Yüklənir...

shape shape shape shape

Baylor University

Baylor University

Bu Qurum Haqqında

Baylor University

  • Waco, Texas, ABŞ
  • 1845-ci ildə təsis edilib
  • ABŞ üzrə TOP 76-ci yerdədir
  • İllik təhsil haqqı: 41,194$+

Universitet haqqında

Baylor University aparıcı bir tədqiqat universitetidir. Təhsil müəssisəsi 1845-ci ildə Baptistlər tərəfindən təsis edilmişdir. Bu gün Texas əyalətində fəaliyyət göstərən ən qədim universitetdir. İlk Texas hüquq fakültəsi məhz burada açılmışdır. News & World Report görə doktorantura qrantı verən ABŞ-ın ilk 100 məktəbində yer alır.

Baylor University 17.000-dən çox tələbəyə təhsil verir. Baylor məzunlarının təxminən 90% -i məzun olduqdan sonra üç ay ərzində iş təklifi alır. 2013-cü ildə universitetin bazasında BRIC araşdırma və innovasiya mərkəzi açılmışdır. Bu mərkəzlərdə müasir bazarın ehtiyacları ilə birbaşa əlaqəli inkişaf və fərziyyələrdən bəhs olunur.

 

#76 in U.S. News & World Report (Global)

#175 in Washington Monthly

#202 in Forbes

Tədris

Populyar ixtisaslar:

  • Business
  • Biology
  • Bioengineering
  • Natural Sciences
  • Marketing
  • Medicine and paramedical sciences

Proqram və xərclər (illik):

Bakalavriat:

  • Təhsil haqqı: 41,194$
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Мagistratura:

  • Təhsil haqqı: 50,000$
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6.0

Magistratura:

  • IELTS 6.5

Sənədlər:

  • 3 tövsiyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV / Resume
  • Transkriptlər

Ünvan

1311 S 5th St, Waco, TX 76706, United States

Baylor kampusu Texasın Waco şəhərində yerləşir. Universitet Brazos çayı boyunca təxminən 400 hektar ərazini əhatə edir. Burada öyrənmək üçün lazım olan hər bir imkan var: çoxfunksiyalı sinif otaqları və elmi laboratoriyalar, kitabxana və yaradıcılıq studiyaları, istirahət zonaları və parklar. Kampuslarda tələbələr üçün 12 iqamətgah mövcuddur, tələbələrin təxminən 40%-i burada yaşayır.

Məzunlar

Baylor University proqramları üzrə təhsil almış ən məşhur məzunları ilə tanış olun:

  • Məzun: Joe Allbritton. Vəzifəsi: Politico'nun ana şirkəti olan Allbritton Communications Company'nin qurucusu və sahibi.
  • Məzun: Ayman Safadi. Vəzifəsi: İordaniyanın Xarici işlər naziri.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın