Sonra isə müraciət üçün aşağıda sadaladığımız sənədləri tam şəkildə lazımi qurumlara təqdim etdikdə müraciət prosesiniz problemsiz şəkildə yerinə yetirilmiş olacaq.

  • Doldurulmuş müraciət forması
  • Etibarlılıq müddəti bitməmiş pasportun nüsxəsi
  • Akademik nailiyyətlərinizin sertifikatları və transkriptləri (məsələn, orta məktəb attestatı və ya ona bərabər olan sənəd, kreditin köçürülməsi üçün universitet transkriptləri və s.)
  • Yaxın müddətdə çəkilmiş sənəd üçün foto, rəngli
  • IELTS və ya TOEFL ilə sübut olunan ingiliscə bacarıq sənədi.
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın