Yüklənir...

shape shape shape shape

Biotibbi Mühəndisliyin Sirləri - SEMİNAR

16 iyun 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Biotibbi Mühəndisliyin Sirləri - SEMİNAR

Biotibbi mühəndislik mühəndisliyin texnika və biliklərini istifadə edərək diaqnoz və müalicə üçün yeni üsullar və mövcud üsulların inkişafı, qüsurlu bədən hissələri dəstəklənməsi və zəruri hallarda dəyişdirilməsini təmin edən bir texniki sahə kimi təsvir edilə bilər. Yeni ixtisas proqramının tədrisi ilə əlaqədar olaraq hər bir universitet magistr tələbələri üçün seminarlar təşkil edir.

 

The Master of Biomedical Engineering program at USC

University of South Carolina’da Biotibbi Mühəndislik magistr proqramı mühəndislik və biologiyanı özündə birləşdirən yüksək səviyyəli kurs işləri ilə dərin texniki bacarıqları inkişaf eletdirir. Tələbələr, həmçinin layihə rəhbərliyi, təşəbbüskarlıq və ya texniki yolları seçərək vacib iş bacarıqlarını öyrənirlər.

 

  • Tarix: 16 iyun 2021, Çərşənbə
  • Saat: 18:00 

 

University of South Carolina, üstün bir tələbə təcrübəsinə sadiq qalaraq öyrənmə, araşdırma və icma ilə əlaqəli yeniliklərə sadiq qlobal səviyyədə tanınan, yüksək təsirli Amerika tədqiqat universitetidir. Reytinqlərə əsasən universitet TOP 118-də yer alır.

 

Qəbul üçün son müraciət tarixi: 16 iyul 2021.


 

The graduate program in Biomedical Engineering at CSU 

Cleveland State University’nin Biotibbi Mühəndislik magistr proqramı tələbələrə, mühəndislik ixtisasının təhlilini və dizaynını biotibb elmi ilə əlaqəli problemlərin həllinə tətbiq etmək qabiliyyətini təmin etmək üçün hazırlanmışdır. Bu proqramı bitirən tələbələr tibbi cihaz sənayesində çalışmağa və ya doktorantura səviyyəsində təhsillərini davam etdirməyə hazır olacaqlar.

 

  • Tarix: 17 iyun 2021 Cümə axşamı
  • Saat: 18:00

 

İncəsənət şəhəri Ohioda yerləşən Cleveland State University Amerikanın möhtəşəmliyi ilə seçilən bir universitetidir. CSU, tələbələrinə akademik, tədqiqat və iş imkanları təmin etmək üçün dünya səviyyəli xəstəxanalar, Fortune 500 şirkətləri, dövlət tədqiqat mərkəzləri və mədəniyyət müəssisələri ilə ortaqlıq edən, dünya reytinqlərində TOP 100’də yer alan təhsil müəssisəsidir.

 

Qəbul üçün son müraciət tarixi: 20 iyul 2021.


 

Siz də bu Nəhəng universitetlərin biomühəndislik üzrə seminarlarına qatılaraq, bioloji sistemlərin tanınmasında və tibbi praktikanın inkişafında mühəndislik texnikasının rolu haqqında biliklərə yiyələnə bilərsiniz. 

 

Seminara qatılmaq üçün qeydiyyat zəruridir!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37844539999999","long":"49.8750052"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın